Fiziki server

Serverlərimiz ABŞ-ın Dallas, Los Anceles və Niderlandın Naaldwijk şəhərlərində TIER III+ təhlükəsizlik səviyyəsinə uyğun data mərkəzlərində yerləşir. Ərazi 24 saat ərzində mühafizə olunur, eləcə də video nəzarət və avtomatik yanğın söndürmə sistemi ilə təmin edilir. Data mərkəzinin insfrastrukturu Tier III beynəlxalq təhlükəsizlik səviyyəsinə uyğundur. 

Fiziki server əldə etmək istəyirsinizsə, anlamalısız ki, məhz bu tip serverdə sistem administrasiya bilikləri vacibdir.

Bulud VPS fiziki serverdən ucuzdur, imkanları və resursları daha azdır. Bu iki serverin arasında seçim isə tamamilə sizin saytınızın növündən asılıdır.

Fiziki serverin üstünlüyü ondadır ki, fiziki server bir müştəri üçün nəzərdə tutulub və paylaşıla bilməz. Bu isə o deməkdir ki, fiziki serverin resursları sadəcə bir müştəri tərəfindən istifadə oluna bilər.

Biz fiziki serverdə 99.9% qaranti uptime zəmanəti təmin edirik.

Hostimul məlumatlarınızın mütəmadi saxlanılmasını təmin edir və ehtiyac yarandığda onları bərpa edir. Serverdə yerləşən məlumatlarınızın tam ehtiyat nüsxəsini aparırıq. Ehtiyat nüsxəsi 5 gün ard-arda alınır və hər hansı bir səbəbdən məlumat itkisi baş verdiyi halda, fayllar asanlıqla bərpa olunur. 

Sizin tələblərinizdən asılı olaraq böyük yaddaş həcmi və RAM-ı olan fiziki server paketi seçə bilərsiniz.

Paylaşılan hostinq birdən çox istifadəçinin bir serverdə olmasına imkan verir. Lakin, fiziki server sadəcə bir istifadəçi üçün nəzərdə tutulub və digər istifadəçilərlə paylaşılmır

Fiziki serverin bütün resursları müştəriyə təqdim olunur və sadəcə onun saytı üçün istifadə olunur. Müştəri idarəetmə panelinə və avadanlıq (aparat) komponentlərinə heç bir məhdudiyyət olmadan tam giriş icazəsi alır.