Bu məqalədə WordPress-ı cPanel və Softaculous vasitəsilə bir subdomen üzərində quraşdırmaq haqqında məlumat verəcəyik.
İlk öncə subdomen yaratmaq lazımdır. cPanel vasitəsilə subdomen yaratmaq üçün bu məqalədəki adımları yerinə yetirin.
cPanel-ə daxil olun
Softaculous apps installer bölməsində Categories bölməsinin hər hansı bir parametrini seçin.
Softaculous-un əsas səhifəsi açılacaq.
Qeyd:Categories bölməsində hansı parametri seçməyinizdən asılı olmayaraq, onlardan hər biri Softaculous-u işə salacaq.
Əgər saytınızda SSL sertifikat quraşdırılıbsa, https: // və ya https: // www protokollarını seçin, əks halda http: // və ya http: // www. protokollarını seçin.
Qeyd: Etibarlı şifrə seçin! Softaculous şifrənizin etibarlılıq reytinqini göstərir. Şifrə etibarlı olduğda sətr yaşıl olur.
Qeyd: Giriş saylarının məhdudlaşdırılması saytın təhlükəsizliyini artıracaq.
Advanced Options -ı açmaq üçün + işarəsini klikləyin.
Database Name mətn sahəsində proqram üçün yaratmaq istədiyiniz verilənlər bazasının adını daxil edin və ya default icazəni saxlayın.
Table Prefix mətn sahəsində verilənlər bazasının prefiksini daxil edin və ya default icazəni saxlayın.
Əgər elektron poçt vasitəsilə heç bir bildiriş almaq istəmirsizsə, Disable Update Notifications-ı işarələyin.
Qeyd:Saytın mütəmadi yenilənməsi təhlükəsizlik səviyyəsini artırır və məlumat itkisinin qarşısını almağa kömək edir.
1. Yenilənmə mövcud olduğda proqramın avtomatik yenilənməsi üçün Auto Upgrade-ı işarələyin.
2. Yenilənmə mövcud olduğda qoşulmuş modulların avtomatik yenilənməsi üçün Auto Upgrade WordPress Plugins-ı işarələyin.
3. Yenilənmə mövcud olduğda şablonların avtomatik yenilənməsi üçün Auto Upgrade WordPress Themes -ı işarələyin.
4. Backup Location siyahısında tətbiqlərin ehtiyat nüsxələrinin harada saxlanacağını seçə bilərsiniz.
5. Automated backups siyahısında Softaculous-un tətbiqin ehtiyat nüsxəsini yaradılıb yaratmamasını seçəcəksiniz.
6. Backup Rotation siyahısında Softaculous-un köhnə ehtiyat nüsxələrini yenisi ilə hansı tezliklə əvəzləyəciyini seçəcəksiniz.
7. Quraşdırma başa çatdıqdan sonra saytın konfiqurasiyası haqqında məlumat əldə etmək üçün Email installation details mətn sahəsində elektron poçt ünvanını daxil edin.
8. Quraşdırma parametrlərini nəzərdən keçirin və Install düyməsini klikləyin. Quraşdırma başa çatdıqdan sonra, Softaculous WordPress konfiqurasiyası haqqında məlumatı təmin edir.
9. Brauzer vasitəsilə yeni yaratdığınız subdomenə keçin.
Faydalı Linklər