hostimul
Bütün məqalələr
cPanel

cPanel-də faylı və ya qovluğu necə bərpa etmək olar?

Saytınıza aid vacib faylı və ya elektron məktubu təsadüfən sildiyiniz halda onları bərpa edə bilərsiniz.

Qeyd: Saytda proqram təminatını yeniləmədən öncə ehtiyat nüsxəsini (backup) aparmaq məsləhətdir. Yeniləmənin uğursuz olduğu halda istədiyiniz zaman köhnə versiyaya qayıda bilərsiniz.

cPanel-ə daxil olun

Files bölməsinə keçin

File and Directory Restoration ikonunu klikləyin

cPanel-də faylı və ya qovluğu necə bərpa etmək olar? — ekran görüntüsü 1

Açlan interfeys iki hissədən ibarətdir:

Files and Directories

Backups

Bizə Files and Directories hissəsi lazım olacaq:

cPanel-də faylı və ya qovluğu necə bərpa etmək olar? — ekran görüntüsü 2

Faylın yolunun tapılması vasitəsilə

Enter a path radio düyməsini seçin

Faylın və ya qovluğun yolunu aşağıdaki sətrdə daxil edin.

Faylın və ya qovluğun ehtiyat nüsxələrinin (backup-ların) siyahısını görmək üçün Show Backups düyməsini klikləyin:

cPanel-də faylı və ya qovluğu necə bərpa etmək olar? — ekran görüntüsü 3

Backups bölməsində bərpa etmək istədiyiniz ehtiyat nüsxəsini seçin və Restore düyməsini klikləyin.

cPanel-də faylı və ya qovluğu necə bərpa etmək olar? — ekran görüntüsü 4

cPanel təsdiqləmə tələb edəcək. Təsdiq etmək üçün Restore düyməsini klikləyin:

cPanel-də faylı və ya qovluğu necə bərpa etmək olar? — ekran görüntüsü 5

Prosesin uğurla başa çatması haqqında ismarıc alacaqsınız:

cPanel-də faylı və ya qovluğu necə bərpa etmək olar? — ekran görüntüsü 6

Home qovluğu vasitəsilə

Browse files and directories radio düyməsini seçin.

Qovluğun məzmununu görmək üçün üzərinə klikləyin.

Faylın və ya qovluğun backup siyahısını görmək üçün Show Backups düyməsini klikləyin.

cPanel-də faylı və ya qovluğu necə bərpa etmək olar? — ekran görüntüsü 7

Backups bölməsində bərpa etmək istədiyiniz ehtiyat nüsxəsini seçin və Restore düyməsini klikləyin.

cPanel-də faylı və ya qovluğu necə bərpa etmək olar? — ekran görüntüsü 8

cPanel təsdiqləmə tələb edəcək. Təsdiq etmək üçün Restore düyməsini klikləyin. Prosesin uğurla başa çatması haqqında ismarıc alacaqsınız.