2019-cu ilin SEO trendləri hansılardır?

, Müəllif:       0 Şərh
2019-cu ilin SEO trendləri hansılardır?

 

SEO (Axtarış sistemi üçün optimizasiya) sayt sahibləri və marketoloqların  fəaliyyətinin vacib bir hissəsidir. İstifadəçi vərdişləri  dəyişərək, axtarış optimizasiyasının üsulları və metodları da onlara uyğun daim yenilənməlidir.

Axtarış sistemi üçün optimizasiya (SEO)

Axtarış optimizasiyası saytınızın axtarış nəticələrində mövqeyini yüksəldən bir sıra metodlardan ibarətdir. Bir çox developerlərin və kontent menecerlərin gündəlik fəaliyyətinin əhəmiyyətli hissəsidir. İlkin və təməl metodlar yüklənmə sürətinin artırılması və kontenti istifadəçi sorğularına uyğunlaşdırmaq məqsədiylə açar sözlərin araşdırılmasıdır. SEO metodlarının həmişə müvafiq olduğu görünsə də, bu heçdə elə deyil. Əslində yüksək nəticələr axtarış sistemlərinin həmişə dəyişən alqoritmlərindən asılıdır. Bu səbəbdən,  ildən ilə eyni optimizasiya metodlarına əsaslanaraq yüksək nəticələr əldə edə bilməyəcəksiniz.

Gəlin 2019-cu ilin əsas SEO trendlərindən bəzilərini gözdən keçirək. 

Saytınızı səsli axtarış üçün hazırlayın

Səsli axtarış artıq bir çox müasir insanlarin həyatında yer tutur.  Ola bilsin, sizdə artıq Apple Siri, Amazon Echo və ya Google Assistant kimi tətbiqləri istifadə edirsiniz. Bu texnologiya daha çox yayıldığı üçün, onun axtarış optimizasiyasına göstərə biləcəyi təsiri nəzərə almaq lazımdır.

Digər SEO strategiyalar və səsli axtarış optimizasiyası arasında olan əsas fərq daha“ təbii” ifadələrin istifadə olunmasıdır. Çox vaxt yazılı axtarış zamanı, məsələn “keyfiyyətli hostinq 2019” kimi qısa ifadələr istifadə edirsiniz. Lakin həmin məlumatın axtarışı üçün səsinizi istifadə etsəydiniz, çox güman ki, “Hansı hostinq 2019-cu ildə ən keyfiyyətli sayılır?” kimi bir ifadəni səsləndirərdiniz.

İkinci ifadənin daha uzun olduğunu və daha təbii səsləndiyini fərq etdinizmi? Buna görə də, saytınızı həmçinin “uzun quyruqlu” açar sözləri üçün optimizasiya etməlisiniz. İndi ki, əsas məqsədiniz istifadəçilər tərəfindən axtarıla bilən açar sözlərin istifadəsidir, bu üsul işinizi daha da asanlaşdıra bilər, çünki artıq saytın kontentinə iri açar ifadələrini daxil etməyə ehtiyac olmayacaq.

Saytın yüklənmə sürətini artırın

Yüklnənmə sürəti, sözsüz ki, əsas faktorlardan biri olaraq, saytın reytinqinin yüksəlməsində mühim rol oynayır.

Problem 2018-ci ildə daha da ciddiləşdi, çünki Google mobil cihazlarda səhifələrin yüklənmə sürətini nəzərə alacağını bildirdi. Bu, son illərdə “mobile browsing”-in populyarlığının artması ilə bağlıdır. Bir çox istifadəçilər saytlara mobil cihazlar vasitəsilə baxırlar. Məhz buna görə, saytın sürətinin artırılması sayt sahiblərinin əsas məqsədlərindən biri olmalıdır. Əsas metodlar – keşləmə və media faylların optimizasiyasıdır.

Saytın mobil versiyasını təkmilləşdirin

Google-un mobile-first indeksinə görə axtarış sistemi səhifələri mobil versiyalarına əsasən sıralayır. Beləliklə, saytınız kompüterdə əla işləyib, smartfonda isə çətinliklə istifadə olunsa, bu SEO reytinqinizə mənfi təsir göstərəcək. Məhz bu səbəbdən, mobil telefonlar üçün optimizasiya artıq məcburi deyil. Daha vacibi, mobil saytınızın sürətli və rahat istifadəsini təmin etməkdir. Ekranın ölçüsündən və ya istifadə olunan cihazdan asılı olmayaraq normal işlədiyinə görə, bu cür saytları həmçinin adaptiv adlandırırlar. Müasir dövrdə saytı adaptiv etmək o qədər də çətin deyil. Məsələn, WordPress plaqinlərinin çoxu adaptiv dizayn yaratmaq üçün uyğundur.

Şəxsiləşdirilmiş nəticələrə diqqət yetirin

Son illərdə internet istifadəçiləri daha da səbrsiz olublar. Məsələn, axtardıqları məlumatı daha tez tapmaq istəyirlər, məhz buna görə Google şəxsiləşdirilmiş nəticələrə xüsusi diqqət yetitir. Bir sözlə, Google daha uyğun nəticələr təqdim etmək üçün, hər bir istifadəçi haqqında məlumat toplayır. Digər nümunə - Google tərəfindən istifadə olunan “answer boxes”. “Answer boxes” və ya “cavab qutuları”, Google-da axtarış etdikdə nəticələr səhifəsinin yuxarısında, çərçivə içərisində yerləşən izahlı məlumatdır. Çərçivənin üzərinə klik etdikdə, istifadəçi həmin məlumatın yerləşdiyi sayta yönəldilir.

Google həmçinin istifadəçinin əvvəlki sorğularına və lokasiyasına əsasən nəticələr təklif edir. Belə ki, axtarış sətrinə “Ən yaxın çay evi harada yerləşir? ” sualını daxil etsəz , nəticələrdə sizə ən yaxın olan çay evləri göstəriləcək. Saytınıza dəqiq məlumat daxil edərək, "cavab qutularında" görünmə şansınızı artıra bilərsiniz.  

Saytınızda siyahıların və hər səhifə üçün ayrı başlıqların yaradılması, Google-a məlumatları analiz etməyə və indeksləməyə həmçinin kömək edəcək.

SEO strategiyanızı sosyal şəbəkələrə tətbiq edin

Sosyal şəbəkələrdə mövcudluq onlayn marketinqin vacib aspektlərindən biridir. Sosiyal şəbəkələrdə paylaşımların edilməsi hal hazırda siralamaya birbaşa təsir etməsədə, saytın reytinqinə müəyyən bir təsiri var. Bir sözlə, kontenti paylaşdıqca, saytınız axtarış sistemləri vasitəsilə daha çox trafik qəbul edəcək. Bu həmçinin backlink-lərin yaradılmasına və brendin tanıdılmasına kömək edəcək. 

Digər axtarış sistemlərini də nəzərə alın

Çox vaxt, SEO haqqında danışılanda, Google-a istinad edilir. Google-un bugün ən populyar axtarış sistemi olduğunu nəzərə alsaq, bu heçdə təəcüblü deyil. Buna baxmayaraq, SEO strategiya qurduğda, digər axtarış sistemlərinə də diqqət yetirmək məsləhətdir.

Məlum olub ki, istifadəçilərin müəyyən hissəsi məlumat axtararaq təkcə Google-a yox, həmçinin digər axtarış sistemlərinə də müraciət edir. Məsələn, son zamanlar, Yandex və ya Bing internetdə getdikcə daha çox populyarlıq qazanırlar. Digər nümünə -  Google-dan sonra həcminə görə ikinci axtarış sistemi sayılan YouTube-dur. Bu o deməkdir ki, hal-hazırda təkcə Google-a arxayın olmaq düzgün deyil. 

SEO-nun texniki hissəsini təkmilləşdirin

SEO çox vaxt marketoloqlar və kontent menecerlər üçün nəzərdə tutulmuş bir metod kimi baxılır. Lakin, optimizasiya həmçinin developerlər üçün də faydalı ola bilər. “Texniki SEO” adlanan proses saytınızı axtarış sistemləri tərəfindən təyin edilən standartlara uyğunlaşdırır. Saytın yüklənmə sürəti və mobil optimizasiya Texniki SEO-nun iki əsas cəhətidir. Saytın təhlükəsizliyi həmçinin vacib faktorlardan biridir. Məsələn, Google artıq saytların HTTPS protokolu ilə ötürülməsini  tələb edir. Yalnız bu halda saytlar Chrome brauzerində "təhlükəsiz" kimi qeyd olunacaq.

Texniki SEO-ya aid olan əlavə aspektlər:

  • Saytın quruluşu. Saytın dizaynının məntiqlə qurulması skanerlər tərəfindən keçirilən səhifələrin indeksləmə prosesini asanlaşdıracaq, bu isə saytın mövqeyini yüksəldəcək.
  • Rich snippets. Axtarış nəticələrində əks olunan və sayta aid məlumat daşıyan kiçik mətndir. Snippet sayta daxil olmadan, məzmununu qiymətləndirməyə imkan verir. Çünki istifadəçinin axtarış sisteminə daxil etdiyi açar sözlər daha qalın şriftlə vurğulanır.
  • Təkrarlanan kontent. Axtarış sistemləri bir neçə səhifədə eyni kontenti paylaşan saytları cərimələyir.

Video kontenti optimizasiya etmək üçün SEO-dan istifadə edin

Qeyd etmək lazımdır ki, SEO optimizasiya təkcə mətnlər üçün nəzərdə tutulmayıb. Saytınızdaki video kontent də onun movqeyinə təsir göstərir.

2018-ci ildə internet istifadəçilərinin yarısı, orta hesabla, həftədə ən azı bir saat onlayn videoların izləməsinə  sərf edirdi. Son vaxtlar bir çox sayt sahibləri bu trendə daha çox diqqət yetirilər. Bunun üçün ilk öncə sayta video yükləmək lazımdır. Axtarış sistemləri videonun keyfiyyətini və baxılma müddətini sıralama faktorları kimi nəzərə alır. Əlavə olaraq, videolara dəqiq təsvirlər verərək və düzgün videohostinq platforması seçərək videoların özlərini də optimizasiya etmək mümkündür. Bu saytınızdaki məlumatları asanlıqla tapmağa imkan yaradacaq və saytın reytinqini yüksəldəcək.

İnternet dəyişdikcə, saytınızın axtarış sistemlərindəki mövqeyini müəyyən edən parametrlər də dəyişir. Onlayn layihənizin müvəffəqiyyətini təmin etmək üçün SEO sahəsindəki son trendlər haqqında həmişə xəbərdar olmaq vacibdir.

Şərh : 0

Coupon partner DomainhostCoupon.com