Subdomen əsas domen kimi domen adıdır. Subdomen istifadə edərək, əsas domen ilə yaratdığınız saytın eynisini yarada bilərsiniz. Subdomenin domendən əsas fərqi onun daha aşağı səviyyədə olmasıdır.
Məsələn, bir domain adınız var: example.net. Bu domenə başqa bir domen əlavə etsəniz (support və ya shop), support.example.net və shop.example.net subdomenləri alınacaq.
Bir çox sayt sahibləri subdomenlərdən istifadə edir və üstünlüklərindən faydalanır. Məsələn, subdomenlər vasitəsilə saytınız axtarış sistemlərində daha yaxşı sıralanacaqdır, çünki axtarış sistemləri subdomenləri tamamilə ayrı bir sayt kimi görür. Eləcə də, subdomen vasitəsilə siz saytınızı mobil cihazlara uyğun optimizasiya edə bilərsiniz.
Domen adı saytınızın internetdəki adıdır. Domen adı vasitəsilə istifadəçilər saytınızı rahatlıqla tapa bilir. Domen adı iki əsas hissədən ibarətdir. Məsələn, Hostimul.com domen adı saytın adından (Hostimul) və domen uzantısından (.com) ibarətdir. Domen adı özündə hərflər və rəqəmləri ayrı-ayrılıqda, və ya birlikdə istifadə edə bilər.
Yeni domen adını 1-10 il müddətinə qeydiyyatdan keçirə bilərsiniz. İstifadə müddəti bitdikdən sonra bir çox domen adları müəyyən bir müddət ərzində bərpa edilə bilər. Bu müddət iki həftədən 30 günə qədər davam edə bilər və bu müddət ərzində domenin hazırki sahibi onu yeniləyə bilər.
Faydalı Linklər