VPS (Fərdi virtual server) haqqında ən çox verilən suallar?

, Müəllif:       0 Şərh
VPS (Fərdi virtual server) haqqında ən çox verilən suallar?

Mövcud olan bir çox hostinq növlərini nəzərə alaraq, onların arasında seçim etmək o qədər də asan deyil. VPS ən qarışıq və ən çox sual yaradan hostinq növü sayılır. Həmçinin digər hostinq növləri ilə müqayisədə nisbətən yeni hostinq növüdür. 

Əgər VPS barəsində daha çox məlumat alıb, onun biznesiniz üçün yaxşı seçim olub- olmamasını bilmək istəyirsinizsə, bu məqələni oxuyun. Aşağıda VPS haqqında ən çox verinlən sualları cavablandırmışıq. 

VPS nədir? 

VPS - fərdi virtual server kimi tərcümə olunur. Fiziki serverdə çalışan və onun iş tərzini təqlid edən hostinq növüdür. 

VPS ilə istədiyiniz proqram təminatını və əməliyyat sistemini quraşdırmaq imkanını əldə edirsiniz. Fiziki serverdən fərqli olaraq bu növ hostinqdə bir neçə virtual server eyni zamanda bir fiziki serverdə çalışır.  

Sayt sayında, domen zonalarında, proqram təminatında məhdudiyyətlərin olmadığına görə VPS adətən böyük həcmli məsələlərin həlli üçün istifadə olunur. Saytınız məlumat mübadiləsi, çox saylı istifadəçilərin qeydiyyatı, onlayn ticarətin aparılması kimi bir çox funksiyaları yerinə yetirirsə VPS hostinqi seçməniz daha uyğundur. 

 VPS-in üstünlükləri hansılardır? 

Xüsusi hostinq parametrlərinə ehtiyacınız varsa və ya yüksək trafiki olan sayt sahibisinizsə, çox güman ki bu günə kimi fiziki serverin icarəsi haqqında düşünmüsünüz. Lakin, bu halda VPS-i də nəzərə almağı məsləhət görürük, çünki fiziki serverin bəzi üstünlüklərini özündə daşıyıb, onunla müqaisədə daha münasib qiymətlərlə təklif olunur. 

VPS-in əsas üstünlüklərindən biri parametirlərini istənilən kimi dəyişdirmək imkanıdır. Bu o deməkdir ki, ehtiyac yarandıqda siz asanlıqla RAM və CPU həcmini artıra bilərsiniz. Disk həcminin artırılması üçün yeni virtual server sifariş edib, məlumatları oraya köçürtmək tələb olunur. 

Şərh : 0

Coupon partner DomainhostCoupon.com