Domenlərin qeydiyyatı

.EDUCATION domeni təhsil sahəsində fəaliyəət göstərən müəssisələr və şəxslərə yaddaqalan sayt  ünvanı yaratmağa imkan verir.  

 

Kim istifadə edə bilər?

 

Məktəblər

Universitetlər

Kolleclər

Abiturient hazırlayan müəllimlər

Online kurslar

Peşə kursları

.WEDDING toy biznesində çalışanlar üçün nəzərdə tutulmuşdur. Toy təşkilatçıları, fotoqraflar, floristlər, dizaynerlər, musiqiçilər, gəlinlik mağazaları və bu sahədə çalışan digər mütəxəssislər öz domenlərini bu zonada qeydiyyatdan keçirə bilərlər.

 

Niyə .WEDDING domenini seçməlisiniz?

 

.WEDDING domeni toy sahəsində xidmət göstərdiyinizi birbaşa vurğulayacak.

Toy fotoqrafları, tort bişirənlər, dekoratorlar və floristlər online portfoliyoları üçün .WEDDING domenini istifadə edə bilərlər.

.YOGA domeni yoqa ilə bağlı biznesinizi qurmağın və genişləndirməyin ən yaxşı yoludur

 

Yoqa min illər əvvəl yaranıb, lakin buna baxmayaraq yoqaya maraq göstərənlərin sayı gündən günə artır. İnternet yoqa və onun xüsusiyyətləri haqqında daha çox məlumat əldə etməyə kömək edir. Yoqa ilə maraqlanan istifadəçilər yeni studiya axtarışında və praktikalarını genişləndirmək məqsədilə internetdə vaxt keçirirlər.

 

Niyə .YOGA domenini seçməlisiniz?

 

Brendinizin adına .YOGA domenini əlavə edib daha sadə və daha yaddaqalan ünvan əldə edə bilərsiniz.

.YOGA domen adı, eləcə də yoqa üçün avadanlıq və geyim satışını həyata keçirən, və ya yoqa haqqında yazan bloqerlər üçün faydalıdır.

Bu domen ilk növbədə fitnes klublar, idman zalları, idman məhsullarının satışını həyata keçirən maqazalar, eləcə də  idmanla məşğul olan və sağlam həyat tərzi aparan bütün şəxslər üçün maraqlı olacaq. .FITNESS domenini brendinizin adına əlavə edərək, yaddaqalan və maraqlı sayt ünvanı əldə edə bilərsiniz.

 

.FITNESS domeninin üstünlükləri hansılardır?

“Fitness” sözü ən populyar açar sözlərdən biridir və istifadəçilər tərəfindən tez-tez axtarılır. Müxtəlif  diyetlər, ən yaxın fitness klublar, sağlam həyat tərzi qaydaları, məşq videoları və fitness ilə bağlı digər məlumatların axtarışında olan internet istifadəçiləri sizin saytı asanlıqla tapa biləcək.

 

 

.STYLE domeni ilə stilinizi nümayiş etdirin

 

Dəb sahəsində fəaliyyət göstərən şirkətlər, moda haqqında yazan bloqerlər və ya sadəcə həyat tərzi ilə internetdə paylaşan istifadəçilər hədəf kütləsini cəlb etmək üçün  .STYLE domenini öz saytlarında istifadə edə bilərlər.  Ayrıca .STYLE domeni portfolionuzun onlayn nümayişi üçün uyğun seçimdir.

 

.STYLE domenini kim istifadə edə bilər?

 

Dizaynerlər

Stilistlər

Rəssamlar

Moda evləri

Butiklər

Onlayn geyim mağazaları

Moda haqqında yazan bloqerlər

.FASHION domeni ilə dəbli veb ünvan əldə edin  

Moda xüsusi bir incəsənət növüdür. Yüksək moda, stil, dəb tendensiyaları – bütün bunlar bir çox maraq yaradır. .FASHION domen zonası xüsusilə moda ilə maraqlanan və bu sahədə fəaliyyət göstərənlər üçün yaradılmışıdır. 

 

Moda həvəskarlarını saytınıza cəlb edin!

.FASHION  domeni ilk növbədə geyim dizaynerləri, dəbli butiklərin sahibləri, internet geyim mağazaları, eləcə də moda və stil haqqında yazan bloqerlər üçün nəzərdə tutulub.

 

 

Video ilə bölüşməyin ən yaxşı yolu!

.VIDEO kamera arxasında olan və ya internetdə video paylaşmaq istəyən hər kəs üçün ideal seçimdir. Video çəkilişi ilə məşğul olan şirkətlər və ya bu sahədə peşəkarlar bu domeni xüsusi və yaddaqalan sayt unvanı yaratmaq üçün istifadə edə bilər.

 

.VIDEO ilə istifadəçiləri cəlb edin

Kanalınızın daha yaddaqalan və əlçatan olmasını istəyirsənizsə, .VIDEO domen adınızı qeydiyyatdan keçirib, onu YouTube kanalınıza və ya hətta xüsusi bir videoya yönəldə bilərsiniz.

.VIDEO domenini qeydiyyatdan keçirərək siz həmçinin internetdə ən çox axtarılan açar sözlərindən birini də əldə edirsiniz! İstər video studiyası, onlayn təlim mərkəzi istərsə yeni başlayan rejissor və ya video bloqer olun - .VIDEO domeni ilə diqqət mərkəzində olacaqsınız.

.PHOTO domeni fotostudiya, fotoatelye saytları, eləcə də foto işləri onlayn portfolio vasitəsilə internetdə nümayiş etdirmək üçün əla seçimdir.

 

.PHOTO domeninin üstünlükləri hansılardır?

 

.PHOTO domeni fəaliyyət göstərdiyiniz sahəni dəqiq təsvir edə bilər.

.PHOTO domen sonluğunu öz adınıza əlavə edib, saytınız və ya onlayn portfoliyonuz üçün maraqlı ünvan əldə edə bilərsiniz.

.PHOTO həmçinin fototexnika və fotoqraflar üçün proqram tıminatının satışını həyata keçirən internet mağazalar üçün uyğundur.

.PHOTOGRAPHY domeni fotoqraflar, fotostudiya sahibləri, fotobloqlar, foto qalereyalar, eləcə də fotoqrafiya kusrları təklif edən təşkilatlar üçün uyğun seçimdir.

 

Fotoqraflar .PHOTOGRAPHY domen adını onlayn portfoliyo yaradıb, işlərini İnternetdə nümayiş etdirmək və ya foto çəkiliş xidmətləri təklif etmək üçün istifadə edə

bilərlər.  

Domenin .PHOTOGRAPHY zonasında qeyddiyatı saytın trafikini artıracaq, çünki "photography" istifadəçilərin axtarış zamanı istifadə etdiyi bir sözdür.

 

Virtual qalereyanızı açın

Rəsm qalereyası, onlayn incəsənət mərkəzi və ya sənətlə əlaqəli digər biznesi idarə edirsinizsə,.GALLERY domen adı sizin sayt üçün yaranıb. Yeni üst səviyyəli .gallery domeni rəssamlar, fotoqraflar və dizaynerlər üçün işlərini İnternetdə nümayiş etdirməyə əla fürsət yaradır.

 

Bu yeni domen muzeylərə, rəsm qalereyalarına, auksion evlərinə, rəssamlara, dizaynerlərə və incəsənət məktəblərinə sənət sevərləri ilə ünsiyyət qurmağa imkan verir.

Coupon partner DomainhostCoupon.com