Domain satışı

Domain satışı

Domain satışı veb sayt hazırlamağı düşünən bir çox şəxsin internetdə axtarış etdiyi sahədir. Lakin bu mövzu ətrafında məlumat vermədən öncə, domenin nə olduğuna baxaq. Domen, hər bir veb saytın virtual dünyada adresi olaraq, başa düşülə bilər. Bu səbəbdən domen seçimi zamanı bəzi amillər nəzərə alınmalıdır. Belə ki, domen adı müəssisənin və ya şirkətin fəaliyyəti ilə əlaqədar olmalı və onu xatırlatmalıdır. Bu, şirkətin gələcəkdə daha uğurlu fəaliyyətinin əsas göstəricisi ola bilər.

2017-ci ildən etibarən faəliyyət göstərən Hostimul şirkəti, hosting satışı, server icarəsi və server satışı, domen satışı və daha bir çox veb fəaliyyəti ilə istifadəçilərin seçimidir. Həftənin hər günü, 24 saat texniki dəstək təklif edən şirkət domain satışı sahəsində kifayət qədər istifadəçi kütləsinə sahibdir.

Domain satışı - müxtəlif istifadə sahələri üçün domenlər burada!

Veb saytınız üçün seçdiyiniz domen adı saytın fəaliyyət sahəsi ilə nə qədər uyğun olarsa, saytın axtarış sistemlərin ön cərgələrdə görünmə ehtimalı daha çox olar. Həmçinin seçdiyiniz domen adından əlavə domenin sonluğu da olduqca vacibdir. Belə ki, domain satışı zamanı com, az, net və s. domen sonluqları sizlərə təklif olunur və əksər hallarda seçilən domen sonluğu, domenin qiymətinə təsir edən əsas amil olur. Əgər hosting barəsində əlavə məlumat almaq istəyirsinizsə, Hostinq nedir adlı məqaləmizə keçid ala bilərsiniz.

Əgər veb saytınızın xidmət istiqaməti müəyyən bir ölkəni əhatə edirsə, bu zaman həmin ölkəyə uyğun domen sonluğu istifadə etmək daha məqsədəuyğun olacaqdır. Əgər veb saytın xidmət istiqaməti təhsil sahəsi ilə bağlıdırsa, bu zaman edu sonluğu ilə bitən domen istifadəsi daha uyğundur. Domain satışı və digər veb xidmətləri üçün Hostimul.az saytına daxil ola bilərsiniz. Burada seçdiyiniz domen adının hal-hazırda aktivliyi yoxlaya bilər və ya saytınız üçün digər vacib amil olan hosting xidməti ilə maraqlana bilərsiniz.