hostimul
Bütün məqalələr
cPanel

cPanel-də əlavə istifadəçiləri necə yaratmaq olar?

1. cPanel-ə daxil olun

2. Preferences bölməsindən User Manager alətini seçin.

cPanel-də əlavə istifadəçiləri necə yaratmaq olar? — ekran görüntüsü 1

Yeni açılan səhifədə artıq mövcud istifadəçilərin siyahısını görəcəksiniz.

3. Yeni istifadəçi əlavə etmək üçün Add user düyməsini klikləyin:

cPanel-də əlavə istifadəçiləri necə yaratmaq olar? — ekran görüntüsü 2

Növbəti səhifədə yeni istifadəçi haqqında əsas məlumatları daxil etməlisiniz.

cPanel-də əlavə istifadəçiləri necə yaratmaq olar? — ekran görüntüsü 3

Davam etmək üçün, yeni hesabın şifrəsini təyin edin. İki variant mövcuddur:

The user will set the password: Şifrə istifadəçi tərəfindən təyin olunur. Elektron məktub vasitəsilə yuxarıda qeyd etdiyiniz ünvana şifrənin seçimi ilə bağlı təlimat göndəriləcək. Bu variant şifrənin istifadəçi tərəfindən təyin olunmasını istədiyiniz halda uyğundur.

Set the user’s password: Bu halda şifrəni siz təyin edirsiniz. Hal hazırda bu variantı istifədə edib, şifrəni qeyd edilən sahələrə daxil edəcəyik.

Siz həmçinin Generate düyməsini klikləyə bilərsiniz. Bu halda təsadüfi bir şifrə yaranacaq. Şifrəni göz işarəsinin üzərinə klikləyib görə bilərsiniz.

İstifadəçi üçün hansı xidmətlərin mövcud olduğunu qeyd edin.

cPanel-də əlavə istifadəçiləri necə yaratmaq olar? — ekran görüntüsü 4

Yeni istifadəçini yaratmaq üçün Create düyməsini klikləyin.