Bu gün veb mühitində təhlükəsizlik ən önəmli məsələlərdən biridir. Son zamanlarda e-ticarətin populyarlığının artmasına baxmayaraq, bir çox potensial müştərilər hələ də şəxsi məlumatlarını internet üzərindən verməkdən imtina edirlər.
SSL sertifikat- istifadəçinin brauzeri və veb server arasında təhlükəsiz, şifrəli əlaqəni təmin edir. Məsələn, bir istifadəçi sayta kredit kartının məlumatını daxil edərsə, brauzer ilk növbədə kartın nömrəsini təsadüfi simvol kimi yığır və yalnız bundan sonra serverə göndərir. Bu cür məlumatlar hakerlər tərəfindən ələ keçirilsə də oxunması mümkün olmur.
Əgər müvəffəqiyyətli bir İnternet biznesinin sahibisinizsə, müştərilərə təqdim etdikləri məlumatların tamamilə güvəndə olduğuna zəmanət vermək məcburiyyətindəsiniz.
SSL - sertifikat, saytınıza daxil edilən gizli məlumatların hakerlər və digər “ziyankarlar” tərəfindən ələ keçirilməsinə imkan vermir. Konfidensial məlumatlara etimadnamələr, pasport məlumatları, bank kartı nömrələri, e-poçt ünvanları və s. daxildir.
SSL sertifikatı banklar, ödəniş sistemləri, korporasiyalar, onlayn mağazalar, sosial şəbəkələr, dövlət müəssisələri, onlayn forumlar və digərləri üçün olduqca əhəmiyyətlidir.
SSL sertifikatı həmçinin saytın nüfuzuna müsbət təsir göstərir. Aktivləşdirildikdə, saytınızın URL ünvanında kilit simvolu göstərilir. Bu sayta şəxsi məlumatların daxil edilməsinin təhlükəsizliyini, sayt sahibinin müştərilərinə qayğısının göstəricisidir.