FTP Hesablar

FTP (ing. Fayl Transfer Protokolu) kompüterlərlə şəbəkə arasında faylların ötürülməsi qaydalarını müəyyən edən əsas protokollardan biridir. FTP ilə işləmək (redaktə etmək, yenisini yükləmək və s.) üçün, saytınızın faylları yerləşdiyi serverə qoşulmaq hesabınızın login və şifrəsini daxil etməklə mümkün olur.
Bu halda, FTP – serverə qoşulmaqla  qovluqların məzmununu görüntüləmək və faylları serverdən yükləmək və ya daxil etmək kimi prosesləri uzaqda idarə etmək imkanı verir.
Xidmət virtual hostinq xidməti aktivləşdirildikdə avtomatik olaraq işə düşür. Seçilmiş tarif planından asılı olaraq 2-dən başlamaqla limitsiz sayda ayrı FTP hesabına malik ola bilərsiniz. Bundan əlavə əsas FTP hesabı yaradılır ki, onun giriş və şifrəsi cPanel idarəetmə panelinə daxil olan giriş və şifrə ilə eyni olur. Təhlükəsizlik səbəbləri ilə FTP üçün şifrənin dəyişdirilməsi məsləhət görülür. Bununla yanaşı idaetmə panelindən əlavə FTP hesabı yaratmaq da mümkündür.


 

Coupon partner DomainhostCoupon.com