hostimul
Bütün məqalələr
cPanel

File Manager-də .htaccess faylı necə redaktə etmək olar?

.Htaccess faylını redaktə etmək üçün File Manager-ə daxil olmalısınız:

1. cPanel-ə daxil olun.

2. “Files” bölməsində “Files Manager” düyməsini klikləyin.

3. Yeni açılan pəncərədə Settings düyməsini klikləyin

File Manager-də .htaccess faylı necə redaktə etmək olar? — ekran görüntüsü 1

4. “Document Root for:” və daxil olmaq istədiyiniz domen adını seçin.

File Manager-də .htaccess faylı necə redaktə etmək olar? — ekran görüntüsü 2

5. “ Show Hidden Files (dotfiles)“ seçdiyinizdə əmin olun.

6. Go düyməsini klikləyin.

File Manager yeni bir pəncərədə açılacaq.

7 Fayllar siyahısında .htaccess faylını tapın.

8. Faylın üzərinə siçanın sağ düyməsi ilə klikləyin və menyuda “ Code Edit “ seçin.

9. Kodlaşdırma tələb edən bir informasiya qutusu görünə bilər. Davam etmək üçün yalnız “Edit” düyməsini klikləyin.

Redaktor yeni bir pəncərədə açılacaq.

File Manager-də .htaccess faylı necə redaktə etmək olar? — ekran görüntüsü 3

9. Faylı istədiyiniz kimi redaktə edin.

10. Tamamlandıqda sağ üst küncdəki “ Save Changes “ düyməsini klikləyin.

Dəyişikliklər saxlanıldı.

Saytınızı test edin. Əgər sayt istədiyiniz kimi çalışmırsa, yenidən çalışana kimi, səhvləri redaktə edin və ya əvvəlki versiyaya qayıdın.