.htaccess faylın vasitəsiylə saytınızı HTTP-dən HTTPS-ə neçə keçirmək olar?

, Müəllif:       0 Şərh
.htaccess faylın vasitəsiylə saytınızı HTTP-dən HTTPS-ə neçə keçirmək olar?

2018-ci ilin iyul ayından bəri Chrome brauzeri HTTP (yani SSL-sertifikatı olmayan) saytları “təhlükəsiz olmayan” kimi işarələyir. Bü cür saytlar istifadəçilər tərəfindən etibarsız və, hətta təhlükəli kimi qəbul oluna bilər. SSL-Sertifikat bank kartının rekvizitləri və digər məxfi məlumatları tələb edən saytlarda, bü cür məlumatların təhlükəsiz ötürülməsini təmin edir. Onun mövcudluğu tək saytın brauzerdə düzgün əks olunması üçün yox, həm də axtarış motorları tərəfindən yuxarı sıralarda yerləşdirilməsi üçün də vacibdir.  

 

Daha ətraflı: SSL-Sertifikat niyə vacibdir?

 

Veb-trafikiniz HTTPS protokolunu istifadə etmək üçün .htaccess. faylda kodları redaktə edin.

 

.htaccess. faylın redaktə edilməsi

 

.Htaccess fayla təlimatlar daxildir. Bu təlimatlar saytınızın işinə birbaşa təsir göstərən və müəyyən hallarda serverə necə davranmaq haqqında məlumatlandırır.

 

.htaccess faylda ümumi direktivlər:

 

  • Yönləndirmə
  •  URL-lərin yenidən yazılması

 

.htaccess faylı redaktə etməyin üsulları:

 

  1. Faylı redaktə edin və FTP vasitəsiylə onu kompüterə yükləyin.
  2. Faylı uzağdan redaktə etmək üçün, FTP proqramında «Edit» rejimini istifadə edin.
  3. Faylı redaktə etmək üçün SSH və mətn redaktorundan istifadə edin.
  4. Faylı redaktə etmək üçün “File Manager” -i istifadə edin.

 

.htaccess faylı "File Manager"-də redaktə etmək

 

Qeyd: Hər ehtimala qarşı saytınızın ehtiyat nüsxəsini çıxarın (backup edin).

  1. cPanel-ə daxil olun
  2. Fayllar>File manager> Document Root
  3. Sonra isə, sizə lazım olan domen adını seçin
  4.  “Show Hidden Files (dotfiles)” nişanını qoyun
  5.  «Go» düyməsini klikləyin
  6. Yeni pəncərəni açdığdan sonra .htaccess. faylı tapın
  7. .htaccess faylın üzərinə siçanın sağ düyməsini klikləyin və “Code Edit” düyməsinin üzərinə klikləyin.
  8. Kodlaşdırma tələb edən bir informasiya qutusu açıla bilər. Dəvam etmək üçün “Edit”  düyməsini klikləyin.
  9. Faylı redaktə edin
  10. Hazır olanda «Save Changes» düyməsini klikləyin. 
  11. Hər şeyin düzgün yerinə yetməsində əmin olmaq üçün saytınızı yoxlayın.
  12. Başa çatdığda pəncərəni bağlamaq üçün «Close»,düyməsini klikləyin.

 

HTTP-dən HTTPS-ə yönləndirilməsi

 

1. Bütün veb trafiki yönləndirmək

Əgər sizin .htaccess –də kodunuz artıq varsa, aşağıdakinı ardıyca əlavə edin:

 

RewriteEngine On

RewriteCond %{SERVER_PORT} 80

RewriteRule ^(.*)$ https://www.yourdomain.com/$1 [R,L]

2. Yalnız müəyyən bir domenin yönləndirmək

Müəyyən bir domeni HTTPS -ə yönləndirmək üçün, aşağıdakiları əlavə edin:

 

RewriteEngine On

RewriteCond %{HTTP_HOST} ^yourdomain\.com [NC]

RewriteCond %{SERVER_PORT} 80

RewriteRule ^(.*)$ https://www.yourdomain.com/$1 [R,L]

 

3. Yalnız müəyyən bir qovluğu yönləndirmək

Müəyyən bir qovluğu HTTPS -ə yönləndirmək üçün, aşağıdakiları əlavə edin:

 

RewriteEngine On

RewriteCond %{SERVER_PORT} 80

RewriteCond %{REQUEST_URI} folder

RewriteRule ^(.*)$ https://www.yourdomain.com/folder/$1 [R,L]

 

Qeyd: "Yourdomain" -i lazım olan yerlərdə əsl domen adı ilə dəyişdirin. Ayrıca, bir qovluq olduğu halda, onu əsl qovluğun adıyla dəyişdirin.

Şərh : 0

Coupon partner DomainhostCoupon.com