PHP modullarını dəyişmək üçün aşağıdakı adımları yerinə yetirin:
1. cPanel-ə daxil olun.
2. cPanel-in əsas ekranında "Software" bölməsində "Select PHP Version" düyməsini klikləyin:
3. PHP-nın mövcud versiyası üçün hansı modulu aktivləşdirmək istədiyinizi seçin:
• Modulu aktiv etmək üçün,onu işarəliyin.
• Modulu deaktiv etmək üçün, onun yanındaki işarəni silin.
• Daxil edilən parametrləri saxlamaq üçün Save düyməsini klikləyin.
Modullar siyahısı üçün default parametrləri təyin etmək üçün Use Defaults düyməsini klikləyin.
4. PHP-nın mövcud versiyası üçün parametrləri dəyişdirmək üçün:
• "Switch to PHP Settings " düyməsini klikləyin.
• Dəyişdirmək istədiyiniz parametrin yanındakı dəyərin üzərinə klikləyin.
• Parametrin növündən asılı olaraq, seçə biləcəyiniz standart parametrlərin siyahısı görünəcək. Və ya dəyəri daxil edə biləcəyiniz bir sahə əks olunacaq.
• Parametrləri saxlamaq üçün " Apply" düyməsini, sonra isə "Save" düyməsini klikləyin.
Faydalı Linklər