Fiziki server haqqında tez-tez verilən suallar

, Müəllif:       0 Şərh
Fiziki server haqqında tez-tez verilən suallar

1. Fiziki server nədir? 

Fiziki server (dedicated server) - bütün resursları bir icarəçinin ixtiyarına verilən fiziki daşıyıcıdır. 
Adətən çox resurs sərf edən yüksək trafikli saytlar üçün istifadə olunur. 

2. Fiziki server necə çalışır? 

Fiziki server seçdikdə sayt sahibi bütöv fiziki serveri icarəyə götürür. Bu administrator səviyyəsində hərəkət etməyə imkan yaradır. Əlavə olaraq serverin bütün resursları istifadəçi üçün mövcud olur. 
Fiziki server ilə müvafiq güclü konfiqurasiya seçimi əldə edəcəksiniz. Həmçinin nəzərə almaq lazımdır ki, fiziki serverin istifadəsi əlavə bilik və bacarıqlar tələb edir. 

3. Fiziki server hansı hallarda istifadə olunur? 

Adətən, çox sayda ziyarətçiləri olan, xüsusi məxfilik və yüksək səviyyəli təhlükəsizlik tələb edən elektron ticarət saytları üçün istifadə olunur. Saytınızı hər gün mindən çox istifadəçi ziyarət edirsə, fiziki server icarəyə götürmək haqqında düşünə bilərsiniz. Qeyd etmək lazımdır ki, fiziki serverin icarəsi, o biri hostinq növləri ilə müqayisədə daha baha başa gəlir. Bu səbəbdən yüksək gəlirli onlayn layihələrin sahibləri üçün daha uyğundur. 

4. Fiziki serverin əsas üstünlükləri hansılardır? 

Fiziki serverin icarəsi müəyyən sayt və qurğular üçün sərfəli seçim ola bilər. İlk öncə, fiziki server ən təhlükəsiz hostinq növüdür. Fiziki server icarəyə götürdükdə siz bütün resursları əldə edirsiniz və digər istifadəçilərlə bölüşmək məcburiyyətində qalmırsınız. Həmçinin, serverin konfiqurasiyasını dəyişdirmək, proqram təminatını yenidən quraşdırmaq imkanını əldə edirsiniz. 

5. Paylaşılan hostinqlə fiziki serverin fərqi nədədir? 

Fiziki server  icarəyə götürdükdə siz onun bütün resurslarını əldə edirsinizsə, paylaşımlı hostinqlə saytınız həmin serverin sadəcə bir hissəsində yerləşdirilir. Həmçinin paylaşımlı hostinq ilə disk həcmi və trafik məhdud olur. Fiziki serveri seçdikdə, resursları digərləri ilə bölüşməyə ehtiyac qalmır.  
 

Şərh : 0

Coupon partner DomainhostCoupon.com