Aşağıda qeyd olunan addımları yerinə yetirərək, domen adınızı asanlıqla Hostimul-a transfer edə biləcəksiniz.
Domen adını transfer etmədən öncə onun parametrlərini cari qeydiyyatçıda yeniləməlisiniz. Bu barədə dəstək almaq üçün qeydiyyatçı ilə əlaqə saxlanılmalıdır.
Əlaqə məlumatınız, ICANN tərəfindən tələb olunduğu kimi, WHOIS verilənlər bazasındaki domen yazınıza daxildir. Transferdən sonra, ikinci qeydiyyatçı vacib məlumatların e-poçt vasitəsilə göndərilməsi üçün domen yazısında qeyd olunan məlumatı istifadə edəcək. Məhz buna görə məlumatların düzgün qeyd olunduğunda əmin olmalısınız. Domen ilə əlaqəli e-poçt ünvanını istifadə etməyin əvəzinə, Gmail kimi bir ictimai poçt xidmətindən istifadə etsəniz, daha yaxşı olar. Yüksək səviyyəli domen üçün (gTLD) domen sahibinin əlaqə məlumatlarının (ad, müəsissə və ya e-poçt ünvanı) yeni qeydiyyatçıya keçid prosesini başladır. Bunun üçün əlavə yoxlama tələb olunur. Hər qeydiyyatçı yoxlama prosesini fərqli şəkildə aparır, belə ki düzgün əməliyyatları yerinə yetirmək üçün cari qeydiyyatçı ilə məsləhətləşin.
Növbəti addım domenin gizliliyini deaktiv etməkdir. Gizlilik WHOIS verilənlər bazasında əlaqə məlumatlarınızı açıqlamağa imkan vermir. Lakin yeni qeydiyyatçının transferə imkan verən kodu göndərmək üçün bu məlumata ehtiyacı var. Gizlilik deaktiv edildiyi halda, qeydiyyatçı domeninizin WHOIS yazısındaki əlaqə məlumatlarını görə bilər və administratora onun ötürülməsi barədə e-poçt göndərə bilər. Əks halda həmin e-poçt mövcud olmayan Privacy Protection qovluğuna göndəriləcək.
Neymserverlər domeninizin trafikini hostinq provayderinin serverinə yönləndir. Əgər saytı artıq Hostimul hesabınıza köçürmüsünüzsə, neymserverləri dərhal yeniləməyiniz məsləhətdir. Çünki transfer zamanı DNS-də heç bir dəyişikliklər edə bilməyəcəksiniz.
Neymeserverlər "Yeni hostinq məlumatları" elektron məktubunda qeyd olunur.
Qeyd: Yeni DNS parametrlərin yayılması dəyişikliklər saxladıldığdan sonra başlanacaq. Hər internet provayder məlumatları müxtəlif sürətlə yeniləyir, adətən bu proses 24 - 72 saat çəkir. Bu müddət ərzində, e-poçt xidməti aktiv olmayacaq və veb trafikiniz,İnternet provayderindən asılı olaraq, köhnə və ya yeni hostinqə yönəldiləcək.
Növbəti addım domenin blokdan çıxarılmasıdır. Bu domeni transfer etməyə imkan verir.
Sonunda, həmçinin qeydiyyat kodu adlanan, EPP koduna ehtiyacınız olacaq. Domen adı üçün nəzərdə tutulan bu unikal şifrə hərflərdən, rəqəmlərdən və xüsusi simvollardan ibarətdir. Məsələn: X9S03ZQ5490KJ32AM
1. cPanel-də Domain Manager-ədaxil olun.
2. Alt menyuda Transferüzərinə klikləyin.
3. Hesabınıza köçürmək istədiyiniz domeni daxil edin və Continue düyməsini klikləyin.
4. Domenin statusu yoxlanılacaq və transferə hazır olduğu müəyyən ediləcək. Unutmayın ki, domen blokda olduğu halda transfer təstiq olunmayacaq. EPP kodu daxil edin və Continue düyməsini klikləyin.
5. İki mərhələli yoxlamanın bir hissəsi kimi, administrator təsdiq kodunu e-poçt vasitəsilə domen administratoruna göndərəcəyik. Həmin kodu daxil edib, Continue düyməsini klikləyin.
6. Artıq neymserverləri dəyişdirmək və yeniləmə şərtlərini müəyyənləşdirmək imkanınız olacaq.
7. Xidmət Şərtləri ilə razılaşdığınızı qeyd edin və Add to Cart üzərinə klikləyin.
Domenin köçürülmə prosesi beş günə qədər davam edə bilər. Transfer prosesi haqqında məlumat almaq üçün növbəti addımları yerinə yetirin:
1. cPanel-də Domain Manager-a daxil olun.
2. Alt menyuda Transfer üzərinə klikləyin.
3. Details bölməsində transfer prosesini nəzərdən keçirin və daha ətraflı məlumat üçün linkə klikləyin.
Faydalı Linklər