Domenlərin qeydiyyatı

 

Mağazanız üçün səviyyəli domen əldə edin!

"Boutique" sözü fransız dilindən "mağaza" kimi tərcümə olunur. Artıq bugün bu söz bir çox dillərdə başa düşülür və daha çox mağazanın xüsusi təbəqəyə aid olduğunu göstərmək üçün istifadə olunur.

.BOUTIQUE ilk növbədə lüks səviyyəli məhsullar, dizayner paltarları, eksklüziv aksessuarlar, eləcə də əmlak əşyalarının - evlərin, avtomobillərin, yaxtların və s. satışını həyata keçirən elit mağazaların sahiblərinə maraqlı olacaq. 

E-ticarət saytları üçün ən uyğun domen

"Shop" sözü ingilis dilindən "Mağaza" kimi tərcümə olunur. Bu sözün mənası bir çox istifadəçilərə, hətta ingilis dilini bilməyənlərə də məlumdur.

.SHOP domeni saytınızın onlayn mağaza kimi fəaliyyət göstərdiyini vurğulayır və internet istifadəçilərinə saytınızı asanlıqla tapmağa imkan verir. İnternetdə alış-veriş edərkən, bir çox istifadəçi  instinktiv olaraq,  axtarış sistemində .SHOP sözünü daxil edir. .SHOP  domeni vasitəsilə həm yerli, həm də beynəlxalq alıcıları cəlb etmək mümkündür.

Bundan əlavə, mövcud saytınıza onlayn mağaza səhifəsini əlavə etmək istəyirsinizsə, .SHOP-u subdomen kimi istifadə edə bilərsiniz.

.SHOP hər hansı bir məhsulu satmaq üçün uygundur, o cümlədən:

 

• Geyim

• Əl işləri

• Mebel və interyer əşyaları

• Elektronika və kompüterlər

• Kitablar və musiqi

• Uşaqlar üçün məhsullar

• Qida məhsulları

Bütün sualları .SOLUTIONS ilə cavablandırın!

Hər gün milyonlarla istifadəçi suallarına cavab tapmaq məqsədilə internetə müraciət edirlər.  .SOLUTIONS domeni istifadəçilərə saytda faydalı məlumtların olduğunu çatdırır. Ilk növbədə, məlumat mərkəzləri, dəstək xidməti saytları, eləcə də video təlimat və maarifləndirici saytların müəlifləri üçün nəzərdə tutulmuşdur.

Bu həmçinin adı  «Solutions» sözü ilə bitən şirkətlər üçün əla seçimdir, çünki domen adını qeydiyyatdan keçirərək, əlavə sözləri istifadə etməyə ehtiyac qalmayacaq.

Xidmətlərinizi .SERVICES ilə təklif edin!

.SERVICES domen zonası internetdə xidmətlərini təqdim etmək istəyən şirkətlər, şəxslər, fərdi sahibkarlar və bloqerlər üçün nəzərdə tutulub.

 

.SERVİCES domeninin üstünlükləri hansılardır?

• Əgər şirkətinizin adı "Services" sözünü daxil edirsə, müvafiq domen adını artıq söz və ya simvol əlavə etmədən qeydiyyatdan keçirə bilərsiniz.

• Bu domen zonasında azad ad tapmaq şansınız daha çoxdu.

• .SERVICES hər hansı bir sahəyə tətbiq oluna bilər, təmizlik xidməti, avtomobil təmiri ilə təmin edən şirkətlərdən tutmuş, tibbi xidmətlərə göstərən müəssisələrə kimi.

.EMAIL domen adı fəaliyyəti e-poçt ilə əlaqəli olan şirkət və təşkilatlar üçün uyğundur:

 

  • E-poçt provayderləri
  • Marketinq xidmət təminatçıları
  • E-poçt marketinq xəbərləri və tendensiyalarına həsr olunmuş saytlar.
  • Müştəri dəstək şirkətləri
  • Hostinq Provayderləri

.ONLINE domeni ilə həmişə xətdə olun!

.ONLINE domeni 150,000-dən çox saytda istifadə olunur və dünyanın ən populyar domenlərindən biri sayılır. .ONLINE universaldır və hər növ biznes layihələr üçün uyğundur. Bundan əlavə, "online" sözü dünyanın 24-dən çox dilində başa düşülür. Dünyanın aparıcı şirkətləri, bloqerləri və startup sahibləri internet istifadəçilərinin diqqətini cəlb etmək üçün ONLINE. domenini seçirlər.

 

 .ONLINE hansı hallarda istifadə oluna bilər?

• Yeni bir məhsulun satışa çıxarılması

• İnternet mağazanın açılması

• Maraqlı CV-nin yaradılması

• Peşəkar portfolionun təqdimatı

• Veb xidmətlərinin təmin edilməsi

 

.ONLINE həmçinin Google-un orqanik  axtarış sıralamasında tanınmış .com, .org, və s. domenlər kimi qiymətləndirilir və saytınızın trafikinin artıracaqdır.

 

 

.PRO domeni ilə peşəkarlığınızı nümayiş etdirin

Öz işinizin əsl peşəkarısınızsa .PRO domeni bunu vurğulamağın vaxtıdır.

 

Şirkətlər və fərdi sahibkarlar .Pro domenin bu hallrda istifadə edə bilərlər:

• Müəyyən bir sahədə peşəkar xidmətlərin təşviqi üçün

• Mütəxəssislər üçün nəzərdə tutulan məhsulların satışı üçün

• Müxtəlif sahələrdə məlumatlar ilə paylaşan saytlar üçün

 

.PRO domeninin üstünlükləri hansılardır?

• Yaddaqalan və qısadır.

• Peşəkar xidmət təklif edərək istifadəçilərdə güvən  yaradır

• Nisbətən yeni bir domen zonası olduğuna görə, bir çox azad domen adı mövcuddur

 

.DEV  texnologiya sahəsinin ən mühüm terminlərindən biri olan "development" sözünün qısaltmasıdır.

 

Proqramçılar üçün xüsusi bir sahə  

.DEV domeni  texnologiya təşkilatları, vep proqramçılar, eləcə də proqramlaşdırma haqqında yazan bloqerlər üçün nəzərdə tutulub. .DEV lahihənin aşağıdaki sahələrə aid olduğunu göstərməyə imkan verir:

• Veb proqramlaşdırma

• Veb Dizayn

• Proqram təminatının hazırlanması

• Oyun tətbiqlərinin hazırlanması

• Mobil proqramlar

• IT təhlükəsizlik

 

Xüsusi təhlükəsizlik səviyyəsi

Qeyd etmək lazımdır ki, .DEV domen zonasında qeydiyyatdan keçən bütün saytlarda SSL sertifikatın mövcudluğu tələb olunur. .DEV digər domenlər kimi satın alına bilər, lakin HTTPS protokolu quraşdırılana kimi əlaqəli sayt brauzerlərdə düzgün işləməyəcəkdir.  

 

Pulsuz SSL sertifikat bütün veb hostinq paketlərimizə pulsuz daxildir.

 

 

Mobil tətbiqlər üçün əla seçim!

.APP domeni ilk növbədə mobil tətbiq developerləri, proqramçılar və oyun sənayesinin nümayəndələri üçün nəzərdə tutulmuşdur. Mobil tətbiqləri geniş auditoriyaya peşəkar şəkildə təqdim etmək üçün ideal bir seçimdir.

 

Əlavə təhlükəsizlik səviyyəsi

Qeyd etmək lazımdır ki, .DEV domen zonasında qeydiyyatdan keçən bütün saytlarda SSL sertifikatın mövcudluğu tələb olunur. .DEV digər domenlər kimi satın alına bilər, lakin HTTPS protokolu quraşdırılana kimi əlaqəli sayt brauzerlərdə düzgün işləməyəcəkdir.  

 

Pulsuz SSL sertifikat bütün veb hostinq paketlərimizə pulsuz daxildir.

.SITE domeni yadda qalan veb sayt ünvanı yaratmaq və brendinizi tanıtmaq üçün əla seçimdir.

 

Niyə .SITE domenini seçməlisiniz?

• .SITE tamamilə universaldır və hər növ layihələr üçün uyğundur.

•.COM və .NET kimi “köhnə” domen zonaları ilə müqaisədə, .SITE domen zonasında daha çox ad mövcuddur.

• .SITE domeni dünyanın hər hansı bir dilində başa düşülür və istifadəçilər tərəfindən asanlıqla yadda qalır.

Coupon partner DomainhostCoupon.com