OVH

OVH

OVH SAS (Société anonyme) və ya OVH Telecom xüsusi paylaşılan və bulud serverləri, domain qeydiyyatı və VoIP telefon xidməti təmin edən İnternet xidmətləri provayderidir. Şirkət Fransanın qanunvericiliyinə əsasən sadələşdirilmiş səhmdar cəmiyyətdir. Baş qərargah Fransanın şimalındakı Rubes şəhərində yerləşir.

Şirkət təxminən 850 000 ədəd maşın olan 14 məlumat mərkəzinə malikdir. Müəssisə Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya, İrlandiya, Böyük Britaniya, Hollandiya, Litva, Çexiya və Finlandiya üçün lokallaşdırılmış xidmətlər təklif edir. O, həmçinin ABŞ və Kanadada da xidmətlərini genişləndirmişdir. Şirkət IPv6 dəstəyi və DNSSEC həyata keçirmişdir. Saytın təhlükəsizliyi  üçün pulsuz(SSL) sertifikatlar verən "Let's Encrypt" adlı pulsuz sertifikatlaşdırma mərkəzinin sponsorudur.

Partnyorun veb-saytına keçid