İlk veb hosting alışınızda 10% endirim qazanın. Promo kod: WELCOMEHOSTIMUL

cPanel-də əlavə (addon) domeni necə yaratmaq olar?

Əlavə (addon) domen adı nədir?

Hostinq paketlərimizdən hər hansına (Basic hostinq paketi istisna olmaqla) birdən çox domen adı daxildir. Əlavə domen adı digər hostinq paketinə keçmədən, əlavə saytlar yerləşdirməyə imkan yaradır.

Hostinq hesabınıza yeni bir domen adı əlavə etmək üçün iki əsas addımı yerinə yetirməlisiniz:

1) Domen adınızı Hostimul-un neymserverlərinə yönəltməlisiniz.

2) Domen adınızı hesabınızın yerləşdiyi serverə əlavə edin.

DİQQƏT: Bütün Hostimul hostinq hesabları üçün, eyni neymserverlər istifadə olunur. Əlavə domen adı ilə əsas domen adı üst üstə gəlsə, but DNS sinxronizasiyasında və saytın çalışmasında problemlərə səbəb ola bilər.

Əlavə domen adı əlavə etmək üçün aşağıdakı addımları yerinə yetirin.

Adım 1 – Neymeserverləri dəyişdirin

İlk öncə domen adını bizim neymserverlərimizə yönəltməlisiniz:

ns1.hostimul.org

ns2.hostimul.org

Domen adınız digər qeydiyyatçıdan əldə edilibsə, onların dəstək xidməti ilə əlaqə saxlayıb, neymserverləri Hostimul-un neymserverlərinə dəyişdirmələrini xahiş edin.

Addım 2 – Yeni domen adını əlavə edin

Domen adınız bizim neymserverlərimizə bağlı olduğu halda, dərhal hostinq hesabınıza əlavə olunacaq.

1. cPanel-ə daxil olun.

2. Domains bölməsinə keçib, Addon Domains menyusunu seçin:

3. Create an Addon Domain bölməsində vacib məlumatları daxil edin.

New Domain Name: əlavə etmək istədiyiniz domen adı

That is not a valid domain xətası ilə qarşılaşmamaq üçün əlavə domen adından əvvəl və sonra heç bir əlavə boşluq olmadığından əmin olun.

• Subdomain: avtomatik olaraq doldurulacaq.

• Document Root: avtomatik olaraq doldurulacaq.

Əlavə domen adınız üçün üçün FTP hesabı yaratmaq istəyirsinizsə, Create an FTP account associated with this Addon Domain variantını seçin.

FTP Username: avtomatik olaraq doldurulacaq

Password: əlaqəli FTP hesabının şifrəsi

Password (Again): şifrəni yenidən daxil edin

4. Add domain düyməsini klikləyin.

We're in Beta! 🚧

Our new website is currently in beta mode. Some features may not work perfectly yet, and there might be a few minor imperfections.
All small issues will be polished and fixed within the next 48 hours.
Thanks for your patience and support! 💜