Domenlərin qeydiyyatı

  •  

    Saytınız üçün .COMMUNITY  domenini qeydiyyatdan keçirərək ümumi maraq və hədəfləri bölüşən insanları bir araya gətirəcəksiniz.

     

    .COMMUNITY domeni kimi üçün uyğundur?

     

    Sosial qruplar

    Onlayn forumlar

    Maraq dairələri

    Fan klublar

  •  

    Virtual dünya sərhədsizdir!

     

    .INTERNATIONAL domen adı beynəlxalq bazarda fəaliyyət göstərən hər hansı bir biznes və ya təşkilat üçün uyğun seçimdir. .INTERNATIONAL domen adı demək olar ki hər növ biznes üçün uyğundur,  xüsusilə müxtəlif ölkələrdən istifadəşiləri olan saytlar üçün.

     

    Hazırki saytlarında qlobal layihələri həyata keçirmək  üçün ayrı bir səhifə yaratmaq istəyən şirkətlər .INTERNATIONAL domenini subdomen kimi qeydiyyatdan keçirə bilər.  

  •  

    Stomatoloji xidmətləri .DENTAL ilə təklif edin

     

    Dişləri ilə problem yaşayan bir çox insan müalicə yolları və stomatoloji klinika tapmaq məqsədilə internetə müraciət edir. .DENTAL ilə yaradəlan yaddaqalan ünvan sayəsində istifadəçilər saytınızı asanlıqla tapa biləcək.  

     

    Stomatoloqlar, stomatoloji avadanlığı, dərman vasitələri təchizatçıları, stomatoloji mərkəzləri və stomatologiya ilə əlaqədar digər şəxslər və ya təşkilatlar .DENTAL zonasında domen adlarını qeydiyyatdan keçirə bilər.

     

  •  

    Saytın mövcudluğu tibbi xidmət göstərən təşkilatlar üçün vacib aspektdir. . HOSPITAL domen adı hər növ tibb müəssisələri üçün müvafiq seçimdir. Xəstəxanalar və tibbi xidmət göstərən digər qurumlar .HOSPITAL domen sonluğunu qeydiyyatdan keçirə bilər.

     

    Tibbi xidmətlər göstərən könüllü proqramları, yeni üzvləri cəlb etmək məqsədilə bu domeni  istifadə edə bilər.

     

    Hospital açar sözü olduğuna görə istifadəçilərə veb-saytınızı vaxtında tapmağa və tibbi yardım almaq üçün kömək edəcəkdir.

     

  •  

    .ACADEMY domeni hər hansı bir məktəb və ya akademiya kimi tanınan təhsil müəssisəsi üçün idealdır. Bu domen həmçinin tələbələr, müəllimlər və elmi məsləhətçilər üçün də əla seçimdir.

     

    Universitetlər, fərdi məktəblər, repetitor xidmətləri və akademiya kimi fəaliyyət göstərən digər təşkilatlar domenlərini .ACADEMY zonasında qeydiyyatdan keçirə bilər.

     

    .ACADEMY domenləri həmçinin təlim materiallarının satıldığı platformalarda da istifadə edilə bilər.

  •  

    .INSTITUTE domeтi ilk növbədə, təhsil qurumları, peşə məktəbləri, tədqiqat cəmiyyətləri, texnologiya şirkətləri, eləcə də elmi və ya təhsil fəaliyyət  ilə məşğul olanlar üçün nəzərdə tutulub.  

     

    .INSTITUTE domeni hansı müəssisələr üçün uyğundur?

     

    Məktəblər

    Universitetlər

    Təhsil  mərkəzləri

    Kolleclər

    Liseylər

  •  

    Təhsil hər zamankindən daha əlçatandır!

     

    Elektron təhsil artıq ənənəvi təhsilin bütün sahələrinə daxil olmuşdur. Daha çox tələbə online kursları, fərdi dərslər, dərs ləvazimatları və digər faydalı media resursları axtarmaq üçün internetə müraciət edir. .STUDY domeni  ilə təhsil müəssisələri dünyanın hər yerindən tələbələrlə ünsiyyət qurmağa imkan yaradır.

    .STUDY domeni hər növ təhsil yönümlü təşkilatlara - dövlət məktəblərindən fərdi şirkətlərə kimi, etibarlı onlayn platforma yaratmağa kömək edəcəkdir. Bu gün online rejimdə xarici dil, proqramlaşdırma, rəsm və hətta bir musiqi alətini ifa etməyi öyrənə bilərsiniz.

     

    .STUDYdomeni kimin üçün uyğundur?

     

    • Online kollec və universitetlər

    • Online kurslar təklif edən ənənəvi məktəblər.

    • Təhsil haqqında forumlar

    • Təhsil resursları ilə paylaşan saytlar

  •  

    .EDUCATION domeni təhsil sahəsində fəaliyəət göstərən müəssisələr və şəxslərə yaddaqalan sayt  ünvanı yaratmağa imkan verir.  

     

    Kim istifadə edə bilər?

     

    Məktəblər

    Universitetlər

    Kolleclər

    Abiturient hazırlayan müəllimlər

    Online kurslar

    Peşə kursları

  •  

    .WEDDING toy biznesində çalışanlar üçün nəzərdə tutulmuşdur. Toy təşkilatçıları, fotoqraflar, floristlər, dizaynerlər, musiqiçilər, gəlinlik mağazaları və bu sahədə çalışan digər mütəxəssislər öz domenlərini bu zonada qeydiyyatdan keçirə bilərlər.

     

    Niyə .WEDDING domenini seçməlisiniz?

     

    .WEDDING domeni toy sahəsində xidmət göstərdiyinizi birbaşa vurğulayacak.

    Toy fotoqrafları, tort bişirənlər, dekoratorlar və floristlər online portfoliyoları üçün .WEDDING domenini istifadə edə bilərlər.

  •  

    .YOGA domeni yoqa ilə bağlı biznesinizi qurmağın və genişləndirməyin ən yaxşı yoludur

     

    Yoqa min illər əvvəl yaranıb, lakin buna baxmayaraq yoqaya maraq göstərənlərin sayı gündən günə artır. İnternet yoqa və onun xüsusiyyətləri haqqında daha çox məlumat əldə etməyə kömək edir. Yoqa ilə maraqlanan istifadəçilər yeni studiya axtarışında və praktikalarını genişləndirmək məqsədilə internetdə vaxt keçirirlər.

     

    Niyə .YOGA domenini seçməlisiniz?

     

    Brendinizin adına .YOGA domenini əlavə edib daha sadə və daha yaddaqalan ünvan əldə edə bilərsiniz.

    .YOGA domen adı, eləcə də yoqa üçün avadanlıq və geyim satışını həyata keçirən, və ya yoqa haqqında yazan bloqerlər üçün faydalıdır.