.ASIA domen adı, müxtəlif ölkələrdən geniş auditoriyanın cəlb edilməsi və Asiya-Sakit okean regionunda online biznesin genişləndirilməsi üçün əla seçimdir. Ticari şirkətlər, beynəlxalq təşkilatlar və informasiya agentlikləri bizneslərini inkişaf etdirmək və Asiya bazarına çıxmaq məqsədilə öz domenlərini bu zonada qeydiyyatdan keçirirlər.
Bu domen həmçinin Asiyadan ixrac olunan məhsulların satışı həyata keçirilən saytlar üçün də uyğundur və bu cür məhsulların orijinallığını və yüksək keyfiyyətini vurğulayacaqdır (məsələn: soy-sauce.asia, tofu.asia).
.ASIA domen adını əldə etmək üçün, Asiya regionunda qeydiyyatda olan ən azı bir əlaqədar fiziki və ya hüquqi şəxs olmalıdır.
“Company” sözündən yaranan .CO domeni çox vaxt korporativ və kommersiya xarakterli saytlar üçün münasibdir. Bu domen artıq dünya üzrə tanınır və bir çox şirkət tərəfindən istifadə olunur. Apple, Coca-Cola, Amazon, Disney, VISA, BMW, American Express kimi məşhur brendlər .CO domen sonluğunu seçiblər.
.COM domeninə bənzədiyinə görə, istifadəçilər çox vaxt .COM-un artıq məşğul olduğu hallarda, əvəzinə .CO domenini seçirlər.
.CO həmçinin Kolumbiya ölkəsinin milli domenidir və bu ölkə ilə bağlı saytlar üçün də uyğundur.
cPanel-də “Subdomenlər” adında işarə var. Onun üzərinə klikləyin. Subdomenlərin idarə edilməsi səhifəsinə keçəcəksiniz. Burada subdomenləri quraşdırıb, fayl sistemindəki müəyyən qovluğlara bağlaya bilərsiniz.
in. domen zonası birbaşa Hindistanla əlaqəli biznesə başlamaq istəyən təşkilatlar üçün uyğundur. Bugün Hindistan bazarı sürətlə artır və bir çox şirkətlər bu ölkədə bizneslərini inkişaf etdirmək üçün .in domen adını istifadə edir. Bu domen coğrafi tələblər olmadan hər hansı bir ölkənin vətəndaşları tərəfindən əldə edilə bilər. Bəzi şirkətlər müxtəlif coğrafi ərazilərdə yerləşən müştərilər üçün ayrı URL yaradırlar. Məsələn, məhsullarınız və xidmətləriniz haqqında məlumat daşıyan yerli saytınız varsa, həmçinin Hindistanda yaşayan müştəriləriniz üçün ayrıca bir sayt yarada bilərsiniz.
.us domen adı dövlət və bələdiyyə orqanlarının və ya ABŞ bazarına çıxmaq istəyən şirkətlərin saytları üçün uyğundur. Bu domen adı bütün ABŞ vətəndaşları və ölkənin ərazisində yerləşən dövlət qurumları, habelə ABŞ-da aparılan hər hansı bir xarici biznes və ya təşkilat üçün mövcuddur.
us. domeni aşağıdakı imkanları yaradır:
⦁ ABŞ-da yaşayan istifadəçiləriniz üçün xüsusi saytın yaradılması
⦁ Asan yadda qalan domen il yeni saytın yaradılması
⦁ Ticarət nişanını ABŞ-da qorumaq
⦁ ABŞ kataloqunda listinq əldə etmək
.info domen adı internet istifadəçiləri arasında çox məşhurdur və COM, .NET və .ORG kimi domen zonaları ilə birlikdə ən populyar domenlərdən biridir. Çox güman internetdə düzgün məlumat axtaran istifadəçilər axtarış sistemində .info domenini yığacaq. Bundan əlavə, axtarış sistemlərində yüksək trafik əldə etmək istəyirsinizsə, ümumi SEO strategiyanızın bir hissəsi olan söz əsaslı domen adının faydalarını düşünün.
Bu yenilikçi domen adı .com saytının ilk alternativlərindən biridir. Domen zonası 30 yanvar 2001-ci il tarixində yaradılmışdır.
Baxmayaraq ki, .info domen adı ilk növbədə informativ saytlar üçün nəzərdə tutulmuşdur, hal-hazırda müxtəlif növ təşkilatlar tərəfindən istifadə edilir.
.info domen adı aşağıdakı hallarda istifadə oluna bilər:
⦁ Saytınızda məlumat, məhsulların təsviri və ya araşdırmalar ilə bölüşürsünüz.
⦁ Seçdiyiniz adın .com zonasında məşğul olduğu halda, həmin adı .info zonasında tapa bilərsiniz.
⦁ Kommersiya xarakterli saytınızı xəbər saytı ilə təmin etmək üçün
⦁ Xarici ölkələrdən olan müştərilər ilə əlaqə saxlamaq üçün
Tanınmış və etibarlı .net ən nüfuzlu üst səviyyəli domenlərdən biridir. Bu domen adı ilk dəfə 1985-ci ilin yanvar ayında .com və .org daxil olmaqla, digər orijinal TLD (üst səviyyəli domenlər) ilə birlikdə təqdim olunmuşdur. O vaxtdan etibarən .net domen zonası ildən-ilə populyarlıq qazanırdı və 2011-ci ildə .com və .de. domenlərindən sonra ən çox seçilən domen oldu.
Bu domen adı jurnalistika, telekommunikasiya və digər oxşar fəaliyyətlərlə məşğul olan şirkətlər və şəxslər üçün nəzərdə tutulub. Bugün .net domen adı artıq 200-dən çox ölkədə istifadə olunur.
Bu domen .com və ya .biz domenlərinə əlavə olaraq şəxsi məlumatlarınızı və ticarət nişanınıza aid məlumatları qoruya bilər. Həmçinin .com zonasında artıq məşğul olan adı, burada tapıb qeydiyyatdan keçirə bilərsiniz.
Baxmayaraq ki, .net domen adı ilk növbədə şəbəkə texnologiyaları ilə məşğul olan şirkətlərin maraqlarını nəzərə alaraq yaradılmışdır, bu gün .net müxtəlif şirkətlərin və fərdi şəxslər tərəfindən də istifadə olunur.
.biz domeni – biznes seqmentində daha çox üstünluk verilən domenlərdən biridir. Eləcə də .biz domeni qısa və rahat yaddaqalan domenlərdən biridir. Saytınızın ticarət yönümlü olduğunu .biz domeni ilə vurğulayın. Məhsulları satışı və ya xidmətlərin göstərilməsi ilə məşğul olursunuzsa, .biz domeni sizin üçün ən uyğun seçimdir. Belə bir domen çox sayda ziyarətçinin cəlb edilməsinə və biznesinizi yeni səviyyəyə çıxarmağa kömək edəcək.
.org domen adı organization ingilis sözünün qısa variantıdır. 1985-ci ilin yanvarında .com, .edu, .gov və .mil kimi əsas üst səviyyəli domenlərlə birlikdə yaradılmışdır.
.org uzadılması ilk növbədə qeyri-kommersiya təşkilatları üçün nəzərdə tutulsa da, indi bir növ təşkilat bu domeni istifadə edir. Domain .org başqalarına öz fəaliyyətləri barədə məlumat vermək istəyən təşkilatlar və şirkətlər üçün ideal seçimdir.
Domen adları hansı hallarda lazım ola bilər?
.org domenləri əsasən qeyri-kommersiya xarakterli təşkilatlar üçün nəzərdə tutulmuşdur:
⦁ Qeyri-kommersiya təşkilatları
⦁ Həmkarlar ittifaqları və tələbə icmaları
⦁ Sosial təşkilatlar
⦁ Xeyriyyə fondları
.com domen adı internetdə ən populyar və tanınan üst səviyyəli domenlərdən biridir.
.com domen adı Domain Name System (DNS) tərəfindən ilk dəfə 1985-ci ildə ilk altı TLD-(üst səviyyəli domenlərlə) birgə yaradılmışdır.
Yarandığı gündən .com etibarlı bir domen adı sayılır və kommersiya təşkilatları üçün nəzərdə tutulmuşdur. .com domen adı ilk dəfə kompüter istehsalçısı olan Symbolics.com saytında istifadə olunmuşdur. Bu günə kimi, .com domen adı artıq 130 milyon dəfə qeydiyyatdan keçib.
"Com" domen adı "kommersiya" deməkdir və biznes üçün ideal seçimdir. Bununla yanaşı, hər hansı fərdi şəxs və ya təşkilat öz şirkətləri, bloqları və ya şəxsi veb saytları üçün .com domen adını seçə bilərlər.
Əgər siz artıq .biz və ya .net domen adını qeydiyyatdan keçirmisinizsə, saytınızı təkmilləşdirmək və trafikini artırmaq üçün .com domenini əlavə edə bilərsiniz.
Müvafiq üst səviyyəli domen adı tapmaq istəyirsinizsə, .com domeni ilə fəaliyyətinizi bütün dünyaya tanıda biləcəyinizdən əmin olun. Dünyanın ən məşhur brendləri domenlərini .com zonasında qeydiyyatdan keçirirlər.
Faydalı Linklər