WordPress Hostinq

  • Https://www.hostimul.com/ səhifəsinə keçin, "Müştəri panelinə" daxil olun və xidmətlər siyahısından WordPress Hostinq-i seçin. Example.com/wp-admin ünvanını daxil edib, (burada example.com domen adınızdır), giriş ekranına birbaşa daxil olunacaqsınız.

  • Xeyr. WordPress paketləri ölçülməyən limitsiz trafik ilə təmin edilir.

  • Bəli. WordPress hostinq gündəlik backup (ehtiyat nüsxəsinin aparılması) xidməti ilə təmin edilir. Ehtiyat nüsxələri 5 gün ərzində saxlanılır. 

  • Ən vacib təhlükəsizlik funksiyalarını təmin edirik:

    • Gündəlik virus yoxlama
    • SSL Sertifikat
    • DDoS hücumlardan qoruma
    • Spam-filtr
  • WordPress hostinq paketləri WordPress saytları üçün qurulub. Adi paylaşılan hostinqdən fərqi, təmin etdiyi resurs həcmindədir. Adətən WordPress üzərində qurulan saytlar daha çox resurs tələb edir, bu tələbləri qarşılamaq üçün, WordPress hostinq paketləri ilə daha çox resurs (məs. RAM və CPU həcmi)  təmin edirik. 

  • Əgər saytınız WordPress-də qurulubsa, bu növ hostinq sizin üçün ən uyğun seçimdir. WordPress hostinqin ən vacib üstünlükləri:

    Daha yüksək performans; çünki server məhz WordPress üçün konfiqurasiya olunub.

    Yüksək təhlükəsizlik səviyyəsi; çünki serverlərimiz WordPress saytları üçün tələb olunan xüsusi təhlükəsizlik konfiqurasiyaları üçün optimizasiya olunub.

  • WordPress hostinq, xüsusi olaraq, WordPress-də yaradılan saytlar üçün nəzərdə tutulub. Serverlərimiz WordPress saytlarının təhlükəsizlik tələblərini qarşılamaq üçün qurulub.

     

  • WordPress php-də yazılmış, açıq mənbəli kontent idarəetmə sistemidir (CMS). Bloqlar, xəbər saytları və hətta onlayn mağazaların hazırlanmasında istifadə oluna bilər. Bu gün WordPress ən populyar kontent idarəetmə sistemidir. İnternetdəki bütün veb saytların təxminən 25% -i WordPress ilə idarə olunur.