Xidmətlərinizi .SERVICES ilə təklif edin!
.SERVICES domen zonası internetdə xidmətlərini təqdim etmək istəyən şirkətlər, şəxslər, fərdi sahibkarlar və bloqerlər üçün nəzərdə tutulub.
.SERVİCES domeninin üstünlükləri hansılardır?
• Əgər şirkətinizin adı "Services" sözünü daxil edirsə, müvafiq domen adını artıq söz və ya simvol əlavə etmədən qeydiyyatdan keçirə bilərsiniz.
• Bu domen zonasında azad ad tapmaq şansınız daha çoxdu.
• .SERVICES hər hansı bir sahəyə tətbiq oluna bilər, təmizlik xidməti, avtomobil təmiri ilə təmin edən şirkətlərdən tutmuş, tibbi xidmətlərə göstərən müəssisələrə kimi.
.EMAIL domen adı fəaliyyəti e-poçt ilə əlaqəli olan şirkət və təşkilatlar üçün uyğundur:
.ONLINE domeni ilə həmişə xətdə olun!
.ONLINE domeni 150,000-dən çox saytda istifadə olunur və dünyanın ən populyar domenlərindən biri sayılır. .ONLINE universaldır və hər növ biznes layihələr üçün uyğundur. Bundan əlavə, "online" sözü dünyanın 24-dən çox dilində başa düşülür. Dünyanın aparıcı şirkətləri, bloqerləri və startup sahibləri internet istifadəçilərinin diqqətini cəlb etmək üçün ONLINE. domenini seçirlər.
.ONLINE hansı hallarda istifadə oluna bilər?
• Yeni bir məhsulun satışa çıxarılması
• İnternet mağazanın açılması
• Maraqlı CV-nin yaradılması
• Peşəkar portfolionun təqdimatı
• Veb xidmətlərinin təmin edilməsi
.ONLINE həmçinin Google-un orqanik axtarış sıralamasında tanınmış .com, .org, və s. domenlər kimi qiymətləndirilir və saytınızın trafikinin artıracaqdır.
.PRO domeni ilə peşəkarlığınızı nümayiş etdirin
Öz işinizin əsl peşəkarısınızsa .PRO domeni bunu vurğulamağın vaxtıdır.
Şirkətlər və fərdi sahibkarlar .Pro domenin bu hallrda istifadə edə bilərlər:
• Müəyyən bir sahədə peşəkar xidmətlərin təşviqi üçün
• Mütəxəssislər üçün nəzərdə tutulan məhsulların satışı üçün
• Müxtəlif sahələrdə məlumatlar ilə paylaşan saytlar üçün
.PRO domeninin üstünlükləri hansılardır?
• Yaddaqalan və qısadır.
• Peşəkar xidmət təklif edərək istifadəçilərdə güvən yaradır
• Nisbətən yeni bir domen zonası olduğuna görə, bir çox azad domen adı mövcuddur
.DEV texnologiya sahəsinin ən mühüm terminlərindən biri olan "development" sözünün qısaltmasıdır.
Proqramçılar üçün xüsusi bir sahə
.DEV domeni texnologiya təşkilatları, vep proqramçılar, eləcə də proqramlaşdırma haqqında yazan bloqerlər üçün nəzərdə tutulub. .DEV lahihənin aşağıdaki sahələrə aid olduğunu göstərməyə imkan verir:
• Veb proqramlaşdırma
• Veb Dizayn
• Proqram təminatının hazırlanması
• Oyun tətbiqlərinin hazırlanması
• Mobil proqramlar
• IT təhlükəsizlik
Xüsusi təhlükəsizlik səviyyəsi
Qeyd etmək lazımdır ki, .DEV domen zonasında qeydiyyatdan keçən bütün saytlarda SSL sertifikatın mövcudluğu tələb olunur. .DEV digər domenlər kimi satın alına bilər, lakin HTTPS protokolu quraşdırılana kimi əlaqəli sayt brauzerlərdə düzgün işləməyəcəkdir.
Pulsuz SSL sertifikat bütün veb hostinq paketlərimizə pulsuz daxildir.
Mobil tətbiqlər üçün əla seçim!
.APP domeni ilk növbədə mobil tətbiq developerləri, proqramçılar və oyun sənayesinin nümayəndələri üçün nəzərdə tutulmuşdur. Mobil tətbiqləri geniş auditoriyaya peşəkar şəkildə təqdim etmək üçün ideal bir seçimdir.
Əlavə təhlükəsizlik səviyyəsi
Qeyd etmək lazımdır ki, .DEV domen zonasında qeydiyyatdan keçən bütün saytlarda SSL sertifikatın mövcudluğu tələb olunur. .DEV digər domenlər kimi satın alına bilər, lakin HTTPS protokolu quraşdırılana kimi əlaqəli sayt brauzerlərdə düzgün işləməyəcəkdir.
Pulsuz SSL sertifikat bütün veb hostinq paketlərimizə pulsuz daxildir.
.SITE domeni yadda qalan veb sayt ünvanı yaratmaq və brendinizi tanıtmaq üçün əla seçimdir.
Niyə .SITE domenini seçməlisiniz?
• .SITE tamamilə universaldır və hər növ layihələr üçün uyğundur.
•.COM və .NET kimi “köhnə” domen zonaları ilə müqaisədə, .SITE domen zonasında daha çox ad mövcuddur.
• .SITE domeni dünyanın hər hansı bir dilində başa düşülür və istifadəçilər tərəfindən asanlıqla yadda qalır.
Texnologiyalar ilə bağlı saytlar üçün əla seçim!
.TECH domeni ilk növbədə texnologiyalara aid internet-layihələr üçün nəzərdə tutulub. IT mütəxəssislər, veb developerlər, sistem administratorları və bloqerlər .TECH domenini istifadə edərək öz fəaliyyətlərini vurğulayırlar.
Gələcək texnologiyalarındır!
Texnologiyalara maraq ildən-ilə artıq. .TECH domeni ilə texnologiya sahəsinə aid olduğunuzu nümayiş etdirin və bu sahə ilə maraqlanan istifadəçiləri, eləcə də potensial müştəriləri cəlb edin.
Fəaliyyətiniz haqqında dünyaya danışın!
.ME domeni bir çox dillərdən (ingilis, alman, italyan v.s) "mənə", "məni" kimi tərcümə edilir və adətən fərdi layihələr, bloqlar və şəxsi səhifələr üçün ideal domen sonluğu sayılır. Dizaynerlər, veb developerlər, fotoqraflar, yazıçılar və müxtəlif sərbəst peşə sahibləri tərəfindən öz işlərini internetdə nümayiş etdirmək üçün fəal istifadə olunur.
.Me, həmçinin Monteneqro ölkəsinin milli üst səviyyəli domenidir və əvvəlcə yalnız bu ölkənin vətəndaşları üçün mövcud idi. Bu gün artıq hər kəs .Me sonluğu ilə domen adını qeydiyyatdan keçirə bilər.
.TV domen zonası, peyk, kabel və onlayn televiziya xidmətlərini təmin edən şirkətlər üçün ideal seçimdir.
.TV domeninin üstünlükləri hansılardır?
• .TV domen zonası sayəsində, saytınız Google-un reytinqində daha yüksək mövqe qazana bilər.
• .TV zonasında daha çox ad mövcuddur, çünki bir çox sayt üçün hələ də .com domen zonası seçilir.
• .TV domeni artıq 20 ildən çoxdur ki mövcuddur və internet istifadəçiləri tərəfindən güvənli sayılır.
Maraqlıdır ki, .TV ilk növbədə, Sakit okeanda yerləşən Tuvalu adında kiçik ada ölkəsinin üst səviyyəli milli domenidir. Lakin TV-nın çoxları tərəfindən televiziya sözünün qısaltması kimi qəbul edildiyi üçün, bu domen çox vaxt televiziya ilə bağlı layihələr və ya video məzmunu olan saytlar üçün istifadə olunur.
Faydalı Linklər