Domain almaq

Domain almaq

Domain almaq üçün vaxt itirərək güvənli şirkət axtarmağa ehtiyac yoxdur. Hostimul.com komandası olaraq, yüksək keyfiyyətli hosting və domen xidmətini sizlərə təqdim edirik. Yeni biznesə başlamaq və ya bloq yazmaq qərarına gəlmisiniz? Elə isə Hostimul.com-dan domen almaq ilə ilk addımı atın. Düzgün seçilmiş ad sizə saytınızın tanınmağında və yadda qalmağımda, həmçinin imicinizin formalaşmasında rol önəmli rol oynayır. 

Domain almaq istəyənlər bunları oxumadan keçməyin!

Domain almaq bir veb səhifəyə daxil olmaq üçün IP ünvanı olaraq bilinən kompleks nömrələr yazmaq yerinə daha yaddaqalan (məsələn: hostimul.com) olmasına imkan verir. Domen adını yazmaq üçün, brauzerinizin ünvan çubuğunda  yalnız bir neçə hərf yazmaqla veb sayt görünür ola bilir. Domain almaq sayt qurarkən ilkin prosedurlardan olsa da, ilk öncə bu sistemin necə işlədiyini bilmək lazımdır. Bəs proses necə işləyir?

Veb saytınızın məzmunu (şəkillər, blog yazıları, font faylları və s.) Veb saytınızın fayllarıdır. Bu veb-saytlar dünyanın hər yerində serverlərə yerləşdirilir. Lakin bu serverlər yalnız IP ünvanları ilə tanınır. IP ünvanınız oxşar nömrələrin ardıcıllığıdır: 193.70.124.4

IP ünvanları bir kompüterin internet üzərindən başqa bir kompüterlə ünsiyyət qurmasına imkan verən identifikasiya nömrələridir.

Domain almaq sayt qurarkən bizim üçün prioritetdir. Domain Name System (DNS) adı verilən bir vasitə isə DNS serverləri IP ünvanlarını domen adlarına bağlayan bir telefon kitabçası kimi çıxış edir. DNS-in vəzifəsi domeninizin müəyyən bir IP ünvanına yönəldilməsi sayəsində vebinizi daha asan gözdən keçirməkdir. Bu yolla, veb saytınıza daxil olmaq istədiyiniz zaman IP ünvanı yazmaq lazım deyil. Yapmanız gereken bütün domen yazmaqdır. Başqa sözlə, domenlər IP ünvanlarının daha yaddaqalan versiyalarıdır.

Domain almaq üçün vaxt itirərək güvənli şirkət axtarmağa ehtiyac yoxdur. Hostimul.com komandası olaraq domain alışında sizə hərtərəfli kömək olacağıq və istəyinizdən asılı olaraq sərfəli qiymətlərlə digər xidmətlərimizdən də yararlana bilərsiniz!

Domain almaq sayt yaradılarkən istifadə olunması vacib olan detallardandır. Domen saytınızın internetdə axtarış zamanı çıxan adı və ya adresidir. Siz də domen almaq üçün Hostimul.com saytına müraciət edin və sərfəli qiymətlərlə istədiyiniz domeni əldə edin. Əgər istədiyiniz domen adı hal-hazırda aktivdirsə təəssüflənməyə dəyməz çünki Hostimul.com saytında alternativ olaraq bir çox domen başlıqları müştərilərə təklif edilir. Əgər saytınız qlobal olaraq müştərilərlə ünsiyyətdə olacaqsa COM sonluğu ilə domain almaq, daha uyğun olacaqdır. Əgər təhsil və ya elmi məqalələrin yerləşəcəyi bir saytınız varsa EDU ( ingilis dilindən tərcümədə education-təhsil sözünün qısaldılması ) başlığından istifadə etmək daha məqsədəuyğun olacaqdır.

Saytımızdan domen almaq üçün aşağıdakı video təlimatı izləyə bilərsiniz.

Domain almaq üçün aşağıdakı axtarış hissəsindən istifadə edə bilərsiniz

Domeni Yoxla

$9.99
$14.99
$11.99
$29.99
$9.99
$2.99

Domain Qiymətləri

Top-level domain (TLD)
  • .COM
  • .NET
  • .BIZ
  • .ORG
  • .INFO
  • .CO
  • .ASIA
  • .US
  • .IN
  • .TV
  • .ME
  • .TECH
  • .TECHNOLOGY
  • .SITE
  • .WEBSITE
  • .APP
  • .DEV
  • .PRO
  • .ONLINE
  • .EMAIL
  • .SOLUTIONS
  • .STORE
  • .SHOP
  • .BOUTIQUE
  • .AGENCY
  • .STUDIO
  • .DESIGN
  • .DIGITAL
  • .NETWORK
  • .GROUP
  • .COMPANY
  • .CONSTRUCTION
  • .CONSULTING
  • .NEWS
  • .PRESS
  • .EXPRESS
  • .TODAY
  • .MEDIA
  • .SHOW
  • .TRAVEL
  • .TOURS
  • .HOLIDAY
  • .VOYAGE
  • .TAXI
  • .ART
  • .GALLERY
  • .PHOTOGRAPHY
  • .PHOTO
  • .VIDEO
  • .TUBE
  • .FASHION
  • .STYLE
  • .TATTOO
  • .FITNESS
  • .YOGA
  • .WEDDING
  • .EDUCATION
  • .STUDY
  • .INSTITUTE
  • .ACADEMY
  • .HOSPITAL
  • .SERVICES
  • .DENTAL
  • .INTERNATIONAL
  • .COMMUNITY
  • .CENTER
  • .CLUB
  • .SPACE
  • .CITY
  • .ZONE
  • .SALON
  • .VIP
  • .CAFE
  • .COFFEE
  • .BEER
  • .PIZZA
  • .LIFE
  • .LIVE
  • .XYZ
  • .TOP
  • .BAND
  • .DANCE
  • .BLOG
  • .REVIEW
  • .REVIEWS
  • .WORK
  • .FOOTBALL
QEYDİYYAT QİYMƏTİ
  • $9.99
  • $14.99
  • $14.99
  • $11.99
  • $14.99
  • $29.99
  • $6.99
  • $9.99
  • $9.99
  • $29.99
  • $7.99
  • $9.99
  • $4.99
  • $2.99
  • $2.99
  • $14.99
  • $14.99
  • $19.99
  • $4.99
  • $4.99
  • $9.99
  • $14.99
  • $9.99
  • $9.99
  • $4.99
  • $24.99
  • $14.99
  • $9.99
  • $4.99
  • $19.99
  • $6.99
  • $29.99
  • $29.99
  • $21.99
  • $59.99
  • $8.99
  • $4.99
  • $12.99
  • $8.99
  • $99.99
  • $7.99
  • $7.99
  • $6.99
  • $9.99
  • $14.99
  • $19.99
  • $19.99
  • $29.99
  • $24.99
  • $7.99
  • $29.99
  • $12.99
  • $39.99
  • $7.99
  • $29.99
  • $29.99
  • $19.99
  • $29.99
  • $7.99
  • $29.99
  • $44.99
  • $6.99
  • $44.99
  • $4.99
  • $29.99
  • $9.99
  • $12.99
  • $4.99
  • $9.99
  • $7.99
  • $49.99
  • $19.99
  • $12.99
  • $9.99
  • $29.99
  • $8.99
  • $4.99
  • $4.99
  • $2.99
  • $2.99
  • $24.99
  • $29.99
  • $29.99
  • $9.99
  • $24.99
  • $7.99
  • $19.99
YENİLƏMƏ QİYMƏTİ
  • $14.99
  • $17.99
  • $17.99
  • $17.99
  • $17.99
  • $29.99
  • $17.99
  • $17.99
  • $14.99
  • $29.99
  • $19.99
  • $34.99
  • $21.99
  • $19.99
  • $19.99
  • $19.99
  • $19.99
  • $19.99
  • $24.99
  • $21.99
  • $21.99
  • $49.99
  • $34.99
  • $29.99
  • $19.99
  • $26.99
  • $44.99
  • $34.99
  • $21.99
  • $21.99
  • $11.99
  • $29.99
  • $29.99
  • $26.99
  • $59.99
  • $29.99
  • $19.99
  • $31.99
  • $34.99
  • $99.99
  • $49.99
  • $49.99
  • $49.99
  • $49.99
  • $14.99
  • $19.99
  • $21.99
  • $29.99
  • $26.99
  • $34.99
  • $29.99
  • $29.99
  • $39.99
  • $31.99
  • $29.99
  • $29.99
  • $19.99
  • $29.99
  • $21.99
  • $29.99
  • $44.99
  • $29.99
  • $49.99
  • $21.99
  • $29.99
  • $21.99
  • $14.99
  • $19.99
  • $21.99
  • $29.99
  • $49.99
  • $19.99
  • $29.99
  • $29.99
  • $29.99
  • $49.99
  • $29.99
  • $24.99
  • $14.99
  • $9.99
  • $24.99
  • $34.99
  • $29.99
  • $19.99
  • $26.99
  • $14.99
  • $19.99
KÖÇÜRÜLMƏ QİYMƏTİ
  • $14.99
  • $17.99
  • $17.99
  • $17.99
  • $17.99
  • $29.99
  • $17.99
  • $17.99
  • $14.99
  • $29.99
  • $19.99
  • $34.99
  • $21.99
  • $19.99
  • $19.99
  • $19.99
  • $19.99
  • $19.99
  • $24.99
  • $21.99
  • $21.99
  • $49.99
  • $34.99
  • $29.99
  • $19.99
  • $26.99
  • $44.99
  • $34.99
  • $21.99
  • $21.99
  • $11.99
  • $29.99
  • $29.99
  • $26.99
  • $59.99
  • $29.99
  • $19.99
  • $31.99
  • $34.99
  • $99.99
  • $49.99
  • $49.99
  • $49.99
  • $49.99
  • $14.99
  • $19.99
  • $21.99
  • $29.99
  • $26.99
  • $34.99
  • $29.99
  • $29.99
  • $39.99
  • $31.99
  • $29.99
  • $29.99
  • $19.99
  • $29.99
  • $21.99
  • $29.99
  • $44.99
  • $29.99
  • $49.99
  • $21.99
  • $29.99
  • $21.99
  • $14.99
  • $19.99
  • $21.99
  • $29.99
  • $49.99
  • $19.99
  • $29.99
  • $29.99
  • $29.99
  • $49.99
  • $29.99
  • $24.99
  • $14.99
  • $9.99
  • $24.99
  • $34.99
  • $29.99
  • $19.99
  • $26.99
  • $14.99
  • $19.99

 

Domain almaq və qeydiyyat üçün Hostimulu seçin

Domain almaq və ya onlayn domain qeydiyyatı zamanı qarşınıza müxtəlif suallar çıxa bilər. Bu zaman heç bir çətinlik çəkmədən Hostimul komandasına müraciət edə bilərsiniz. Onlayn olaraq və ya əlaqə nömrələrimiz vasitəsilə edəcəyiniz hər bir müraciətə 7/24 yəni fasiləsiz olaraq peşəkar komandamız cavab verərək sizə yardımçı olacaqdır. Istədiyiniz kimi domain almaq artıq çox asandır! Eyni zamanda, siz veb adresiniz üçün domain alışı zamanı yaranmış müxtəlif sualların cavabını aşağıdakı hissədən də əldə edə bilərsiniz. Hər zaman istifadəçilərini yüksək keyfiyyətli xidməti ilə məmnun edən Hostimul.com saytında, hərkəsi məmnun edəcək qiymətlər təklif olunur. Saytımızda həmçinin SSL sertifikatı, VPS hosting, Wordpress hosting və daha bir çox xidmət növü ilə tanış ola bilərsiniz. Domain almaq, heçvaxt bu qədər sərfəli və asan olmamışdı!

 

Saytınız üçün .COMMUNITY  domenini qeydiyyatdan keçirərək ümumi maraq və hədəfləri bölüşən insanları bir araya gətirəcəksiniz.

 

.COMMUNITY domeni kimi üçün uyğundur?

 

Sosial qruplar

Onlayn forumlar

Maraq dairələri

Fan klublar

 

Virtual dünya sərhədsizdir!

 

.INTERNATIONAL domen adı beynəlxalq bazarda fəaliyyət göstərən hər hansı bir biznes və ya təşkilat üçün uyğun seçimdir. .INTERNATIONAL domen adı demək olar ki hər növ biznes üçün uyğundur,  xüsusilə müxtəlif ölkələrdən istifadəşiləri olan saytlar üçün.

 

Hazırki saytlarında qlobal layihələri həyata keçirmək  üçün ayrı bir səhifə yaratmaq istəyən şirkətlər .INTERNATIONAL domenini subdomen kimi qeydiyyatdan keçirə bilər.  

 

Stomatoloji xidmətləri .DENTAL ilə təklif edin

 

Dişləri ilə problem yaşayan bir çox insan müalicə yolları və stomatoloji klinika tapmaq məqsədilə internetə müraciət edir. .DENTAL ilə yaradəlan yaddaqalan ünvan sayəsində istifadəçilər saytınızı asanlıqla tapa biləcək.  

 

Stomatoloqlar, stomatoloji avadanlığı, dərman vasitələri təchizatçıları, stomatoloji mərkəzləri və stomatologiya ilə əlaqədar digər şəxslər və ya təşkilatlar .DENTAL zonasında domen adlarını qeydiyyatdan keçirə bilər.

 

 

Saytın mövcudluğu tibbi xidmət göstərən təşkilatlar üçün vacib aspektdir. . HOSPITAL domen adı hər növ tibb müəssisələri üçün müvafiq seçimdir. Xəstəxanalar və tibbi xidmət göstərən digər qurumlar .HOSPITAL domen sonluğunu qeydiyyatdan keçirə bilər.

 

Tibbi xidmətlər göstərən könüllü proqramları, yeni üzvləri cəlb etmək məqsədilə bu domeni  istifadə edə bilər.

 

Hospital açar sözü olduğuna görə istifadəçilərə veb-saytınızı vaxtında tapmağa və tibbi yardım almaq üçün kömək edəcəkdir.

 

 

.ACADEMY domeni hər hansı bir məktəb və ya akademiya kimi tanınan təhsil müəssisəsi üçün idealdır. Bu domen həmçinin tələbələr, müəllimlər və elmi məsləhətçilər üçün də əla seçimdir.

 

Universitetlər, fərdi məktəblər, repetitor xidmətləri və akademiya kimi fəaliyyət göstərən digər təşkilatlar domenlərini .ACADEMY zonasında qeydiyyatdan keçirə bilər.

 

.ACADEMY domenləri həmçinin təlim materiallarının satıldığı platformalarda da istifadə edilə bilər.

 

.INSTITUTE domeтi ilk növbədə, təhsil qurumları, peşə məktəbləri, tədqiqat cəmiyyətləri, texnologiya şirkətləri, eləcə də elmi və ya təhsil fəaliyyət  ilə məşğul olanlar üçün nəzərdə tutulub.  

 

.INSTITUTE domeni hansı müəssisələr üçün uyğundur?

 

Məktəblər

Universitetlər

Təhsil  mərkəzləri

Kolleclər

Liseylər

 

Təhsil hər zamankindən daha əlçatandır!

 

Elektron təhsil artıq ənənəvi təhsilin bütün sahələrinə daxil olmuşdur. Daha çox tələbə online kursları, fərdi dərslər, dərs ləvazimatları və digər faydalı media resursları axtarmaq üçün internetə müraciət edir. .STUDY domeni  ilə təhsil müəssisələri dünyanın hər yerindən tələbələrlə ünsiyyət qurmağa imkan yaradır.

.STUDY domeni hər növ təhsil yönümlü təşkilatlara - dövlət məktəblərindən fərdi şirkətlərə kimi, etibarlı onlayn platforma yaratmağa kömək edəcəkdir. Bu gün online rejimdə xarici dil, proqramlaşdırma, rəsm və hətta bir musiqi alətini ifa etməyi öyrənə bilərsiniz.

 

.STUDYdomeni kimin üçün uyğundur?

 

• Online kollec və universitetlər

• Online kurslar təklif edən ənənəvi məktəblər.

• Təhsil haqqında forumlar

• Təhsil resursları ilə paylaşan saytlar

 

.EDUCATION domeni təhsil sahəsində fəaliyəət göstərən müəssisələr və şəxslərə yaddaqalan sayt  ünvanı yaratmağa imkan verir.  

 

Kim istifadə edə bilər?

 

Məktəblər

Universitetlər

Kolleclər

Abiturient hazırlayan müəllimlər

Online kurslar

Peşə kursları

 

.WEDDING toy biznesində çalışanlar üçün nəzərdə tutulmuşdur. Toy təşkilatçıları, fotoqraflar, floristlər, dizaynerlər, musiqiçilər, gəlinlik mağazaları və bu sahədə çalışan digər mütəxəssislər öz domenlərini bu zonada qeydiyyatdan keçirə bilərlər.

 

Niyə .WEDDING domenini seçməlisiniz?

 

.WEDDING domeni toy sahəsində xidmət göstərdiyinizi birbaşa vurğulayacak.

Toy fotoqrafları, tort bişirənlər, dekoratorlar və floristlər online portfoliyoları üçün .WEDDING domenini istifadə edə bilərlər.

 

.YOGA domeni yoqa ilə bağlı biznesinizi qurmağın və genişləndirməyin ən yaxşı yoludur

 

Yoqa min illər əvvəl yaranıb, lakin buna baxmayaraq yoqaya maraq göstərənlərin sayı gündən günə artır. İnternet yoqa və onun xüsusiyyətləri haqqında daha çox məlumat əldə etməyə kömək edir. Yoqa ilə maraqlanan istifadəçilər yeni studiya axtarışında və praktikalarını genişləndirmək məqsədilə internetdə vaxt keçirirlər.

 

Niyə .YOGA domenini seçməlisiniz?

 

Brendinizin adına .YOGA domenini əlavə edib daha sadə və daha yaddaqalan ünvan əldə edə bilərsiniz.

.YOGA domen adı, eləcə də yoqa üçün avadanlıq və geyim satışını həyata keçirən, və ya yoqa haqqında yazan bloqerlər üçün faydalıdır.

 

Bu domen ilk növbədə fitnes klublar, idman zalları, idman məhsullarının satışını həyata keçirən maqazalar, eləcə də  idmanla məşğul olan və sağlam həyat tərzi aparan bütün şəxslər üçün maraqlı olacaq. .FITNESS domenini brendinizin adına əlavə edərək, yaddaqalan və maraqlı sayt ünvanı əldə edə bilərsiniz.

 

.FITNESS domeninin üstünlükləri hansılardır?

 

“Fitness” sözü ən populyar açar sözlərdən biridir və istifadəçilər tərəfindən tez-tez axtarılır. Müxtəlif  diyetlər, ən yaxın fitness klublar, sağlam həyat tərzi qaydaları, məşq videoları və fitness ilə bağlı digər məlumatların axtarışında olan internet istifadəçiləri sizin saytı asanlıqla tapa biləcək.

 

 

.STYLE domeni ilə stilinizi nümayiş etdirin

 

Dəb sahəsində fəaliyyət göstərən şirkətlər, moda haqqında yazan bloqerlər və ya sadəcə həyat tərzi ilə internetdə paylaşan istifadəçilər hədəf kütləsini cəlb etmək üçün  .STYLE domenini öz saytlarında istifadə edə bilərlər.  Ayrıca .STYLE domeni portfolionuzun onlayn nümayişi üçün uyğun seçimdir.

 

.STYLE domenini kim istifadə edə bilər?

 

Dizaynerlər

Stilistlər

Rəssamlar

Moda evləri

Butiklər

Onlayn geyim mağazaları

Moda haqqında yazan bloqerlər

 

.FASHION domeni ilə dəbli veb ünvan əldə edin  

 

Moda xüsusi bir incəsənət növüdür. Yüksək moda, stil, dəb tendensiyaları – bütün bunlar bir çox maraq yaradır. .FASHION domen zonası xüsusilə moda ilə maraqlanan və bu sahədə fəaliyyət göstərənlər üçün yaradılmışıdır. 

 

Moda həvəskarlarını saytınıza cəlb edin!

 

.FASHION  domeni ilk növbədə geyim dizaynerləri, dəbli butiklərin sahibləri, internet geyim mağazaları, eləcə də moda və stil haqqında yazan bloqerlər üçün nəzərdə tutulub.

 

 

 

Video ilə bölüşməyin ən yaxşı yolu!

 

.VIDEO kamera arxasında olan və ya internetdə video paylaşmaq istəyən hər kəs üçün ideal seçimdir. Video çəkilişi ilə məşğul olan şirkətlər və ya bu sahədə peşəkarlar bu domeni xüsusi və yaddaqalan sayt unvanı yaratmaq üçün istifadə edə bilər.

 

.VIDEO ilə istifadəçiləri cəlb edin

 

Kanalınızın daha yaddaqalan və əlçatan olmasını istəyirsənizsə, .VIDEO domen adınızı qeydiyyatdan keçirib, onu YouTube kanalınıza və ya hətta xüsusi bir videoya yönəldə bilərsiniz.

 

.VIDEO domenini qeydiyyatdan keçirərək siz həmçinin internetdə ən çox axtarılan açar sözlərindən birini də əldə edirsiniz! İstər video studiyası, onlayn təlim mərkəzi istərsə yeni başlayan rejissor və ya video bloqer olun - .VIDEO domeni ilə diqqət mərkəzində olacaqsınız.

 

.PHOTO domeni fotostudiya, fotoatelye saytları, eləcə də foto işləri onlayn portfolio vasitəsilə internetdə nümayiş etdirmək üçün əla seçimdir.

 

.PHOTO domeninin üstünlükləri hansılardır?

 

.PHOTO domeni fəaliyyət göstərdiyiniz sahəni dəqiq təsvir edə bilər.

.PHOTO domen sonluğunu öz adınıza əlavə edib, saytınız və ya onlayn portfoliyonuz üçün maraqlı ünvan əldə edə bilərsiniz.

.PHOTO həmçinin fototexnika və fotoqraflar üçün proqram tıminatının satışını həyata keçirən internet mağazalar üçün uyğundur.

 

.PHOTOGRAPHY domeni fotoqraflar, fotostudiya sahibləri, fotobloqlar, foto qalereyalar, eləcə də fotoqrafiya kusrları təklif edən təşkilatlar üçün uyğun seçimdir.

 

Fotoqraflar .PHOTOGRAPHY domen adını onlayn portfoliyo yaradıb, işlərini İnternetdə nümayiş etdirmək və ya foto çəkiliş xidmətləri təklif etmək üçün istifadə edə

bilərlər.  

Domenin .PHOTOGRAPHY zonasında qeyddiyatı saytın trafikini artıracaq, çünki "photography" istifadəçilərin axtarış zamanı istifadə etdiyi bir sözdür.

 

 

Virtual qalereyanızı açın

Rəsm qalereyası, onlayn incəsənət mərkəzi və ya sənətlə əlaqəli digər biznesi idarə edirsinizsə,.GALLERY domen adı sizin sayt üçün yaranıb. Yeni üst səviyyəli .gallery domeni rəssamlar, fotoqraflar və dizaynerlər üçün işlərini İnternetdə nümayiş etdirməyə əla fürsət yaradır.

 

Bu yeni domen muzeylərə, rəsm qalereyalarına, auksion evlərinə, rəssamlara, dizaynerlərə və incəsənət məktəblərinə sənət sevərləri ilə ünsiyyət qurmağa imkan verir.

 

.ART domeni ilə incəsənət sahəsinə aid saytlar üçün kreativ və yaddaqalan bir veb ünvan yaratmaq mümkündür.

 

.ART domeni kimin üçün uyğundur:

 

• rəssamlar, fotoqraflar, ilustratorlar, heykəltəraşların və digər incəsənət xadimləri;

• sənət qalereyaları

• incəsənət studiyaları və məktəblər;

• sənət festivalları və müsabiqələr;

• sənət əşyaları mağazası.

 

.ART domeninin üstünlükləri hansılardır?

 

• .ART yeni domendir və bu zonada hələ də bir çox azad veb ünvan mövcuddur.

• İstifadəçiləri fəaliyyətiniz haqqında məlumatlandırır.

• "art" bir açar sözü olduğuna görə, .ART domen adı Google nəticələrində mövqeyinizi artıracaq.

 

 

İnternet vasitəsilə taxi sifariş etmək çox asandır və bugün çoxları bu üsula üstünlük verir. .TAXI domeninin qeydiyyatı internetdə taksi xidmətlərini təklif edən saytlar üçün nəzərdə tutulub. 

.TAXI domeni sadəcə yeni istifadəşiləri cəlb etməyə yox, eləcə də sifarişlərin sayını artırmağa imkan verir.  

 

Niyə TAXI domenini seçməlisiniz?

 

  • Taksi xidmətlərini təmin edən şirkətlər peşəkar sayt yaratmaq imkanını verir və istifadəçilərdə etibarlılıq hissi yaradır.
  • Ünvanınızın tərkibində olan populyar açar sözü saytın axtarış sistemindəki mövqesinə müsbət təsir göstərəcəkdir.
  • .TAXI domen sonluğununa şirkətinizin fəaliyyət göstərdiyi şəhərin adını əlavə edib unikal və yaddaqalan ünvan əldə edə bilərsiniz.

Səyahətə .VOYAGE domeni ilə başlayın!

 

.VOYAGE domeni turizm sahəsində fəaliyyət göstərən şirkətlər və ya səyahətlər haqqında yazan bloqerlər üçün uyğun seçimdir.

Bu domen maraqlı sayt ünvanı yaratmağa imkan verir. Belə ki, potensial müştərilər yaddaqalan ünvan sayəsində, saytınısı internetdə asanlıqla tapa biləcək.

 

.HOLIDAY ilə əla tətil təşkil edin!

İngilis dilli dünya ölkələrinin əksəriyyətində holiday sözü  "tətil" deməkdir. Buna görə, .HOLIDAY domeni turizm agentlikləri, tur operatorlar, otellər, aviaşirkətlər və səyahət ilə bağlı bütün saytlar üçün uyğundur.

 

Bayramlar həyatımızın vacib bir hissəsidır

 

“Holiday” sözü ingilis dilindən həmçinin “Bayram” kimi də tərcümə oluna bilər.

.HOLIDAY domen zonası müxtəlif şənliklərin , məsələn ad günlərinin, toyların, korporativ tədbirlərin, təşkili ilə məşğul olan şirkətlər üçün də kimi maraqlı olacaq.

 

Səyahət agentlikləri və turizm sahəsində fəaliyyət göstərən şirkətlərin təklif etdiyi əsas xidmətlərdən biri tur paketlərin təmin edilməsidir. İstər dünya paytaxtlarında gəzinti turları, istər okeanın sahilində sakit istirahət təklif edin  - .TOURS domeni fəaliyyəti turizm ilə bağlı bütün şirkətlər üçün uygundur. 

 

.TOURS domeninin üstünlükləri hansılardır?

 

  • Təklif etdiyiniz turların istiqamətini müəyyən edən domen adı əldə edə bilərsiniz, məsələn, Avropa üzrə turlar üçün  Europe.tours və ya qastronomik turlar təklif etdiyiniz halda  Gastronomy.tours adını seçə bilərsiniz.  
  • “Tours” açar sözdür və sərfəli turlar axtırışında olan potensial müştəriləri saytınıza gətirə bilər.
  • Şirkətin adında “Tours” sözünün olduğu halda, sayt üçün qısa və yaddaqalan bir ünvan yaratmağa imkan verir.

Domeni brendinizin bir hissəsinə çevirin

 

Məlumdur ki, səyahət insanlara xoşbəxtlik gətirir, eləcə də zehni və emosional sağlamlığlarına müsbət təsir göstərir. Məhz buna görə turizmin hazırda ən məşhur istirahət növlərindən biri olmağı heçdə təəcüblü deyil.

 

.TRAVEL ilə turizm sahəsinə aid olduğunuzu nümayiş etdirin

 

2005-ci ildə .TRAVEL domeninin təqdimatından sonra turizm sahəsi ilə əlaqəli bir çox şirkətlər öz saytları üçün bu domeni seçdi. Bundan əlavə, .TRAVEL domeni bir açar sözüdür və axtarış sistemləri tərəfindən gələn orqanik trafikin həcmini artırır. 

 

.TRAVEL domenini kim seçir?

 

• Səyahət agentlikləri

• Otel və kurortlar

• Şəhərlərarası avtobuslar

• Xartiya uçuşları

• Ekskursiya proqramları

• Səyahət haqqında bloqlar

 

Təəsüratlarınızı hamı ilə paylaşın

 

Səyahət vaxtı baş verən maraqlı və həyacan dolu hekayələri oxuyucularınız ilə bölüşün. .TRAVEL domeni həmçinin səyahət haqqında bloq və saytlar üçün əla seçimdir. Bu cür domen sonluğu  sizə maraqlı olan istifadəçiləri cəlb etməyə imkan yaradacaq.

 

.SHOW domeni ilə:

 

  • Saytınızda TV verlişlər və şou biznes haqqında ən son xəbərləri paylaşın.
  • Turlar, biletlər və konsertlərin cədvəlləri haqqında məlumat verin.
  • Yeni bir televiziya verlişini və ya serialı .SHOW domen adı ilə internetdə tanıdın.

 

Öz şounuzun ulduzu olun!

 

Bəzən şəxsi şounuzu yaratmaq üçün lazım olan hər şey - istək və bir az yaradıcılıqdır. .SHOW domeni ilə yaradıcılığınızı nümayiş etdirə və çoxdanki ideyanızı həyata keçirə biləcəksiniz.

 

Öz kütlənizi toplayın

 

Artıq məlumdur ki, video internetdə ən cəlbedici məzmundur. Saytınızda maraqlı videoları paylaşırsınızsa, .SHOW domeni ilə sırf sizə lazım olan kütləni cəlb edəcəksiniz.

 

.MEDIA vasitəsi ilə saytınızı internetdə tanıdın

 

Media sözü müxtəlif yaradıcı istiqamətləri— incəsənət, musiqi, xəbərlər, kino, kommunikasiya və s. ifadə edən ümumi bir termindir.

 

.MEDIA domeni KİV nümayəndələri, dizaynerlər, prodüserlər, marketinq şirkətləri və yazıçılar üçün uyğun seçimdir. Bu domen adını xəbər saytı, blog və ya onlayn portfolio yaratmaq üçün istifadə edə bilərsiniz.

 

 

.TODAY domeni ilə gündəmdə olun!

 

Son məlumatlarla paylaşırsınız və bunu bütün internetə bildirmək istəyirsiniz? Bu halda, .TODAY domeni sizin üçün ideal seçimdir. .TODAY –  siyasət, texnologiya, moda və ya əyləncə kimi müxtəlif sahələrdə yeni xəbərlərlə bölüşmək üçün istifadə edilə bilər.

 

Bu gün .TODAY domenini əldə etməyin əsl vaxtıdır

 

.TODAY domeni saytınızda aktual və daim yenilənən məlumatlarla təmin etdiyinizi bildirir. Bundan əlavə, .TODAY domeni demək olar ki, bütün sözlər ilə uyğun gəlir və saytınız üçün maraqlı ünvan yaratmağa imkan verir.

 

TODAY hansı saytlar üçün uyğundur?

 

• Bloqlar

• Xəbər saytları

• Online Göndərmə

• Hava proqnozu saytları

 

.EXPRESS domeni ilə özünüzü ifadə edin! 

 

.EXPRESS domeni kreativ sayt ünvanı  əldə etmək istəyən şirkətlər üçün əla seçimdir.

 

İstər rəssamlıq, yazıcılıq, istər dizayn sahəsində məşğul olun, .EXPRESS domeni sevdiyiniz işi nümayiş etdirməyin ən yaxşı yoludur.

 

.EXPRESS həm də adları "express" sözündən ibarət olan şirkətlərə qısa və yaddaqalan bir ünvan yaratmağa imkan verir.

 

.PRESS domeni ilə layihənizin jurnalistika sahəsinə aid olduğunu vurğulayın

 

.PRESS  domen adı xüsusi olaraq jurnalistika sahəsi üçün yaradılmışdır. Jurnalistlər, bloqerlər, elektron nəşrlər, xəbər agentlikləri və kütləvi informasiya vasitələri ilə əlaqəli bütün layihələr üçün nəzərdə tutulmuşdur.

 

Çox vaxt yeni sayt və ya onlayn portfolio yaradan jurnalistlər, seçdikləri domen adının məşğul olması ilə üzləşirlər. .PRESS domen zonasının üstünlüklərindən biri də, bir çox azad adların mövcudluğudur.

 

Həmçinin, .PRESS yeni xəbər agentlikləri üçün layihələrini internetdə təqdim etmək və istifadəçilər arasında tanıtmaq üçün əla imkandır.

 

 

Xəbərləri hamı ilə paylaşın!

 

Son illərdə daha çox insan xəbərləri internetdə; sosial şəbəkələrdə, xəbər portallarında oxumağa üstünlük verir. .NEWS domen zonası ilk növbədə internetdə xəbərlər  ilə bölüşən saytlar üçün nəzərdə tutulmuşdur. 

 

Niyə .NEWS domeni?

 

Mövcud saytınıza xəbər bölməsi əlavə etmək istəyirsinizsə, .NEWS domenini subdomen kimi qeydiyyatdan keçirə bilərsiniz.

 

.NEWShəmçinin saytın adını qısaltmaq üçün yaxşı imkandır (məsələn, namenews.com saytını name.news-a) dəyişib, daha yaddaqalan ünvan yarada bilərsiniz.

 

.NEWS kim üçün uyğundur ?

 

• Bloqerlər

• Xəbər portalları

• Jurnalistlər, redaktorlar

• PR departamentləri

• Sahibkarlar və startup-lar

 

Bu gün bir çox şirkətlər bizneslərini düzgün qurmaq və inkişaf etdirmək məqsədilə ekspertlərə müraciət edib, onlardan məsləhət alır. .CONSULTING domeni – internetrdə peşəkarlığınızı və bacarıqlarınızı nümayiş etdirməyin yaxşı yoludur.

 

 .CONSULTING kimin üçün uyğundur:

 

• Biznes məsləhətçiləri

• Podratçılar

• Müəllimlər

• Analitiklər

• Hər hansı bir sahədə mütəxəssislər

 

 

.CONSTRUCTION domeni ilə saytınızın təməl daşını qoyun

 

.CONSTRUCTION domen adı tikinti və təmir xidmətlərini təklif edən saytlar üçün əla seçimdir.

 

Tikinti şirkətləri, əmlak agentləri, santexniklər və tikinti sənayesinin digər nümayəndələri öz saytları üçün.CONSTRUCTION domen zonasını seçə bilərlər.

 

Bu cür domen adı potensial müştərilərinizi fəaliyyətiniz haqqında məlumatlandıracaq və biznesinizi inkişaf etdirməyə kömək edəcəkdir.

 

 

.GROUP domeni ilə öz cəmiyyətinizi yaradın

 

.GROUP domen sonluğunu saytınızın adına əlavə edin və hədəf kütlənizi cəlb edən, yaddaqalan veb ünvanı əldə edin.

 

Üst səviyyəli .GROUP domeni, ortaq bir məqsəd və ya hədəfə çatmaq uğrunda insanlarla çalışan şirkətlər və təşkilatlar üçün düzgün seçimdir (məs. könüllülər qruplarının yığılması, xeyriyyə fondlarını təşkil edilməsi).

 

Dram dərnəyi, kitab klubu, aşpazlıq kursları – .group domeni hər hansı bir mövzuya həsr olunmuş saytlar üçün uygundur.

 

.NETWORK domeni ilə imkanlarınızı genişləndirin

 

.NETWORK domen zonası, ilk növbədə, IT mütəxəssislər və telekomunikasiya şirkətləri, eləcə də çəbəkə məhsullarının satışını həyata kemirə internet mağazalar üçün nəzərdə tutulub.

 

Düzgün əlaqələr qurun!

 

.NETWORK domeni həmçinin öz sosial şəbəkələrin, tanışlıq saytlarının, bloqların və forumların sahibləri üçün maraqlı olacaq.

 

Rəqəmsal dünyanın bir hissəsi olun!

 

Bügün real həyatımızın bir çox sahələri rəqəmsal dünya ilə bağlıdır. Çoxları həyatlarını kömpüter və mobil telefonsuz təsəvvür edilə bilmir.

 

.DIGITAL kimin üçün nəzərdə tutulmuşdur?

 

.DIGITAL domen zonası ilk növbədə, rəqəmsəl məhsulların satışını həyata keçirən internet-mağazalar, eləcə də bu sahədə xidmətlər ilə təmin edən şəxslər və  rəqəmsal agentliklər, veb studiyalar üçün uyğundur. Əgər siz musiqi, film və ya proqram təminatının satışı ilə məşğulsunuzsa, bu domen zonası məhz sizin üçündür!

 

Müasir dünyada dizayn, demək olar ki, həyatımızın ayrılmaz bir hissəsidir və onun bir çox sahələrində özünü əks etdirir. Peşəkar dizayn landşaft dizaynı, interyer dizayn, qrafik dizayn, veb dizayn, sənaye dizaynı, geyim dizaynı və s. kimi müxtəlif sahələri özündə birləşdirir.

 

Saytınız üçün .DESIGN sonluğunu seçərək istifadəçilərə hansı sahədə məşğul olduğunuzu birbaşa nümayiş etdirirsiniz. 

 

.DESIGN domenini kimlər seçir?

 

• Qrafik Dizaynerlər

• Web Developerlər

• İnteryer üzrə Dizaynerlər

• Dizayn Studiyaları

• Freelance Dizaynerlər

• Geyim Dizaynerləri

 

Layihələrinizi onlayn nümayiş etdirin

 

.DESIGN rəqəmsal layihələrini internetdə tanıtmaq istəyən həm peşəkar, həm də təcrübəli dizaynerlər üçün əla seçimdir.

 

Studiyanızı onlayn rejimə keçirin!

 

Studiyalar, səs yazmadan, sənət əsərlərinin yaradılmasından tutmuş, foto çəkilişlərə kimi – bir çox məqsədlər üçün istifadə olunur.

 

Dizayn studiyası, fitness klub, gözəllik salonu və ya foto studiya – .STUDIO domen zonası universaldır və müxtəlif növ bizneslər üçün uyğundur.

.STUDIO domeni ilə saytınız üçün maraqlı və yaddaqalan ünvan, eləcə də eksklüziv imic yarada biləcəksiniz.

 

.STUDIO domen zonası həmçinin daşınmaz əmlak səhəsinə uyğundur və mənzillərin kirayəsi ilə məşğul olan şirkətlər üçün maraqlı seçimdir.

 

Agentliyiniz üçün ən yaxşı domen sonluğu!

 

Bu gün müxtəlif növ agentliklər fəaliyyət göstərir: reklam agentlikləri, daşınmaz əmlak agentlikləri, sığorta agentlikləri və s. .AGENCY domen uzantısı özünü bir agentlik kimi müəyyən edən hər hansı bir biznes saytı üçün ideal seçimdir.

 

 

Mağazanız üçün səviyyəli domen əldə edin!

 

"Boutique" sözü fransız dilindən "mağaza" kimi tərcümə olunur. Artıq bugün bu söz bir çox dillərdə başa düşülür və daha çox mağazanın xüsusi təbəqəyə aid olduğunu göstərmək üçün istifadə olunur.

.BOUTIQUE ilk növbədə lüks səviyyəli məhsullar, dizayner paltarları, eksklüziv aksessuarlar, eləcə də əmlak əşyalarının - evlərin, avtomobillərin, yaxtların və s. satışını həyata keçirən elit mağazaların sahiblərinə maraqlı olacaq. 

 

E-ticarət saytları üçün ən uyğun domen

 

"Shop" sözü ingilis dilindən "Mağaza" kimi tərcümə olunur. Bu sözün mənası bir çox istifadəçilərə, hətta ingilis dilini bilməyənlərə də məlumdur.

.SHOP domeni saytınızın onlayn mağaza kimi fəaliyyət göstərdiyini vurğulayır və internet istifadəçilərinə saytınızı asanlıqla tapmağa imkan verir. İnternetdə alış-veriş edərkən, bir çox istifadəçi  instinktiv olaraq,  axtarış sistemində .SHOP sözünü daxil edir. .SHOP  domeni vasitəsilə həm yerli, həm də beynəlxalq alıcıları cəlb etmək mümkündür.

 

Bundan əlavə, mövcud saytınıza onlayn mağaza səhifəsini əlavə etmək istəyirsinizsə, .SHOP-u subdomen kimi istifadə edə bilərsiniz.

 

.SHOP hər hansı bir məhsulu satmaq üçün uygundur, o cümlədən:

 

• Geyim

• Əl işləri

• Mebel və interyer əşyaları

• Elektronika və kompüterlər

• Kitablar və musiqi

• Uşaqlar üçün məhsullar

• Qida məhsulları

 

Bütün sualları .SOLUTIONS ilə cavablandırın!

 

Hər gün milyonlarla istifadəçi suallarına cavab tapmaq məqsədilə internetə müraciət edirlər.  .SOLUTIONS domeni istifadəçilərə saytda faydalı məlumtların olduğunu çatdırır. Ilk növbədə, məlumat mərkəzləri, dəstək xidməti saytları, eləcə də video təlimat və maarifləndirici saytların müəlifləri üçün nəzərdə tutulmuşdur.

 

Bu həmçinin adı  «Solutions» sözü ilə bitən şirkətlər üçün əla seçimdir, çünki domen adını qeydiyyatdan keçirərək, əlavə sözləri istifadə etməyə ehtiyac qalmayacaq.

 

Xidmətlərinizi .SERVICES ilə təklif edin!

 

.SERVICES domen zonası internetdə xidmətlərini təqdim etmək istəyən şirkətlər, şəxslər, fərdi sahibkarlar və bloqerlər üçün nəzərdə tutulub.

 

.SERVİCES domeninin üstünlükləri hansılardır?

 

• Əgər şirkətinizin adı "Services" sözünü daxil edirsə, müvafiq domen adını artıq söz və ya simvol əlavə etmədən qeydiyyatdan keçirə bilərsiniz.

• Bu domen zonasında azad ad tapmaq şansınız daha çoxdu.

• .SERVICES hər hansı bir sahəyə tətbiq oluna bilər, təmizlik xidməti, avtomobil təmiri ilə təmin edən şirkətlərdən tutmuş, tibbi xidmətlərə göstərən müəssisələrə kimi.

 

.EMAIL domen adı fəaliyyəti e-poçt ilə əlaqəli olan şirkət və təşkilatlar üçün uyğundur:

 

  • E-poçt provayderləri
  • Marketinq xidmət təminatçıları
  • E-poçt marketinq xəbərləri və tendensiyalarına həsr olunmuş saytlar.
  • Müştəri dəstək şirkətləri
  • Hostinq Provayderləri

 

 

.ONLINE domeni ilə həmişə xətdə olun!

 

.ONLINE domeni 150,000-dən çox saytda istifadə olunur və dünyanın ən populyar domenlərindən biri sayılır. .ONLINE universaldır və hər növ biznes layihələr üçün uyğundur. Bundan əlavə, "online" sözü dünyanın 24-dən çox dilində başa düşülür. Dünyanın aparıcı şirkətləri, bloqerləri və startup sahibləri internet istifadəçilərinin diqqətini cəlb etmək üçün ONLINE. domenini seçirlər.

 

 .ONLINE hansı hallarda istifadə oluna bilər?

 

• Yeni bir məhsulun satışa çıxarılması

• İnternet mağazanın açılması

• Maraqlı CV-nin yaradılması

• Peşəkar portfolionun təqdimatı

• Veb xidmətlərinin təmin edilməsi

 

.ONLINE həmçinin Google-un orqanik  axtarış sıralamasında tanınmış .com, .org, və s. domenlər kimi qiymətləndirilir və saytınızın trafikinin artıracaqdır.

 

 

 

.PRO domeni ilə peşəkarlığınızı nümayiş etdirin

 

Öz işinizin əsl peşəkarısınızsa .PRO domeni bunu vurğulamağın vaxtıdır.

 

Şirkətlər və fərdi sahibkarlar .Pro domenin bu hallrda istifadə edə bilərlər:

 

• Müəyyən bir sahədə peşəkar xidmətlərin təşviqi üçün

• Mütəxəssislər üçün nəzərdə tutulan məhsulların satışı üçün

• Müxtəlif sahələrdə məlumatlar ilə paylaşan saytlar üçün

 

.PRO domeninin üstünlükləri hansılardır?

 

• Yaddaqalan və qısadır.

• Peşəkar xidmət təklif edərək istifadəçilərdə güvən  yaradır

• Nisbətən yeni bir domen zonası olduğuna görə, bir çox azad domen adı mövcuddur

 

 

.DEV  texnologiya sahəsinin ən mühüm terminlərindən biri olan "development" sözünün qısaltmasıdır.

 

Proqramçılar üçün xüsusi bir sahə  

 

.DEV domeni  texnologiya təşkilatları, vep proqramçılar, eləcə də proqramlaşdırma haqqında yazan bloqerlər üçün nəzərdə tutulub. .DEV lahihənin aşağıdaki sahələrə aid olduğunu göstərməyə imkan verir:

 

• Veb proqramlaşdırma

• Veb Dizayn

• Proqram təminatının hazırlanması

• Oyun tətbiqlərinin hazırlanması

• Mobil proqramlar

• IT təhlükəsizlik

 

Xüsusi təhlükəsizlik səviyyəsi

 

Qeyd etmək lazımdır ki, .DEV domen zonasında qeydiyyatdan keçən bütün saytlarda SSL sertifikatın mövcudluğu tələb olunur. .DEV digər domenlər kimi satın alına bilər, lakin HTTPS protokolu quraşdırılana kimi əlaqəli sayt brauzerlərdə düzgün işləməyəcəkdir.  

 

Pulsuz SSL sertifikat bütün veb hostinq paketlərimizə pulsuz daxildir.

 

 

 

Mobil tətbiqlər üçün əla seçim!

 

.APP domeni ilk növbədə mobil tətbiq developerləri, proqramçılar və oyun sənayesinin nümayəndələri üçün nəzərdə tutulmuşdur. Mobil tətbiqləri geniş auditoriyaya peşəkar şəkildə təqdim etmək üçün ideal bir seçimdir.

 

Əlavə təhlükəsizlik səviyyəsi

 

Qeyd etmək lazımdır ki, .DEV domen zonasında qeydiyyatdan keçən bütün saytlarda SSL sertifikatın mövcudluğu tələb olunur. .DEV digər domenlər kimi satın alına bilər, lakin HTTPS protokolu quraşdırılana kimi əlaqəli sayt brauzerlərdə düzgün işləməyəcəkdir.  

 

Pulsuz SSL sertifikat bütün veb hostinq paketlərimizə pulsuz daxildir.

 

.SITE domeni  yadda qalan veb sayt ünvanı yaratmaq və brendinizi tanıtmaq üçün əla seçimdir.

 

Niyə .SITE domenini seçməlisiniz?

 

• .SITE tamamilə universaldır və hər növ layihələr üçün uyğundur.

 

•.COM və .NET kimi “köhnə” domen zonaları ilə müqaisədə, .SITE domen zonasında daha çox ad mövcuddur.

 

• .SITE domeni dünyanın hər hansı bir dilində başa düşülür və istifadəçilər tərəfindən asanlıqla yadda qalır.

 

 

Texnologiyalar ilə bağlı saytlar üçün əla seçim!

 

.TECH domeni ilk növbədə texnologiyalara aid internet-layihələr üçün nəzərdə tutulub. IT mütəxəssislər, veb developerlər, sistem administratorları və bloqerlər .TECH domenini istifadə edərək öz fəaliyyətlərini vurğulayırlar.

 

Gələcək texnologiyalarındır!

 

Texnologiyalara maraq ildən-ilə artıq. .TECH domeni ilə texnologiya sahəsinə aid olduğunuzu nümayiş etdirin və bu sahə ilə maraqlanan istifadəçiləri, eləcə də potensial müştəriləri cəlb edin.

 

 

Fəaliyyətiniz haqqında dünyaya danışın!

 

.ME domeni bir çox dillərdən (ingilis, alman, italyan v.s) "mənə", "məni" kimi tərcümə edilir və adətən fərdi layihələr, bloqlar və şəxsi səhifələr üçün ideal domen sonluğu sayılır. Dizaynerlər, veb developerlər, fotoqraflar, yazıçılar və müxtəlif sərbəst peşə sahibləri tərəfindən öz işlərini internetdə nümayiş etdirmək üçün fəal istifadə olunur.

 

.Me, həmçinin Monteneqro ölkəsinin milli üst səviyyəli domenidir və əvvəlcə yalnız bu ölkənin vətəndaşları üçün mövcud idi. Bu gün artıq hər kəs .Me sonluğu ilə domen adını qeydiyyatdan keçirə bilər.

 

.TV domen zonası, peyk, kabel və onlayn televiziya xidmətlərini təmin edən şirkətlər üçün ideal seçimdir.

 

.TV domeninin üstünlükləri hansılardır?

 

• .TV domen zonası sayəsində, saytınız Google-un reytinqində daha yüksək mövqe qazana bilər.

• .TV zonasında daha çox ad mövcuddur, çünki bir çox sayt üçün hələ də .com domen zonası seçilir.

• .TV  domeni artıq 20 ildən çoxdur ki mövcuddur və internet istifadəçiləri tərəfindən güvənli sayılır.

 

Maraqlıdır ki, .TV ilk növbədə, Sakit okeanda yerləşən Tuvalu adında kiçik ada ölkəsinin üst səviyyəli milli domenidir.  Lakin TV-nın çoxları tərəfindən televiziya sözünün qısaltması kimi qəbul edildiyi üçün, bu domen çox vaxt televiziya ilə bağlı layihələr və ya video məzmunu olan saytlar üçün istifadə olunur.

 

.ASIA domen adı, müxtəlif ölkələrdən geniş auditoriyanın cəlb edilməsi və Asiya-Sakit okean regionunda online biznesin genişləndirilməsi üçün əla seçimdir. Ticari şirkətlər, beynəlxalq təşkilatlar və informasiya agentlikləri bizneslərini inkişaf etdirmək və Asiya bazarına çıxmaq məqsədilə öz domenlərini bu zonada qeydiyyatdan keçirirlər.

 

Bu domen həmçinin Asiyadan ixrac olunan məhsulların satışı həyata keçirilən saytlar üçün də uyğundur və bu cür məhsulların orijinallığını və yüksək keyfiyyətini vurğulayacaqdır (məsələn: soy-sauce.asia, tofu.asia).

 

.ASIA domen adını əldə etmək üçün,  Asiya regionunda qeydiyyatda olan ən azı bir əlaqədar fiziki və ya hüquqi şəxs olmalıdır.

 

 

 

“Company” sözündən yaranan .CO domeni  çox vaxt korporativ və kommersiya xarakterli saytlar üçün münasibdir. Bu domen artıq dünya üzrə tanınır və bir çox şirkət tərəfindən istifadə olunur. Apple, Coca-Cola, Amazon, Disney, VISA, BMW, American Express kimi məşhur brendlər .CO domen sonluğunu seçiblər.

 

.COM domeninə bənzədiyinə görə, istifadəçilər çox vaxt .COM-un artıq məşğul olduğu hallarda, əvəzinə .CO domenini seçirlər.

 

.CO həmçinin Kolumbiya ölkəsinin milli domenidir və bu ölkə ilə bağlı saytlar üçün də uyğundur.

 

cPanel-də “Subdomenlər” adında işarə var. Onun üzərinə klikləyin. Subdomenlərin idarə edilməsi səhifəsinə keçəcəksiniz. Burada subdomenləri quraşdırıb, fayl sistemindəki müəyyən qovluğlara bağlaya bilərsiniz.

 

in. domen zonası birbaşa Hindistanla əlaqəli biznesə başlamaq istəyən təşkilatlar üçün uyğundur. Bugün Hindistan bazarı sürətlə artır və bir çox şirkətlər bu ölkədə bizneslərini inkişaf etdirmək üçün .in domen adını istifadə edir. Bu domen coğrafi tələblər olmadan hər hansı bir ölkənin vətəndaşları tərəfindən əldə edilə bilər. Bəzi şirkətlər müxtəlif coğrafi ərazilərdə yerləşən müştərilər üçün ayrı URL yaradırlar. Məsələn, məhsullarınız və xidmətləriniz haqqında məlumat daşıyan yerli saytınız varsa, həmçinin Hindistanda yaşayan müştəriləriniz üçün ayrıca bir sayt yarada bilərsiniz. 
 

.us domen adı dövlət və bələdiyyə orqanlarının və ya ABŞ bazarına çıxmaq istəyən şirkətlərin saytları üçün uyğundur. Bu domen adı bütün ABŞ vətəndaşları və ölkənin ərazisində yerləşən dövlət qurumları, habelə ABŞ-da aparılan hər hansı bir xarici biznes və ya təşkilat üçün mövcuddur. 


us. domeni aşağıdakı imkanları yaradır: 
⦁    ABŞ-da yaşayan istifadəçiləriniz üçün xüsusi saytın yaradılması
⦁    Asan yadda qalan domen il yeni saytın yaradılması
⦁    Ticarət nişanını ABŞ-da qorumaq
⦁    ABŞ kataloqunda listinq əldə etmək 


 

.info domen adı internet istifadəçiləri arasında çox məşhurdur və COM, .NET və .ORG kimi domen zonaları ilə birlikdə ən populyar domenlərdən biridir. Çox güman internetdə düzgün məlumat axtaran istifadəçilər axtarış sistemində .info domenini yığacaq. Bundan əlavə, axtarış sistemlərində yüksək trafik əldə etmək istəyirsinizsə, ümumi SEO strategiyanızın bir hissəsi olan söz əsaslı domen adının faydalarını düşünün. 

Bu yenilikçi domen adı .com saytının ilk alternativlərindən biridir. Domen zonası 30 yanvar 2001-ci il tarixində yaradılmışdır. 
Baxmayaraq ki, .info domen adı ilk növbədə informativ saytlar üçün nəzərdə tutulmuşdur, hal-hazırda müxtəlif növ təşkilatlar tərəfindən istifadə edilir. 


.info domen adı aşağıdakı hallarda istifadə oluna bilər:

⦁    Saytınızda məlumat, məhsulların təsviri və ya araşdırmalar ilə bölüşürsünüz. 
⦁    Seçdiyiniz adın .com zonasında məşğul olduğu halda, həmin adı .info zonasında tapa bilərsiniz.
⦁    Kommersiya xarakterli saytınızı xəbər saytı ilə təmin etmək üçün 
⦁    Xarici ölkələrdən olan müştərilər ilə əlaqə saxlamaq üçün
 

Tanınmış və etibarlı .net ən nüfuzlu üst səviyyəli domenlərdən biridir.  Bu domen adı ilk dəfə 1985-ci ilin yanvar ayında .com və .org daxil olmaqla, digər orijinal TLD (üst səviyyəli domenlər) ilə birlikdə təqdim olunmuşdur. O vaxtdan etibarən .net domen zonası ildən-ilə populyarlıq qazanırdı və 2011-ci ildə .com və .de. domenlərindən sonra ən çox seçilən domen oldu. 
Bu domen adı jurnalistika, telekommunikasiya və digər oxşar fəaliyyətlərlə məşğul olan şirkətlər və şəxslər üçün nəzərdə tutulub. Bugün .net domen adı artıq 200-dən çox ölkədə istifadə olunur. 
Bu domen .com və ya .biz domenlərinə əlavə olaraq şəxsi məlumatlarınızı və ticarət nişanınıza aid məlumatları qoruya bilər. Həmçinin .com zonasında artıq məşğul olan adı, burada tapıb qeydiyyatdan keçirə bilərsiniz. 
Baxmayaraq ki, .net domen adı ilk növbədə şəbəkə texnologiyaları ilə məşğul olan şirkətlərin maraqlarını nəzərə alaraq yaradılmışdır, bu gün .net müxtəlif şirkətlərin və fərdi şəxslər tərəfindən də istifadə olunur. 
 

.biz domeni – biznes seqmentində daha çox üstünluk verilən domenlərdən biridir. Eləcə də .biz domeni qısa və rahat yaddaqalan domenlərdən biridir. Saytınızın ticarət yönümlü olduğunu .biz domeni ilə vurğulayın. Məhsulları satışı və ya xidmətlərin göstərilməsi ilə məşğul olursunuzsa, .biz domeni sizin üçün ən uyğun seçimdir. Belə bir domen çox sayda ziyarətçinin cəlb edilməsinə və biznesinizi yeni səviyyəyə çıxarmağa kömək edəcək. 

.org domen adı organization ingilis sözünün qısa variantıdır. 1985-ci ilin yanvarında .com, .edu, .gov və .mil kimi əsas üst səviyyəli domenlərlə birlikdə yaradılmışdır. 
.org uzadılması ilk növbədə qeyri-kommersiya təşkilatları üçün nəzərdə tutulsa da, indi bir növ təşkilat bu domeni istifadə edir. Domain .org başqalarına öz fəaliyyətləri barədə məlumat vermək istəyən təşkilatlar və şirkətlər üçün ideal seçimdir.

Domen adları hansı hallarda lazım ola bilər?

.org domenləri əsasən qeyri-kommersiya xarakterli təşkilatlar üçün nəzərdə tutulmuşdur:


⦁    Qeyri-kommersiya təşkilatları
⦁    Həmkarlar ittifaqları və tələbə icmaları
⦁    Sosial təşkilatlar
⦁    Xeyriyyə fondları
 

.com domen adı internetdə ən populyar və tanınan üst səviyyəli domenlərdən biridir. 

.com domen adı Domain Name System (DNS) tərəfindən ilk dəfə 1985-ci ildə ilk altı TLD-(üst səviyyəli domenlərlə) birgə yaradılmışdır.  
Yarandığı gündən .com etibarlı bir domen adı sayılır və kommersiya təşkilatları üçün nəzərdə tutulmuşdur. .com domen adı ilk dəfə  kompüter istehsalçısı olan Symbolics.com saytında istifadə olunmuşdur. Bu günə kimi, .com domen adı artıq 130 milyon dəfə qeydiyyatdan keçib. 

"Com" domen adı "kommersiya" deməkdir və biznes üçün ideal seçimdir. Bununla yanaşı, hər hansı fərdi şəxs və ya təşkilat öz şirkətləri, bloqları və ya şəxsi veb saytları üçün .com domen adını seçə bilərlər. 

Əgər siz artıq .biz və ya .net domen adını qeydiyyatdan keçirmisinizsə, saytınızı təkmilləşdirmək və trafikini artırmaq üçün .com domenini əlavə edə bilərsiniz. 

Müvafiq üst səviyyəli domen adı tapmaq istəyirsinizsə, .com domeni ilə fəaliyyətinizi bütün dünyaya tanıda biləcəyinizdən əmin olun. Dünyanın ən məşhur brendləri domenlərini .com zonasında qeydiyyatdan keçirirlər. 

Subdomen əsas domen kimi domen adıdır. Subdomen istifadə edərək, əsas domen ilə yaratdığınız saytın eynisini yarada bilərsiniz. Subdomenin domendən əsas fərqi onun daha aşağı səviyyədə olmasıdır.

Məsələn, bir domain adınız var: example.net. Bu domenə başqa bir domen əlavə etsəniz (support və ya shop), support.example.net və shop.example.net subdomenləri alınacaq.

Bir çox sayt sahibləri subdomenlərdən istifadə edir və üstünlüklərindən faydalanır. Məsələn, subdomenlər vasitəsilə saytınız axtarış sistemlərində daha yaxşı sıralanacaqdır, çünki axtarış sistemləri subdomenləri tamamilə ayrı bir sayt kimi görür. Eləcə də, subdomen vasitəsilə siz saytınızı mobil cihazlara uyğun optimizasiya edə bilərsiniz.

 

Domen adı saytınızın internetdəki adıdır. Domen adı vasitəsilə istifadəçilər saytınızı rahatlıqla tapa bilir. Domen adı iki əsas hissədən ibarətdir. Məsələn, Hostimul.com domen adı saytın adından (Hostimul) və domen uzantısından (.com) ibarətdir. Domen adı özündə hərflər və rəqəmləri ayrı-ayrılıqda, və ya birlikdə istifadə edə bilər. 

Yeni domen adını 1-10 il müddətinə qeydiyyatdan keçirə bilərsiniz. İstifadə müddəti bitdikdən sonra bir çox domen adları müəyyən bir müddət ərzində bərpa edilə bilər. Bu müddət iki həftədən 30 günə qədər davam edə bilər və bu müddət ərzində domenin hazırki sahibi onu yeniləyə bilər.