hostimul
Bütün məqalələr
cPanel

cPanel-də domeni necə redirect etmək olar?

cPanel vasitəsilə iki domen arasında redirect quraşdırmaq üçün növbəti addımalrı yerinə yetirin:

1. cPanel-ə daxil olun.

2. Əsas səhifədə, “Domains” kateqoriyasında, “Redirects” bölməsinin üzərinə klikləyin:

cPanel-də domeni necə redirect etmək olar? — ekran görüntüsü 1

3. İstifadə etmək istədiyiniz redirection növünü seçin:

• Daimi (301): bu yönləndirməni qurarkən köhnə domen axtarış sistemlərindən silinəcək və nəticədə onun yerini yeni bir domen tutacaq.

• Müvəqqəti (302): axtarış sistemlərinə səhifənin müvəqqəti olaraq yeni ünvana köçürüldüyünü və bir müddətdən sonra yenə köhnə ünvanda mövcud olacağını bildirir. Bu növ redirect sayt quraşdırma mərhələsində olduqda istifadə oluna bilər.

cPanel-də domeni necə redirect etmək olar? — ekran görüntüsü 2

4. Açılan menyudan, redirect etmək istədiyiniz domen adını seçin:

cPanel-də domeni necə redirect etmək olar? — ekran görüntüsü 3

5. Redirects to field sahəsinə domeninizin yönəldiyi səhifənin tam URL ünvanını daxil edin.

Qeyd: Həmçinin protokolu daxil etməlisiniz, məsələn http: //, https: //

cPanel-də domeni necə redirect etmək olar? — ekran görüntüsü 4

6. Domeninizin www vasitəsilə redirect olub olmamasını seçin.:

• Only redirect with www.: Redirect ünvanda yalnız www olduqda həyata keçirilir.

• Redirect with or without www.: Redirect www-nun ünvanda olub olmadığından asılı olmayaraq həyata keçirilir.

• Do Not Redirect www.: Redirect www-nu ünvanda olduğu halda həyata keçirilmir.

cPanel-də domeni necə redirect etmək olar? — ekran görüntüsü 5

7. Wild Card Redirect qurarkən, istifadəçilər sorğunun növündən asılı olmayaraq yeni domenə keçəcəklər.

cPanel-də domeni necə redirect etmək olar? — ekran görüntüsü 6

Redirect-i həyata keçirmək üçün Add düyməsini klikləyin.