
TIER III+ Data Mərkəzi
TIER III+ səviyyəli data mərkəzləri bü gün ən etibarlılardan birisi sayılır. Təklif etdiyimiz bütün Fiziki serverlər TIER III+ beynəlxalq təhlükəsizlik səviyyəsinə uyğun olan data mərkəzlərində yerləşir.
Yalnız və yalnız sizin sayt üçün çalışan fiziki serveri icarəyə götürün.
Xüsusi məxfilik və təhlükəsizlik tələb edən yüksək trafikli saytlar üçün ideal bir seçimdir. Yalnız və yalnız sizin sayt üçün çalışan fiziki serveri icarəyə götürün, bununla da tam nəzarət və təhlükəsizliyi əldə edin. Saytların sürətli və fasiləsiz çalışmasının müştərilərimiz üçün nə dərəcədə vacib olduğunu bilirik, buna görə də ən son avadanlıqları və proqram təminatları ilə təmin edirik.
Fiziki serverlərimiz ilə bağlı suallarınız yaranıb? Ən qısa zamanda cavab almaq üçün "live chat" vasitəsilə bizimlə əlaqə saxlamaq kifayətdir.
Fiziki Server icarəyə götürün və əlavə olaraq aşağıdaki xüsusiyyətləri əldə edin
TIER III+ səviyyəli data mərkəzləri bü gün ən etibarlılardan birisi sayılır. Təklif etdiyimiz bütün Fiziki serverlər TIER III+ beynəlxalq təhlükəsizlik səviyyəsinə uyğun olan data mərkəzlərində yerləşir.
Yüksək sürət əsas üstünlüklərimizdən birirdir. Sürətli şəbəkə və müasir server avadanlığı sayəsində saytınızın səmərəli çalışmasını təmin edirik.
Mükəmməl səviyyədə təşkil edilmiş dəstək mərkəzimiz 24/7 mövcuddur. Suallarınıza ən qısa zamanda cavab almaq üçün "live chat" vasitəsilə əlaqə saxlamaq kifayətdir.
Bütün serverlərimiz yüksək tələblərə cavab verir və TIER III təhlükəsizlik səviyyəsinə uyğun olan data mərkəzlərində yerləşdirilib. Serverlərin asan idarə edilməsi üçün hər biri cPanel və WHM ilə təmin olunur.
Hostimul sizi etibarlı və sürətli şəbəkə ilə təmin edir. Yüksək keyfiyyətli server avadanlığı sayəsində serverlərimizin hər biri üçün 99,9% uptime zəmanəti təmin edirik.
100 Gbit/s-ə qədər DDoS hücümlardan qoruma xidməti bütün serverlərimiz ilə təmin edilir. Serverlərinizi hər növ DDoS hücumlardan qoruyub onların təhlükəsizliyinə zəmanət veririk.
Fiziki serverin bütün resursları müştəriyə təqdim olunur və sadəcə onun saytı üçün istifadə olunur. Müştəri idarəetmə panelinə və avadanlıq (aparat) komponentlərinə heç bir məhdudiyyət olmadan tam giriş icazəsi alır.
Paylaşılan hostinq birdən çox istifadəçinin bir serverdə olmasına imkan verir. Lakin, fiziki server sadəcə bir istifadəçi üçün nəzərdə tutulub və digər istifadəçilərlə paylaşılmır
Sizin tələblərinizdən asılı olaraq böyük yaddaş həcmi və RAM-ı olan fiziki server paketi seçə bilərsiniz.
Hostimul məlumatlarınızın mütəmadi saxlanılmasını təmin edir və ehtiyac yarandığda onları bərpa edir. Serverdə yerləşən məlumatlarınızın tam ehtiyat nüsxəsini aparırıq. Ehtiyat nüsxəsi 5 gün ard-arda alınır və hər hansı bir səbəbdən məlumat itkisi baş verdiyi halda, fayllar asanlıqla bərpa olunur.
Biz fiziki serverdə 99.9% qaranti uptime zəmanəti təmin edirik.
Fiziki serverin üstünlüyü ondadır ki, fiziki server bir müştəri üçün nəzərdə tutulub və paylaşıla bilməz. Bu isə o deməkdir ki, fiziki serverin resursları sadəcə bir müştəri tərəfindən istifadə oluna bilər.
Bulud VPS fiziki serverdən ucuzdur, imkanları və resursları daha azdır. Bu iki serverin arasında seçim isə tamamilə sizin saytınızın növündən asılıdır.
Fiziki server əldə etmək istəyirsinizsə, anlamalısız ki, məhz bu tip serverdə sistem administrasiya bilikləri vacibdir.
Serverlərimiz ABŞ-ın Dallas, Los Anceles və Niderlandın Naaldwijk şəhərlərində TIER III+ təhlükəsizlik səviyyəsinə uyğun data mərkəzlərində yerləşir. Ərazi 24 saat ərzində mühafizə olunur, eləcə də video nəzarət və avtomatik yanğın söndürmə sistemi ilə təmin edilir. Data mərkəzinin insfrastrukturu Tier III beynəlxalq təhlükəsizlik səviyyəsinə uyğundur.