Saytınızı mobil cihazlar üçün optimizasiya etmək nə qədər vacibdir?

, Müəllif:       0 Şərh
Saytınızı mobil cihazlar üçün optimizasiya etmək nə qədər vacibdir?

 

İnternet gündən günə sürətlə dəyişir. Son illər istifadəçilər internetə qoşulmaq üçün daha çox planşet, noutbuk, saat və digər müxtəlif cihazlardan istifadə edir.

İstifadəçilərin cihazlar qarşısında sərf etdiyi vaxtı düşünsək, mobil optimizasiyanın saytlar üçün nə dərəcədə vacib olduğunu dərk edə bilərik.

 

Biraz statistika

 

21 aprel 2015-ci ildə Google mobile friendly alqoritmini həyata keçirməyə başladı. Bu alqoritmə əsasən mobil cihazlar üçün optimizasiya olunmuş saytlar, axtarış sistemlərində daha yüksək mövqe qazanır.

 

Son araşdırmalara görə, bütün sorğuların 55% mobil cihazlardan həyata keçirilir, bu isə mobil trafikin, kompüterlərdən gələn trafikdən daha yüksək olduğunu bildirir.

 

Bütün müəssisələrin yalnız 35% -inin mobil cihazlar üçün optimizasiya edilmiş veb saytları var.

 

 

Bəs, sizin sayt mobil cihazlar üçün optimizasuya olunub? Gəlin yoxlayaq!

 

Google saytınızın mobile friendly olub olmadığını müəyyənləşdirmək üçün faydalı test təklif edir.  Testin nəticəsi yalnız saytın düzgün əks olunduğu halda müsbət olacaq. Saytın mobil istifadəçilər üçün rahat və effektiv çalışmasını təmin etmək üçün, onun strukturu və dizaynına xüsusi diqqət yetirməlisiniz.

 

Mobil optimizasiyanın əsas üstünlükləri hansılardır?

 

 

Daha yaxşı istifadəçi təcrübəsi

 

Yəqinki hamının başına gəlib: sizə link göndərilir, linkin üstünə klik edib narahat interfeysli istifadəsi çətin olan bir sayta keçirsiniz.

Bəzi araşdırmalara əsasən, son 12 ayda istifadəçilərin 60%-i saytlara mobil cihazlardan daxil olarkan, bu cür problem ilə rastlaşıb,  onu dərhal tərk ediblər.

 

 

Daha yüksək yüklənmə sürəti

 

Adi, mobil optimizasiyasız bir sayt gec yüklənəcək, və ya ən pis halda heç yüklənməyəcək.

Mobil saytlar xüsusilə mobil standartlara uyğun hazırlanır və uyğun sürət ilə təmin edir. Bu isə - daha az gözləmə müddəti və daha çox trafik deməkdir.

 

 

Rəqibləriniz üzərində üstünlük

 

Rahat və optimizasiya olunmuş sayt sayəsində rəqiblərinizin üzərində üstünlük əldə edə bilərsiniz.

Sorğuda iştirak edən 200 şirkətdən 68-i tam mobil optimizasiya edilmiş sayta sahib deyildir (3-dən 1-i).

 

 

Mobil optimizasuyanın elementləri hansılardır?

 

Video və şəkillərin mövcudluğu

 

İlk öncə saytınızdaki bütün şəkillərin və videoların mobil cihazlarda əks olunmasında əmin olmalısınız. Əgər video player-iniz adaptiv deyilsə, tam olçüdə yüklənə bilər. Bu halda video mobil cihazda çox böyük ölçüdə əks olunacaq. Eynisi saytınızda köhnə kodlaşdırma metodlarından istifadə olunduğunda baş verir, bu halda şəkillər mobil cihazlarda heç yüklənməyə də bilər.

 

 

Düzgün əks olunan mətn

 

Mətn həmçinin saytınızda düzgün əks olunub, oxumaq üçün rahat olmalıdır. Adaptiv saytlarda bu proses avtomatikdir: sistem istifadəçinin sayta nə cür cihazdan daxil olduğunu müəyyən edib, səhifənin və şriftin ölşüsünü ona uyğunlaşdırır. Heç bir istifadəçi saytın ölçüsünü əl ilə dəyişdirilməsinə əlavə vaxt sərf etmək istəməz.

 

 

İnteraktivlik

 

Adi desktop saytlarında interaktiv düymələr kiçik ölçüdə ola bilər, çünki adətən istifadəçilər onları klikləmək üçün siçanı istifadə edir. Mobil cihazların sensor ekranlarında bu cür düymələr, barmaq ilə üzərinə rahat klikləmək üçün, daha böyük olmalıdır. Eynisi mobil cihazlarda çıətinliklə çalışan açılan menyu və digər interaktiv funksiyalara aiddir.  

 

 

Uyğunluq

 

Saytınızda istifadə etdiyiniz kodlaşdırma və formatlaşdırma növlərini də nəzərə almaq vacibdir. Məsələn, Flash əsasında olan video və audio fayllar bir çox müasir mobil cihazlarda açılmır.

 

Şərh : 0

Coupon partner DomainhostCoupon.com