Paylaşılan Hostinq Xidmətləri

İsitifadə etdiyiniz resurslara uyğun Paylaşılan Hostinq paketini seçin.

 
Paylaşılan hostinqi seçin və onlayn biznesinizi həyata keçirmək üçün etibarlı platforma əldə edin. Saytınızı başlatmaq üçün Avtomatik skript yükləyicisindən, SSL-Sertifikata kimi geniş çeşiddə vasitələr ilə təmin edirik.


Paylaşılan hostinqlə bağlı suallarınız yaranıb? Ən qısa zamanda cavab almaq üçün "live chat" vasitəsilə bizimlə əlaqə saxlamaq kifayətdir. 
 

* Qeyd edilən qiymətlərə ƏDV (Əlavə Dəyər Vergisi) daxil deyil və xidmətin sifariş edildiyi ölkədən aslı olaraq tətbiq oluna bilər. Endirimli qiymət sadəcə ilk müddət üçün keçərlidir və standart qiymətlərə uyğun yenilənir.

Bütün paketləri müqayisə et

Paylaşılan Hostinq Xidmətləri

Aşağıdakı xüsusiyyətlər bütün Paylaşılan hostinq paketlərimizə daxildir

Paylaşılan hostinqlərin müqayisəsi

Xüsusiyyətlər

FAQ

Paylaşılan hostinqdə bir çox sayt bir serverdə yerləşdirilir.  Hər sayt üçün xüsusi yer ayrılır. Paylaşılan hostinqdə resurslar bölüşsədə, saytınızın faylları tam qorunur və digər istifadəçilərdən tam izolyasiya olunur. 

Sadəcə "Alın" düyməsinə basmanız yetərlidir.

Hesabınızdaki elektron poçt ünvanlarının sayı seçdiyiniz paket növünə görə dəyişir. Təklif etdiyimiz hər paketdə elektron ünvan yarada bilərsiniz. "Optima" və "Expert" paketlərini seçdiyiniz halda isə, limitsiz sayda elektron poçt ünvanları yarada bilərsiniz. 

Paylaşılan hostinq kiçik büdcəsi olan sayt sahibləri üçün ideal seçimdir. Paylaşılan hostinqdən istifadə edərək zamanla büdcəniz imkan verərsə hostinqinizi başqa hostinq paketinə keçirə bilərsiniz.

Eləcə də, paylaşılan hostinq istifadə etdiyinizdə siz CPaneldə bir neçə sayt quraşdıra bilərsiniz. Məsələn bir iştifadəçi müxtəlif domenlərdən həm şəxsi, həm də biznes saytını rahatlıqla idarə edə bilər. Paylaşılan hostinq bunun üçün ideal seçimdir.

LiteSpeed-lə statik xarakterli veb-səhifələr dinamik yaradılanlardan daha sürətli yüklənir. Bu, öz növbəsində, veb-səhifənizin məhsuldarlığını və sürətini artırır.

Google rəsmi olaraq təsdiq edir ki, oxşar məzmunlu iki veb-səhifədən daha sürətli yüklənən səhifə üstünlük təşkil edir.

DDoS, WordPress Brute Force və digər hücumlardan qoruyur.

Xüsusi PHP LiteSpeed SAPI modulu sayəsində, LiteSpeed Web Server mod_php, həmçinin FastCGI-dən daha yüksək səviyyəli bir performans təmin edir.

Cloud serverləri hər istifadəçi üçün xüsusi qaynaq yaratmaqla serverin stabil işləməsini, təhlükəsizliyini və məhsuldarlığını artırır.

Eyni sistemdə yerləşən digər sayt sizin sayta hec cür təsir edə bilməz. Nəticədə saytınızın yavaşlaması, işləməməsi və sairə kimi problemlərlə üzləşməyəcəksiniz.

Paylaşılan hostinq şirkət saytları, şəxsi səhifələri, eləcə də blog və forumları yerləşdirmək üçün uyğundur. Məsələn, Basic tarif planı bloqlar, kiçik saytlar, Optima və Expert planları isə yüksək trafikli, iri saytların sahibləri üçün daha uyğundur. 

Seçilmiş hostinq paketinə əsasən hesabınızda müxtəlif sayda sayt yerləşdirə bilərsiniz. Məsələn Basic paketini seçdikdə hesabınızda sadəcə bir sayt yerləşdirə biləcəksiniz. “Expert” paketimiz isə limitsiz sayda sayt yerləşdirmək imkanı verir. 

Xeyr, root icazə heç bir paylaşılan hostinq paketi üçün mövcud deyil. Əgər root icazəyə ehtiyacınız varsa, fiziki server icarəyə götürməklə onu əldə edə bilərsiniz.

 

Bəli. Biz elektron poçtunuzu spamdan təmizləyən Spam Filter və saytınızı viruslar üçün skan edən Gündəlik Virus Yoxlama ilə təmin edirik.

Xeyr. Serverlərimizdə yerləşən bütün saytların tam ehtiyat nüsxəsini aparırıq. Və silinən hər hansısa bir faylı sizin üçün bərpa etmək imkanımız var.

Hostinqdə yerləşdirə biləcəyiniz domen və ya saytların sayı seçilən hostinq paketinə əsasən müəyyən edilir. Məsələn, Ekspert paketini  seçərkən, limitsiz sayda domen və sayt əlavə edə bilərsiniz. 

Bəli. Bütün hostinq paketləri ilə pulsuz Let's Encrypt sertifikatı verilir. Sertifikatı cPanel-dəki Let's Encrypt aləti  vasitəsilə yükləyə bilərsiniz.

Let's Encrypt etibarlı bir sertifikasiya təşkilatıdır. Saytınız düzgün quraşdırılıbsa və SNI-yı destəkləyən bir  əməliyyat sistemi və brauzer istifadə edirsinizsə, saytınızın ünvan sətrində yaşıl qıfıl və yaşıl hərflərlə yazılmış HTTPS əks olunacaq.

 

Paylaşılan veb hostinq birdən çox domenin eyni server tərəfindən yerləşdirildiyi veb hostinq xidmətinin bir növüdür, yəni serverin imkanları bir neçə domen arasında bölünür. Paylaşılan veb hostinq adətən veb hostinqin ən sərfəli növüdür, çünki serverin dəyəri və ona qulluq çoxlu istifadəçilər arasında bölünür. Sadəliyinə və sərfəliliyinə görə paylaşılan veb hostinq kiçik biznes və şəxsi biznes üçün əla həll yoludur.

Hostinq mütəxəssislərimiz hər zaman sizə kömək etmək üçün buradadır. Bizim möhtəşəm 24/7 dəstək mərkəzimiz həmişə mövcuddur. Bütün lazımi məlumatları əldə etmək üçün sadəcə canlı söhbət vasitəsilə bizimlə əlaqə saxlayın.

Veb saytınız üçün düzgün veb hosting planını seçmək veb saytınızın performansına və mövcudluğuna təsir edə biləcək vacib bir qərardır. Veb hostinq planı seçərkən nəzərə alınmalı olan bəzi əsas amillər bunlardır: hostinq növü, saxlama və ötürmə qabiliyyəti, iş vaxtı zəmanəti, təhlükəsizlik, qiymət və s.
Biz hər kəsin unikal ehtiyacları üçün sürətli veb hostinq həllini təklif edirik. vebsaytınız üçün biz yalnız ən yaxşı server avadanlığını və ən yeni proqram proqramlarını seçirik.

Veb hostinq fərdlərə və təşkilatlara öz vebsaytlarını Ümumdünya İnternet vasitəsilə əlçatan etməyə imkan verən xidmətdir. Bu, veb-saytınızın fayllarını və məlumatlarınızı internetə qoşulmuş bir serverdə saxlamağı əhatə edir ki, hər kəs veb-brauzerinizə veb saytınızın domen adını və ya URL-ni yazaraq daxil ola bilsin. Bir hosting planı satın aldığınız zaman, veb saytın bütün fayllarını və məlumatlarını saxlamaq üçün fiziki serverdə yer icarəyə götürürsünüz.

Paylaşılan Hostinq Paketləri

Paylaşılan Hostinq tək bir fiziki internet serverinin potensialının birdən artıq müştəriyə bölünərək hostinq şəklində çatdırılmasıdır. Paylaşılan hostinqdə fiziki hostinqə sahib olan bütün müştərilər eyni server üzərində fərqli limitləriylə yerləşib, serverə aid potensialı istifadə edirlər. Hostimul.com saytında paylaşılan hostinq müştərilərə fərqli paketlərdə təklif olunur. Elektron poçtların limiti seçdiyiniz paketə əsasən müəyyən olunur.

Coupon partner DomainhostCoupon.com