Çox vaxt saytımızın təhlükəsizliyi haqqında artıq gec olduğda düşünməyə başlayırıq. Təhlükəsizlik skaneri istifadə edərək siz saytınızı ziyanverici proqramlardan qoruyub, həm də istifadəçilər üçün etibarlı edirsiniz.
Bu məqalədə təhlükəsizlik skanerinin saytınızda istifadə etməyin üstünlükləri haqqında oxuya bilərsiniz.
Təhlükəsizlik skaneri necə işləyir?
Təhlükəsizlik skaneri saytınızda zəiflikləri və ziyanverici proqram təminatlarını aşkar etmək məqsədiylə daim monitorinq edəcək.
Saytınıza kiber hücum olunduğu halda, bu barədə sizə dərhal bildiriş göndəriləcək. Eləcə də, ziyanverici proqramı aradan qaldırmaq və saytınızı qorumaq üçün lazımlı tədbirlər görüləcək.
Təhlükəsizlik skanerini istifadə etməyin üstünlükləri
Saytınızda təhlükəsizlik skaneri olmadığı halda, o kiber hücumlara məruz qalır. Son zamanlar kiber hücumlar tez-tez baş verir, və bir çox biznes sahibləri üçün mənfi nəticələrə səbəb olur.
Gəlin təhlükəsizlik skanerinin əsas üstünlüklərinə baxaq:
1. Saytınızın etibarlılığını artırır
İstifadəçilərin etimadını qorumaq çox vacibdir. Yaxşı saytın bir çox göstəriciləri var. Məsələn, saytınız göz oxşayan dizayn, düzgün kontent, rahat interfeys kimi bir çox üstünləklərə malik ola bilər. Lakin, saytınız lazımlı qaydada qorunmuş olmasa, istifadəçilər üçün sayılmış bütün üstünlüklər öz əhəmiyyətini itirmiş olur. Məhz bu səbəbdən saytın təhlükəsizliyi ən vacib faktorlardan biridir.
Təsəvvür edin ki, istifadəçi saytınızda olduğu zaman, xakerlər saytın trafikini əldə etməyə çalışırlar. Bu halda istifadəçi başqa bir sayta yönəldiləcək və oradan kompüterlərinə ziyanverici proqram təminatları yüklənəcək.
Bütün bunlardan asanlıqla qorunmaq üçün saytınızda daim təhlükəsizlik monitorinqi aparmaq vacibdir.
2. Tam arxayınlıq
Hələ bir təsəvvür edin, saytınızın tam qorunmuş olduğunu bilib necə rahat ola bilərsiniz.
Təhlükəsizlik skaneri ilə saytınıza daxil olub orada hansısa bir problem aşkar olunması haqqında nərahat olmaya bilərsiniz.
3. Saytın təkmilləşdirilmiş performansı
Saytınıza DDoS və ya kiber hücum olunduğu halda, bu özünü dərhal bildirməyəcək. Bəzi hallarda ziyankar proqramlar özlərini hətta heç bildirməyə bilər.
Təhlükəsizlik skaneri saytınızı onun işləmə sürətini azaldan zəifliklərdən qoruyub, əlavə funksiyalar vasitəsilə həmçinin məhsuldarlığını artırır.
Hostimul müştərilərinə SiteLock təhlükəsizlik skanerini təklif edir. SiteLock əlavə xidmət olaraq bütün paketlərimizə daxildir.