Son bir neçə ildə bulud texnologiyaları, Əşyalar interneti, Genişlənən reallıq haqqında məlumatlar daim səslənirdi... Sözsüz ki, gələn il də bu sahələr müzakirə olunacaq, lakin ön cərgələrə yeni tendensiyalar gələcək. Bunların arasında: 5G, Süni intelekt və digər texnologiyalar.
Süni intellekt
Son zamanlar süni intellekt ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Hazırda süni intellekt ilk növbədə personalizasiya məqsədilə istifadə olunur. Bir çox brendlər istifadəçilərini daha uyğun və faydalı məlumatlarla təmin etmək üçün bu texnologiyaya müraciət edir. Çox ehtimal, 2020-ci ildə də bu tendensiya davam edəcək.
Süni intellekt artıq qida və içki sənayesində, e-ticarət və səhiyyə kimi sahələrdə tətbiq edilir. Məsələn, pərakəndə satış şirkətləri məhsulların ən uyğun çatdırılma vaxtını müəyyən etmək üçün big data yani böyük verilənləri istifadə edir. Bunun üçün müxtəlif mənbələrdən hava şəraiti, yol hərəkəti və temperatur haqqında məlumat toplanılır. Əlavə olaraq, big data bütün bu faktorların qida keyfiyyətinə təsirini müəyyənləşdirə bilər.
E-ticarətə gəldikdə isə, onlayn alış-veriş edənlərin 86%-i personalizasiyanın məhsulun seçimində və əldə edilməsində mühüm rol oynadığını israr edir. Şirkətlər müştərilərin demoqrafikasını və davranışlarını proqnozlaşdırmaq üçün böyük məlumatlardan istifadə edərək müəyyən bir müştəriyə yönəlmiş təklifləri edə bilir.
Bu cür həcmli məlumatları təmin etmək heç bir insanın imkan daxilində deyil, süni intelekt isə bunu saniyələr ərzində edir. Beləliklə, süni intellekt marketoloqlar üçün faydalı bir vasitəyə çevrilir.
Əşyaların interneti (IoT)
Əşyaların interneti ciddi problemlərlə üzləşsə də, konsepsiya əhəmiyyətli irəliləyiş əldə etmişdir. Əşyaların İnterneti cihazlarının sayı 2017-ci ildə 31% artaraq 8.4 milyarda çatmış və 2020-ci ildə bu sayın 30 milyarda çatacağı gözlənilir. Bazar dəyəri isə 2020-ci ildə 7.1 trilyon dollara çatacağı proqrnozlaşdırılır.
Əşyaların İnterneti ənənəvi "ağıllı olmayan" əşyaların və ya gündəlik əşyaların internetə çıxışını əhatə edir. Ağıllı və internetə çıxışı əşyalar uzaqdan idarə edilə və ya monitor edilə bilir, eləcə də xidmətin uzaqdan təmin edilməsini mümkün edir. Qoşulmuş cihazlardan gələn məlumatların analizi göstərilən xidməti yaxşılaşdırmağa kömək edir.
5G
2020-ci il 5G ili olacaq. Proqnozlara görə, Qualcomm, AT & T, Verizon, Nokia, Ericsson və Huawei kimi telekomunikasiya şirkətləri və 5G-ni dəstəkləyən Android bazalı mobil cihaz istehsalçıları sayəsində gələn il bu texnologiya uğurla fəaliyyət göstərəcək. Genişzolaqlı çıxış və daha etibarlı mobil şəbəkələrin sürətini artırmaqla yanaşı, 5G-nin yayılması 5G-yə ehtiyacı olan ağıllı şəhərlərin, ağıllı nəqliyyat vasitələrinin və bir çox texnologiyaların inkişafını da sürətləndirəcəkdir. Bir sözlə, 5G-nin istifadəsi təkcə mobil telefonlarla məhdudlaşmayacaq.
Blokchain
Proqnozlara görə, blockchain 2020-ci ildə inkişaf etməyə davam edəcəkdir. Şirkətlər, Ethereum və Hyperledger kimi blockchain texnologiyalarına artıq 1.5 milyard dollardan çox investisiya yatırmışlar və 2022-ci ilə qədər xərclərin sayının 11.7 milyard dollara çatacağı gözlənilir.
2020-ci ildə blockchain, qida məhsullarının, əqli mülkiyyətin təhlükəsizliyi, habelə daşınmaz əmlak / aktivlərin idarə edilməsi sahəsində istifadə ediləcəkdir.
Səsli axtarış
Səsli axtarışın daha rahat və praktik olduğu üçün bu üsulun istifadəsi gündən günə artmaqdadır. Mütəxəssislərin fikrincə, 2020-ci ilə qədər sorğuların yarısı səs axtarışı ilə həyata keçiriləcək.
Səs axtarışının illərlə mövcud olmasına baxmayaraq, istifadəçilər uzun müddət bu axtarış üsulunun keyfiyyətsizliyindən şikayətlənirdi. Bunun səbəbi, smartfonun və ya axtarış sisteminin səsləri dəqiq bir şəkildə emal edə bilməməsi, nəticədə yalnış sorğuları verməsi idi.
Bu gün texnologiya inkiçaf etdiyi üçün, artıq axtarış sistemlərinin bir çoxu hətta nitq qüsurları ilə səsləndirilən sorğuları uğurla icra edə bilər.