CPanel hesabınıza daxil olmaqla yaranan problemlərin bir neçə səbəbi ola bilər:
cPanel-ə daxil olduğda giriş məlumatlarını yanlış daxil etdiyiniz haqqında xəta alırsınzsa, cPanel hesab məlumatlarını yenidən yoxlayın və düzgün daxil edin. Hesab məlumatları qeydiyyat zamanı Hostimul tərəfindən sizə göndərilən məktubda qeyd olunur.
Əgər hələ də cPanel-ə daxil ola bilmirsinizsə, bu məqalədə göstərilən addımları yerinə yetirərək şifrənizi sıfırlayın. Əgər yeni yaratdğınız şifrə ilə də daxil ola bilmirsinizsə - səbəb serverdə yaradılmış blok ola bilər.
Problemi həll etmək üçün, zəhmət olmasa, dəstək komandamız ilə əlaqə saxlayın.
cPanel hesabına http://example.com/cpanel və ya http://cpanel.example.com URL ünvanları vasitəsilə daxil ola bilmirsinizsə, domenin hostinqə bağlı olduğuna yoxlayın. Bunun üçün neymserverlər dəyişdirilməlidir. Hostimulda qeydiyyatdan keçmiş domenlər üçün neymserverlərin dəyişdirilməsinə dair təlimatı burada görə bilərsiniz.
Üçüncü tərəf qeydiyyatçı vasitəsilə qeydiyyatdan keçirilibsə, onların dəstək xidməti ilə əlaqə saxlayın və neymserverlərini Hostimulun neymeserverlərinə dəyişmələrini xahiş edin.
Yerli internet provayderlərə, dünyanın müxtəlif ölkələrindəki DNS serverlərin keşini yeniləmək üçün 24 saata (bəzən daha çox) qədər vaxt tələb oluna bilər. Keşləmə müddəti müxtəlif internet provayderlərdə fərqləndiyinə görə, DNS dəyişikliklərinin tam qüvvəyə minməsi üçün vaxt tələb olunur.
Aşağıdakı cPanel URL ünvanlarından heç biri açılmırsa:
http://example.com/cpanel
http://example.com.2083
http://example.com:2082
http: // servername / cpanel
http: // servername: 2083
http: // servername: 2082
http: // cPanel_IP / cpanel
http: // cPanel_IP: 2083
http: // cPanel_IP: 2082
Çox güman ki, cPanel çıxış portları internet provayderiniz, lokal kompüter, şəbəkə, firewall (qoruyucu divar) və ya antivirus tərəfindən bloklanıb. Belə hallarda, http://cpanel.example.com saytından istifadə edə bilərsiniz, çünki bu saytda internetdə hər kəs üçün mövcud olan HTTP port 80 istifadə olunur.
Bütün URL ünvanları sınadıqdan sonra serverə qoşularkən hələ də Server connection timed out error mesajını alırsınızsa, ehtimal ki, xarici IP ünvanınız firewall (qoruyucu divar) tərəfindən bloklanmışdır.
Bu problemi həll etmək üçün dəstək komandamıza müraciət edin. Xarici IP ünvanınızı buradan yoxlaya bilərsiniz.
Faydalı Linklər