Faq

.DEV  texnologiya sahəsinin ən mühüm terminlərindən biri olan "development" sözünün qısaltmasıdır.

 

Proqramçılar üçün xüsusi bir sahə  

.DEV domeni  texnologiya təşkilatları, vep proqramçılar, eləcə də proqramlaşdırma haqqında yazan bloqerlər üçün nəzərdə tutulub. .DEV lahihənin aşağıdaki sahələrə aid olduğunu göstərməyə imkan verir:

• Veb proqramlaşdırma

• Veb Dizayn

• Proqram təminatının hazırlanması

• Oyun tətbiqlərinin hazırlanması

• Mobil proqramlar

• IT təhlükəsizlik

 

Xüsusi təhlükəsizlik səviyyəsi

Qeyd etmək lazımdır ki, .DEV domen zonasında qeydiyyatdan keçən bütün saytlarda SSL sertifikatın mövcudluğu tələb olunur. .DEV digər domenlər kimi satın alına bilər, lakin HTTPS protokolu quraşdırılana kimi əlaqəli sayt brauzerlərdə düzgün işləməyəcəkdir.  

 

Pulsuz SSL sertifikat bütün veb hostinq paketlərimizə pulsuz daxildir.

 

 

.PRO domeni ilə peşəkarlığınızı nümayiş etdirin

Öz işinizin əsl peşəkarısınızsa .PRO domeni bunu vurğulamağın vaxtıdır.

 

Şirkətlər və fərdi sahibkarlar .Pro domenin bu hallrda istifadə edə bilərlər:

• Müəyyən bir sahədə peşəkar xidmətlərin təşviqi üçün

• Mütəxəssislər üçün nəzərdə tutulan məhsulların satışı üçün

• Müxtəlif sahələrdə məlumatlar ilə paylaşan saytlar üçün

 

.PRO domeninin üstünlükləri hansılardır?

• Yaddaqalan və qısadır.

• Peşəkar xidmət təklif edərək istifadəçilərdə güvən  yaradır

• Nisbətən yeni bir domen zonası olduğuna görə, bir çox azad domen adı mövcuddur

 

.ONLINE domeni ilə həmişə xətdə olun!

.ONLINE domeni 150,000-dən çox saytda istifadə olunur və dünyanın ən populyar domenlərindən biri sayılır. .ONLINE universaldır və hər növ biznes layihələr üçün uyğundur. Bundan əlavə, "online" sözü dünyanın 24-dən çox dilində başa düşülür. Dünyanın aparıcı şirkətləri, bloqerləri və startup sahibləri internet istifadəçilərinin diqqətini cəlb etmək üçün ONLINE. domenini seçirlər.

 

 .ONLINE hansı hallarda istifadə oluna bilər?

• Yeni bir məhsulun satışa çıxarılması

• İnternet mağazanın açılması

• Maraqlı CV-nin yaradılması

• Peşəkar portfolionun təqdimatı

• Veb xidmətlərinin təmin edilməsi

 

.ONLINE həmçinin Google-un orqanik  axtarış sıralamasında tanınmış .com, .org, və s. domenlər kimi qiymətləndirilir və saytınızın trafikinin artıracaqdır.

 

 

.EMAIL domen adı fəaliyyəti e-poçt ilə əlaqəli olan şirkət və təşkilatlar üçün uyğundur:

 

  • E-poçt provayderləri
  • Marketinq xidmət təminatçıları
  • E-poçt marketinq xəbərləri və tendensiyalarına həsr olunmuş saytlar.
  • Müştəri dəstək şirkətləri
  • Hostinq Provayderləri

Xidmətlərinizi .SERVICES ilə təklif edin!

.SERVICES domen zonası internetdə xidmətlərini təqdim etmək istəyən şirkətlər, şəxslər, fərdi sahibkarlar və bloqerlər üçün nəzərdə tutulub.

 

.SERVİCES domeninin üstünlükləri hansılardır?

• Əgər şirkətinizin adı "Services" sözünü daxil edirsə, müvafiq domen adını artıq söz və ya simvol əlavə etmədən qeydiyyatdan keçirə bilərsiniz.

• Bu domen zonasında azad ad tapmaq şansınız daha çoxdu.

• .SERVICES hər hansı bir sahəyə tətbiq oluna bilər, təmizlik xidməti, avtomobil təmiri ilə təmin edən şirkətlərdən tutmuş, tibbi xidmətlərə göstərən müəssisələrə kimi.

Bütün sualları .SOLUTIONS ilə cavablandırın!

Hər gün milyonlarla istifadəçi suallarına cavab tapmaq məqsədilə internetə müraciət edirlər.  .SOLUTIONS domeni istifadəçilərə saytda faydalı məlumtların olduğunu çatdırır. Ilk növbədə, məlumat mərkəzləri, dəstək xidməti saytları, eləcə də video təlimat və maarifləndirici saytların müəlifləri üçün nəzərdə tutulmuşdur.

Bu həmçinin adı  «Solutions» sözü ilə bitən şirkətlər üçün əla seçimdir, çünki domen adını qeydiyyatdan keçirərək, əlavə sözləri istifadə etməyə ehtiyac qalmayacaq.

E-ticarət saytları üçün ən uyğun domen

"Shop" sözü ingilis dilindən "Mağaza" kimi tərcümə olunur. Bu sözün mənası bir çox istifadəçilərə, hətta ingilis dilini bilməyənlərə də məlumdur.

.SHOP domeni saytınızın onlayn mağaza kimi fəaliyyət göstərdiyini vurğulayır və internet istifadəçilərinə saytınızı asanlıqla tapmağa imkan verir. İnternetdə alış-veriş edərkən, bir çox istifadəçi  instinktiv olaraq,  axtarış sistemində .SHOP sözünü daxil edir. .SHOP  domeni vasitəsilə həm yerli, həm də beynəlxalq alıcıları cəlb etmək mümkündür.

Bundan əlavə, mövcud saytınıza onlayn mağaza səhifəsini əlavə etmək istəyirsinizsə, .SHOP-u subdomen kimi istifadə edə bilərsiniz.

.SHOP hər hansı bir məhsulu satmaq üçün uygundur, o cümlədən:

 

• Geyim

• Əl işləri

• Mebel və interyer əşyaları

• Elektronika və kompüterlər

• Kitablar və musiqi

• Uşaqlar üçün məhsullar

• Qida məhsulları

 

Mağazanız üçün səviyyəli domen əldə edin!

"Boutique" sözü fransız dilindən "mağaza" kimi tərcümə olunur. Artıq bugün bu söz bir çox dillərdə başa düşülür və daha çox mağazanın xüsusi təbəqəyə aid olduğunu göstərmək üçün istifadə olunur.

.BOUTIQUE ilk növbədə lüks səviyyəli məhsullar, dizayner paltarları, eksklüziv aksessuarlar, eləcə də əmlak əşyalarının - evlərin, avtomobillərin, yaxtların və s. satışını həyata keçirən elit mağazaların sahiblərinə maraqlı olacaq. 

Agentliyiniz üçün ən yaxşı domen sonluğu!

Bu gün müxtəlif növ agentliklər fəaliyyət göstərir: reklam agentlikləri, daşınmaz əmlak agentlikləri, sığorta agentlikləri və s. .AGENCY domen uzantısı özünü bir agentlik kimi müəyyən edən hər hansı bir biznes saytı üçün ideal seçimdir.

 

Studiyanızı onlayn rejimə keçirin!

Studiyalar, səs yazmadan, sənət əsərlərinin yaradılmasından tutmuş, foto çəkilişlərə kimi – bir çox məqsədlər üçün istifadə olunur.

Dizayn studiyası, fitness klub, gözəllik salonu və ya foto studiya – .STUDIO domen zonası universaldır və müxtəlif növ bizneslər üçün uyğundur.

.STUDIO domeni ilə saytınız üçün maraqlı və yaddaqalan ünvan, eləcə də eksklüziv imic yarada biləcəksiniz.

.STUDIO domen zonası həmçinin daşınmaz əmlak səhəsinə uyğundur və mənzillərin kirayəsi ilə məşğul olan şirkətlər üçün maraqlı seçimdir.

Müasir dünyada dizayn, demək olar ki, həyatımızın ayrılmaz bir hissəsidir və onun bir çox sahələrində özünü əks etdirir. Peşəkar dizayn landşaft dizaynı, interyer dizayn, qrafik dizayn, veb dizayn, sənaye dizaynı, geyim dizaynı və s. kimi müxtəlif sahələri özündə birləşdirir.

Saytınız üçün .DESIGN sonluğunu seçərək istifadəçilərə hansı sahədə məşğul olduğunuzu birbaşa nümayiş etdirirsiniz. 

 

.DESIGN domenini kimlər seçir?

• Qrafik Dizaynerlər

• Web Developerlər

• İnteryer üzrə Dizaynerlər

• Dizayn Studiyaları

• Freelance Dizaynerlər

• Geyim Dizaynerləri

 

Layihələrinizi onlayn nümayiş etdirin

 

.DESIGN rəqəmsal layihələrini internetdə tanıtmaq istəyən həm peşəkar, həm də təcrübəli dizaynerlər üçün əla seçimdir.

Rəqəmsal dünyanın bir hissəsi olun!

Bügün real həyatımızın bir çox sahələri rəqəmsal dünya ilə bağlıdır. Çoxları həyatlarını kömpüter və mobil telefonsuz təsəvvür edilə bilmir.

 

.DIGITAL kimin üçün nəzərdə tutulmuşdur?

.DIGITAL domen zonası ilk növbədə, rəqəmsəl məhsulların satışını həyata keçirən internet-mağazalar, eləcə də bu sahədə xidmətlər ilə təmin edən şəxslər və  rəqəmsal agentliklər, veb studiyalar üçün uyğundur. Əgər siz musiqi, film və ya proqram təminatının satışı ilə məşğulsunuzsa, bu domen zonası məhz sizin üçündür!

.NETWORK domeni ilə imkanlarınızı genişləndirin

.NETWORK domen zonası, ilk növbədə, IT mütəxəssislər və telekomunikasiya şirkətləri, eləcə də çəbəkə məhsullarının satışını həyata kemirə internet mağazalar üçün nəzərdə tutulub.

 

Düzgün əlaqələr qurun!

.NETWORK domeni həmçinin öz sosial şəbəkələrin, tanışlıq saytlarının, bloqların və forumların sahibləri üçün maraqlı olacaq.

.GROUP domeni ilə öz cəmiyyətinizi yaradın

.GROUP domen sonluğunu saytınızın adına əlavə edin və hədəf kütlənizi cəlb edən, yaddaqalan veb ünvanı əldə edin.

Üst səviyyəli .GROUP domeni, ortaq bir məqsəd və ya hədəfə çatmaq uğrunda insanlarla çalışan şirkətlər və təşkilatlar üçün düzgün seçimdir (məs. könüllülər qruplarının yığılması, xeyriyyə fondlarını təşkil edilməsi).

Dram dərnəyi, kitab klubu, aşpazlıq kursları – .group domeni hər hansı bir mövzuya həsr olunmuş saytlar üçün uygundur.

.CONSTRUCTION domeni ilə saytınızın təməl daşını qoyun

.CONSTRUCTION domen adı tikinti və təmir xidmətlərini təklif edən saytlar üçün əla seçimdir.

Tikinti şirkətləri, əmlak agentləri, santexniklər və tikinti sənayesinin digər nümayəndələri öz saytları üçün.CONSTRUCTION domen zonasını seçə bilərlər.

Bu cür domen adı potensial müştərilərinizi fəaliyyətiniz haqqında məlumatlandıracaq və biznesinizi inkişaf etdirməyə kömək edəcəkdir.

 

Bu gün bir çox şirkətlər bizneslərini düzgün qurmaq və inkişaf etdirmək məqsədilə ekspertlərə müraciət edib, onlardan məsləhət alır. .CONSULTING domeni – internetrdə peşəkarlığınızı və bacarıqlarınızı nümayiş etdirməyin yaxşı yoludur.

 

 .CONSULTING kimin üçün uyğundur:

• Biznes məsləhətçiləri

• Podratçılar

• Müəllimlər

• Analitiklər

• Hər hansı bir sahədə mütəxəssislər

 

Xəbərləri hamı ilə paylaşın!

Son illərdə daha çox insan xəbərləri internetdə; sosial şəbəkələrdə, xəbər portallarında oxumağa üstünlük verir. .NEWS domen zonası ilk növbədə internetdə xəbərlər  ilə bölüşən saytlar üçün nəzərdə tutulmuşdur. 

 

Niyə .NEWS domeni?

Mövcud saytınıza xəbər bölməsi əlavə etmək istəyirsinizsə, .NEWS domenini subdomen kimi qeydiyyatdan keçirə bilərsiniz.

.NEWShəmçinin saytın adını qısaltmaq üçün yaxşı imkandır (məsələn, namenews.com saytını name.news-a) dəyişib, daha yaddaqalan ünvan yarada bilərsiniz.

 

.NEWS kim üçün uyğundur ?

• Bloqerlər

• Xəbər portalları

• Jurnalistlər, redaktorlar

• PR departamentləri

• Sahibkarlar və startup-lar

.PRESS domeni ilə layihənizin jurnalistika sahəsinə aid olduğunu vurğulayın

.PRESS  domen adı xüsusi olaraq jurnalistika sahəsi üçün yaradılmışdır. Jurnalistlər, bloqerlər, elektron nəşrlər, xəbər agentlikləri və kütləvi informasiya vasitələri ilə əlaqəli bütün layihələr üçün nəzərdə tutulmuşdur.

Çox vaxt yeni sayt və ya onlayn portfolio yaradan jurnalistlər, seçdikləri domen adının məşğul olması ilə üzləşirlər. .PRESS domen zonasının üstünlüklərindən biri də, bir çox azad adların mövcudluğudur.

Həmçinin, .PRESS yeni xəbər agentlikləri üçün layihələrini internetdə təqdim etmək və istifadəçilər arasında tanıtmaq üçün əla imkandır.

 

.EXPRESS domeni ilə özünüzü ifadə edin! 

.EXPRESS domeni kreativ sayt ünvanı  əldə etmək istəyən şirkətlər üçün əla seçimdir.

İstər rəssamlıq, yazıcılıq, istər dizayn sahəsində məşğul olun, .EXPRESS domeni sevdiyiniz işi nümayiş etdirməyin ən yaxşı yoludur.

.EXPRESS həm də adları "express" sözündən ibarət olan şirkətlərə qısa və yaddaqalan bir ünvan yaratmağa imkan verir.

.TODAY domeni ilə gündəmdə olun!

Son məlumatlarla paylaşırsınız və bunu bütün internetə bildirmək istəyirsiniz? Bu halda, .TODAY domeni sizin üçün ideal seçimdir. .TODAY –  siyasət, texnologiya, moda və ya əyləncə kimi müxtəlif sahələrdə yeni xəbərlərlə bölüşmək üçün istifadə edilə bilər.

 

Bu gün .TODAY domenini əldə etməyin əsl vaxtıdır

.TODAY domeni saytınızda aktual və daim yenilənən məlumatlarla təmin etdiyinizi bildirir. Bundan əlavə, .TODAY domeni demək olar ki, bütün sözlər ilə uyğun gəlir və saytınız üçün maraqlı ünvan yaratmağa imkan verir.

 

TODAY hansı saytlar üçün uyğundur?

• Bloqlar

• Xəbər saytları

• Online Göndərmə

• Hava proqnozu saytları

Coupon partner DomainhostCoupon.com