Domenlərin qeydiyyatı

 

.HOLIDAY ilə əla tətil təşkil edin!

İngilis dilli dünya ölkələrinin əksəriyyətində holiday sözü  "tətil" deməkdir. Buna görə, .HOLIDAY domeni turizm agentlikləri, tur operatorlar, otellər, aviaşirkətlər və səyahət ilə bağlı bütün saytlar üçün uyğundur.

 

Bayramlar həyatımızın vacib bir hissəsidır

 

“Holiday” sözü ingilis dilindən həmçinin “Bayram” kimi də tərcümə oluna bilər.

.HOLIDAY domen zonası müxtəlif şənliklərin , məsələn ad günlərinin, toyların, korporativ tədbirlərin, təşkili ilə məşğul olan şirkətlər üçün də kimi maraqlı olacaq.

 

Səyahət agentlikləri və turizm sahəsində fəaliyyət göstərən şirkətlərin təklif etdiyi əsas xidmətlərdən biri tur paketlərin təmin edilməsidir. İstər dünya paytaxtlarında gəzinti turları, istər okeanın sahilində sakit istirahət təklif edin  - .TOURS domeni fəaliyyəti turizm ilə bağlı bütün şirkətlər üçün uygundur. 

 

.TOURS domeninin üstünlükləri hansılardır?

 

  • Təklif etdiyiniz turların istiqamətini müəyyən edən domen adı əldə edə bilərsiniz, məsələn, Avropa üzrə turlar üçün  Europe.tours və ya qastronomik turlar təklif etdiyiniz halda  Gastronomy.tours adını seçə bilərsiniz.  
  • “Tours” açar sözdür və sərfəli turlar axtırışında olan potensial müştəriləri saytınıza gətirə bilər.
  • Şirkətin adında “Tours” sözünün olduğu halda, sayt üçün qısa və yaddaqalan bir ünvan yaratmağa imkan verir.

Domeni brendinizin bir hissəsinə çevirin

 

Məlumdur ki, səyahət insanlara xoşbəxtlik gətirir, eləcə də zehni və emosional sağlamlığlarına müsbət təsir göstərir. Məhz buna görə turizmin hazırda ən məşhur istirahət növlərindən biri olmağı heçdə təəcüblü deyil.

 

.TRAVEL ilə turizm sahəsinə aid olduğunuzu nümayiş etdirin

 

2005-ci ildə .TRAVEL domeninin təqdimatından sonra turizm sahəsi ilə əlaqəli bir çox şirkətlər öz saytları üçün bu domeni seçdi. Bundan əlavə, .TRAVEL domeni bir açar sözüdür və axtarış sistemləri tərəfindən gələn orqanik trafikin həcmini artırır. 

 

.TRAVEL domenini kim seçir?

 

• Səyahət agentlikləri

• Otel və kurortlar

• Şəhərlərarası avtobuslar

• Xartiya uçuşları

• Ekskursiya proqramları

• Səyahət haqqında bloqlar

 

Təəsüratlarınızı hamı ilə paylaşın

 

Səyahət vaxtı baş verən maraqlı və həyacan dolu hekayələri oxuyucularınız ilə bölüşün. .TRAVEL domeni həmçinin səyahət haqqında bloq və saytlar üçün əla seçimdir. Bu cür domen sonluğu  sizə maraqlı olan istifadəçiləri cəlb etməyə imkan yaradacaq.

 

.SHOW domeni ilə:

 

  • Saytınızda TV verlişlər və şou biznes haqqında ən son xəbərləri paylaşın.
  • Turlar, biletlər və konsertlərin cədvəlləri haqqında məlumat verin.
  • Yeni bir televiziya verlişini və ya serialı .SHOW domen adı ilə internetdə tanıdın.

 

Öz şounuzun ulduzu olun!

 

Bəzən şəxsi şounuzu yaratmaq üçün lazım olan hər şey - istək və bir az yaradıcılıqdır. .SHOW domeni ilə yaradıcılığınızı nümayiş etdirə və çoxdanki ideyanızı həyata keçirə biləcəksiniz.

 

Öz kütlənizi toplayın

 

Artıq məlumdur ki, video internetdə ən cəlbedici məzmundur. Saytınızda maraqlı videoları paylaşırsınızsa, .SHOW domeni ilə sırf sizə lazım olan kütləni cəlb edəcəksiniz.

 

.MEDIA vasitəsi ilə saytınızı internetdə tanıdın

 

Media sözü müxtəlif yaradıcı istiqamətləri— incəsənət, musiqi, xəbərlər, kino, kommunikasiya və s. ifadə edən ümumi bir termindir.

 

.MEDIA domeni KİV nümayəndələri, dizaynerlər, prodüserlər, marketinq şirkətləri və yazıçılar üçün uyğun seçimdir. Bu domen adını xəbər saytı, blog və ya onlayn portfolio yaratmaq üçün istifadə edə bilərsiniz.

 

 

.TODAY domeni ilə gündəmdə olun!

 

Son məlumatlarla paylaşırsınız və bunu bütün internetə bildirmək istəyirsiniz? Bu halda, .TODAY domeni sizin üçün ideal seçimdir. .TODAY –  siyasət, texnologiya, moda və ya əyləncə kimi müxtəlif sahələrdə yeni xəbərlərlə bölüşmək üçün istifadə edilə bilər.

 

Bu gün .TODAY domenini əldə etməyin əsl vaxtıdır

 

.TODAY domeni saytınızda aktual və daim yenilənən məlumatlarla təmin etdiyinizi bildirir. Bundan əlavə, .TODAY domeni demək olar ki, bütün sözlər ilə uyğun gəlir və saytınız üçün maraqlı ünvan yaratmağa imkan verir.

 

TODAY hansı saytlar üçün uyğundur?

 

• Bloqlar

• Xəbər saytları

• Online Göndərmə

• Hava proqnozu saytları

 

.EXPRESS domeni ilə özünüzü ifadə edin! 

 

.EXPRESS domeni kreativ sayt ünvanı  əldə etmək istəyən şirkətlər üçün əla seçimdir.

 

İstər rəssamlıq, yazıcılıq, istər dizayn sahəsində məşğul olun, .EXPRESS domeni sevdiyiniz işi nümayiş etdirməyin ən yaxşı yoludur.

 

.EXPRESS həm də adları "express" sözündən ibarət olan şirkətlərə qısa və yaddaqalan bir ünvan yaratmağa imkan verir.

 

.PRESS domeni ilə layihənizin jurnalistika sahəsinə aid olduğunu vurğulayın

 

.PRESS  domen adı xüsusi olaraq jurnalistika sahəsi üçün yaradılmışdır. Jurnalistlər, bloqerlər, elektron nəşrlər, xəbər agentlikləri və kütləvi informasiya vasitələri ilə əlaqəli bütün layihələr üçün nəzərdə tutulmuşdur.

 

Çox vaxt yeni sayt və ya onlayn portfolio yaradan jurnalistlər, seçdikləri domen adının məşğul olması ilə üzləşirlər. .PRESS domen zonasının üstünlüklərindən biri də, bir çox azad adların mövcudluğudur.

 

Həmçinin, .PRESS yeni xəbər agentlikləri üçün layihələrini internetdə təqdim etmək və istifadəçilər arasında tanıtmaq üçün əla imkandır.

 

 

Xəbərləri hamı ilə paylaşın!

 

Son illərdə daha çox insan xəbərləri internetdə; sosial şəbəkələrdə, xəbər portallarında oxumağa üstünlük verir. .NEWS domen zonası ilk növbədə internetdə xəbərlər  ilə bölüşən saytlar üçün nəzərdə tutulmuşdur. 

 

Niyə .NEWS domeni?

 

Mövcud saytınıza xəbər bölməsi əlavə etmək istəyirsinizsə, .NEWS domenini subdomen kimi qeydiyyatdan keçirə bilərsiniz.

 

.NEWShəmçinin saytın adını qısaltmaq üçün yaxşı imkandır (məsələn, namenews.com saytını name.news-a) dəyişib, daha yaddaqalan ünvan yarada bilərsiniz.

 

.NEWS kim üçün uyğundur ?

 

• Bloqerlər

• Xəbər portalları

• Jurnalistlər, redaktorlar

• PR departamentləri

• Sahibkarlar və startup-lar

 

Bu gün bir çox şirkətlər bizneslərini düzgün qurmaq və inkişaf etdirmək məqsədilə ekspertlərə müraciət edib, onlardan məsləhət alır. .CONSULTING domeni – internetrdə peşəkarlığınızı və bacarıqlarınızı nümayiş etdirməyin yaxşı yoludur.

 

 .CONSULTING kimin üçün uyğundur:

 

• Biznes məsləhətçiləri

• Podratçılar

• Müəllimlər

• Analitiklər

• Hər hansı bir sahədə mütəxəssislər

 

Coupon partner DomainhostCoupon.com