hostimul
Bütün məqalələr
cPanel

Müvəqqəti sayt səhifəsini necə yaratmaq olar?

Müvəqətti sayt əsas saytın quraşdırma mərhələsində olduğunda istifadə olunur. Adətən müvəqətti saytda şirkət və ya brend haqqında qısa məlumat və əlaqə məlumatları (məs. ünvan, telefon nömrəsi, elektron poçt ünvanı) yerləşdirilir. Müvəqqəti sayt həmçinin əsas saytda texniki işlərin qetdiyi halda istifadə olunur.

Müvəqətti saytın yaradılması

Müvəqətti səhifəni cPanel-də File Manager vasitəsilə hazırlamaq olar.

cPanel-ə daxil olun

Files bölməsində File Manager-i seçin:

Müvəqqəti sayt səhifəsini necə yaratmaq olar? — ekran görüntüsü 1

Sol sütunda the (public_html/www) qovluğunu seçin:

Müvəqqəti sayt səhifəsini necə yaratmaq olar? — ekran görüntüsü 2

Üst menyuda New File düyməsini klikləyin.

Faylın yeni adını «index.html» olaraq daxil edin (dırnaqsız):

Müvəqqəti sayt səhifəsini necə yaratmaq olar? — ekran görüntüsü 3

Create New File düyməsini klikləyin.

Əsas siyahıda yaratdığınız yeni faylı tapın.

index.html işarəsinin üzərinə siçanın sağ düyməsini klikləyib açılan siyahıdan HTML Edit parametrini seçin:

Müvəqqəti sayt səhifəsini necə yaratmaq olar? — ekran görüntüsü 4

Yeni açılan pəncərədə Edit düyməsini klikləyin:

Müvəqqəti sayt səhifəsini necə yaratmaq olar? — ekran görüntüsü 5

HTML redaktorun səhifəsi açılacaq:

Müvəqqəti sayt səhifəsini necə yaratmaq olar? — ekran görüntüsü 6

Müvəqətti səhifəyə şəkilin əlavə olunması

HTML redaktor səhifəsinə şəkil əlavə etmək üçün:

cPanel-ə daxil olun

File Manager işarəsini klikləyin.

Sol sütunda (public_html / www) qovluğunu seçin.

Üst menyuda Upload düyməsini klikləyin:

Müvəqqəti sayt səhifəsini necə yaratmaq olar? — ekran görüntüsü 7

Şəkilləri kompüterinizdə tapmaq üçün, yeni pəncərədə Select File düyməsini klikləyin:

Müvəqqəti sayt səhifəsini necə yaratmaq olar? — ekran görüntüsü 8Şəkilin üstünə iki dəfə klikləyin. Şəkil tam yükləndikdən sonra Back to /home/your-user-name/public_html linkini klikləyin.

HTML redaktoruna qayıdın. Şəkil ikonunun üstünə klikləyin:

Müvəqqəti sayt səhifəsini necə yaratmaq olar? — ekran görüntüsü 9

Yeni açılan pəncərədə şəkilin parametrlərini idarə edə biləcəksiniz. Severdə saxlanılan şəkili seçmək üçün Browse Server düyməsini klikləyin:

Müvəqqəti sayt səhifəsini necə yaratmaq olar? — ekran görüntüsü 10

Yeni pəncərə açılacaq. İstifadə etmək istədiyiniz şəkili tapıb üstünə iki dəfə klikləyin:

Müvəqqəti sayt səhifəsini necə yaratmaq olar? — ekran görüntüsü 11

Burada siz şəkilin ölçülərini dəyişə bilərsiniz. Şəkilin parametrlərini təyin etdikdən sonra OK düyməsini klikləyin:

Müvəqqəti sayt səhifəsini necə yaratmaq olar? — ekran görüntüsü 12

Rdaktorun üst sağ küncündə Save düyməsini klikləyin.