Haqqımızda

Bizimlə əməkdaşlığa bugün başlayın və fərqi hiss edin. 

2017-ci ildə fəaliyyətə başlayan Hostimul hostinq xidmətləri təmin etməklə məşğuldur. Biz inanırıq ki, müvəffəqiyyətin açarı peşəkar yanaşma və daimi inkişafdadır. Bugün biz hostinq sahəsində— saytların yerləşdirilməsindən, domen adlarının qeydiyyatı, VPS və Fiziki serverlərin icarəsinə kimi ən müxtəlif istiqamətlər üzrə xidmətlər təklif edirik. 

Xidmətlərimizin keyfiyyəti Beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq, ISO 9001, ISO/IEC 20000-1 və ISO/IEC 27001 sertifikatları ilə təsdiqlənib.

Biz, həqiqətən münasib qiymətlər təklif edirik. 

Göstərdiyimiz xidmətlərlə yaxından tanış olsanız, qiymətlərimizin nə dərəcədə sərfəli olduğunu görə bilərsiniz. 
Bir sözlə, saytınızın asanlıqla və tez bir zamanda onlayn olmasını istəyirsinizsə bizə müraciət edin. 

Hədəfimiz nədir?

Hədəfimiz veb-hostinq sahəsini ölkəmizdə inkişaf etdirmək və müştərilərin etibarını qazanmaqdır. Rəqiblərimizdən fərqli olaraq daha keyfiyyətli xidmət təklif etmək üçün əlimizdən gələni əsirgəmirik. Çünki, müştəri məmnuniyyəti bizim üçün hər şeydən vacibdir. 

Mükəmməl texniki dəstək

Hostinq haqqında yenicə eşitmisiz və ya kiçik bir məsləhətə ehtiyacı olan istifadəçisiniz? 

Hostimul öz istifadəçilərini müxtəlif dəstək metodları ilə təmin edir: qaynar xətt, live chat, tiket sistemi, video təlimatlar və FAQ. Mütəxəssislərimiz köməyinizə daim hazırdır. Hostinq barəsində bilikləriniz nə səviyyədə olur olsun burada ehtiyacınız olan dəstəyi alacaqsınız. Mükəmməl səviyyədə təşkil edilmiş dəstək mərkəzimiz 24/7 xidmətinizdədir. Suallarınıza ən qısa zamanda cavab almaq üçün "live chat" vasitəsilə bizimlə əlaqə saxlamaq kifayətdir. 

Ehtiyacınıza cavab verən yüksək keyfiyyətli hostinq

Biz hər kəsə ən uyğun veb hostinq həllərini təklif edirik. İstər az trafikli yeni brend, bloq istərsə də iri biznes sayt sahibi olsun —  fərq etmir, arzuladığınız xidməti əldə edəcəksiniz! Saytların sürətli və fasiləsiz çalışmasının müştərilərimiz üçün nə qədər vacib olduğunu bilirik və bu məsələyə xüsusi diqqətlə yanaşırıq. Bu səbəbdən də ən son avadanlıqları və proqram təminatını seçirik. 

Sosial şəbəkələrdə paylaş