HOSTIMUL XİDMƏT ŞƏRTLƏRİ

Bizi seçdiyiniz üçün təşəkkür edirik! Bu Razılaşma (“Şərtlər”) Hostimul (“Biz”, “Bizim”) tərəfindən təqdim edilən bütün məhsul və xidmətlərin istifadəsini tənzimləyir. Xidmət sifariş etməklə və ya istifadə etməklə Müştəri bu şərtlərlə tam razılaşmış hesab olunur.

1. Xidmətlərin Təsnifatı və İdarəetmə Məsuliyyəti

Hostimul müxtəlif ehtiyaclara uyğun aşağıdakı xidmət növlərini təqdim edir:

Hosting xidmətləri (Paylaşılan Hosting, WordPress Hosting, Premium Hosting, Web Hosting, Email Hosting):
Server infrastrukturu, şəbəkə stabilliyi və əsas proqram təminatı Hostimul tərəfindən idarə olunur. Müştəri yalnız öz veb-saytının məzmununa, daxili tətbiqlərinə və e-mail yazışmalarına görə məsuliyyət daşıyır.

VPS və Fiziki (Dedicated) Serverlər:
Bu xidmətlərdə Müştəriyə tam inzibatçı (root) girişi təqdim edilir. Serverin daxili təhlükəsizliyi, proqram təminatının quraşdırılması, yenilənməsi, firewall ayarları, giriş nəzarəti və məlumatların daxili qorunması tam şəkildə Müştərinin məsuliyyətindədir.

Domen, SSL, Titan Mail, Lisenziyalar və IP Ünvanlar:
Bu xidmətlər rəqəmsal aktivlərdir və onların istifadə qaydaları həm Hostimul, həm də müvafiq beynəlxalq təminatçıların (Vendor) qaydalarına tabedir.

2. Üçüncü Tərəf Xidmətləri və Server İdarəetmə Müdaxiləsi

Hostimul domen qeydiyyatı, SSL sertifikatları, Titan Mail, lisenziyalar, ayrılmış IP ünvanlar və digər əlavə xidmətlər təqdim edə bilər.

Bu xidmətlərin bir qismi üçüncü tərəf provayderlər tərəfindən təmin edildiyi üçün onların işləmə qaydaları, texniki məhdudiyyətləri və geri ödəmə şərtləri həmin provayderlərin şərtlərinə tabe ola bilər.

VPS və Fiziki server xidmətlərində Müştəri server üzərində tam inzibati nəzarətə malikdir və Hostimul serverin daxili idarə edilməsinə müdaxilə etmir.
Lakin şəbəkə təhlükəsizliyi riski, abuse şikayətləri, qanunsuz fəaliyyət, həddindən artıq şəbəkə yükü və ya digər müştərilərin xidmət keyfiyyətinə təsir edən hallar aşkar edildikdə Hostimul xidməti müvəqqəti məhdudlaşdırmaq və ya müdaxilə etmək hüququnu özündə saxlayır.

Hostimul üçüncü tərəf infrastrukturu səbəbindən yaranan qlobal kəsintilərə görə birbaşa məsuliyyət daşımır.

3. Hesab Təhlükəsizliyi və İdentifikasiya

Müştəri hesab məlumatlarının məxfiliyini və təhlükəsizliyini qorumalıdır. Hostimul şübhəli fəaliyyət, risk idarəetməsi və ya hüquqi tələblər səbəbilə Müştəridən şəxsiyyəti təsdiq edən sənədlər tələb etmək hüququnu özündə saxlayır.

4. Məqbul İstifadə Siyasəti (Acceptable Use Policy)

Aşağıdakı fəaliyyətlər qəti qadağandır və xidmətin dayandırılmasına səbəb ola bilər:

  • Spam və kütləvi arzuolunmaz e-mail göndərişləri
  • Phishing, malware və zərərli proqram yayılması
  • Qanunsuz, pornoqrafik və ya qanunvericiliyə zidd məzmun yerləşdirilməsi
  • DDoS hücumları, port scan və şəbəkə sui-istifadəsi
  • Proxy, torrent, IRC və yüksək şəbəkə riski yaradan servis istifadəsi
  • Server resurslarının digər müştərilərin xidmət keyfiyyətinə mənfi təsir edəcək səviyyədə istifadəsi

Hostimul şəbəkənin sabitliyini qorumaq məqsədilə resurs istifadəsinə texniki məhdudiyyətlər tətbiq edə bilər.

5. Backup və Məlumatların Qorunması

Məlumatların ehtiyat nüsxəsinin saxlanması Müştərinin əsas öhdəliyidir.

Hosting: Hostimul daxili təhlükəsizlik məqsədilə backup ala bilər, lakin bu xidmətə zəmanət verilmir və backup-ların tamlığı, əlçatanlığı və saxlanma müddəti təmin olunmur.

VPS: Standart paketlərdə backup daxil deyil. Backup xidməti yalnız ayrıca sifariş və əlavə ödəniş əsasında təqdim edilə bilər.

Fiziki Server: Hostimul fiziki serverlərdə backup saxlamır və məlumatların qorunmasına görə məsuliyyət daşımır.

Backup saxlanılmaması nəticəsində yaranan məlumat itkisinə görə Hostimul məsuliyyət daşımır.

6. Ödəniş Şərtləri

Xidmətlər əvvəlcədən ödəniş əsasında təqdim olunur.

Qəbul edilən ödəniş üsulları:

  • Visa / Mastercard
  • PayPal
  • Bank köçürməsi

Balans artırılması (account credit top-up) ödənişləri geri qaytarılmır və yalnız gələcək xidmət ödənişləri üçün istifadə edilə bilər.

Bəzi fiziki serverlər üçün quraşdırma (setup) ödənişi tətbiq oluna bilər. Bank köçürməsi zamanı yarana biləcək bank komissiyaları Müştərinin məsuliyyətindədir.

7. Geri Ödəmə Qaydaları (Refund Policy)

Geri ödəmə yalnız Hosting xidmətlərinin ilk sifarişi üçün 30 gün müddətində mümkündür.

Geri qaytarılmayan xidmətlər: VPS, Fiziki Server, Domen, SSL sertifikatları, Titan Mail, lisenziyalar, ayrılmış IP ünvanlar və balans artırılması ödənişləri geri qaytarılmır.

Qayda pozuntusu səbəbindən dayandırılan hesablara geri ödəmə tətbiq edilmir.

8. Ödəniş Gecikməsi və Xidmətin Ləğvi

Ödəniş vaxtından 1 gün keçdikdə xidmət müvəqqəti dayandırıla bilər.

Hosting hesabları ödəniş edilmədikdə 30 gün ərzində saxlanılır və sonra silinə bilər.
VPS və Fiziki server məlumatları resurs məhdudiyyəti səbəbilə 7-14 gün ərzində saxlanılır və sonra birdəfəlik silinir.

9. Abuse və Təhlükəsizlik Bildirişləri

Abuse şikayətləri üzrə Müştəriyə adətən 24-48 saat cavab müddəti verilir. Şəbəkə təhlükəsizliyi risk altında olduqda xidmət dərhal məhdudlaşdırıla bilər.

10. Şəbəkə Mövcudluğu (Uptime)

Hostimul 99.99% şəbəkə stabilliyini hədəfləyir. Bu göstərici SLA zəmanəti hesab edilmir.

11. Məsuliyyətin Məhdudlaşdırılması

Hostimul dolayı zərərlərə görə məsuliyyət daşımır. Maliyyə məsuliyyəti son ödəniş dövründə ödənilmiş məbləğlə məhdudlaşır.

12. Yurisdiksiya

Bu Razılaşma Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.

13. Şərtlərin Yenilənməsi

Hostimul şərtləri istənilən vaxt yeniləyə bilər. Yenilənmiş versiya dərc edildiyi andan qüvvəyə minir.


Son yenilənmə: 26 Mart 2026

Şikayət Forması