hostimul
Bütün məqalələr
cPanel

cPanel-də Index Manager-i necə istifadə etmək olar?

Index Manager saytınıza aid qovluğların istifadəçi brauzerində necə əks olunduğunu təyin etmək üçün istifadə olunur. Əgər qovluğun məzmununun görünməsini istəmirsinizsə, indeksləməni söndürə bilərsiniz.

Hər qovluq üçün bu dörd variantdan birini təyin edə bilərsiniz:

Default System Setting: cPanel hostinq provayder tərəfindən təyin edilimiş default parametrləri istifadə edir.

No Indexing: Bu variantı seçdikdə, server saytın məzmununu əks etdirmir.

Standard Indexing: Server qovluğun məzmununu fayyların adları kimi əks etdirir.

Fancy Indexing: Server faylların adlarını və əlavə məlumatı əks etdirir; məsələn, faylın ölçüsünü və ya son dəyişmə tarixini.

Qovluğun index parametrlərinin dəyişdirilməsi

cPanel-ə daxil olun

Advanced bölməsində Indexes işarəsini klikləyin:

cPanel-də Index Manager-i necə istifadə etmək olar? — ekran görüntüsü 1

Dəyişmək istədyiniz qovluğun adınınln üzərinə klikləyin:

cPanel-də Index Manager-i necə istifadə etmək olar? — ekran görüntüsü 2

Qovluq üçün təyin etmək istədiyiniz indeksləmə parametrini seçin.

cPanel-də Index Manager-i necə istifadə etmək olar? — ekran görüntüsü 3

Save düyməsini klikləyin.