WordPress idarəetmə panelinə daxil olun.
Sol menyuda Yazılar düyməsini klikləyin və Yenisini əlavə et alt menyunu seçin:
Yeni açılan səhifədə sol üst küncdə «+» düyməsini klikləyin. Açılan menyuda müxtəlif bloklardan ibarət açılan menyu görəcəksiniz:
Default olaraq ən çox istifadə olunan bloklar təklif olunacaq.
Yazıları idarə etmək üçün bir neçə funksiya mövcuddur. Bu parametrlər Yazılar bölməsində yerləşir:
Bütün yazılar. Bu bölmədə saytda yaratdığınız bütün yazılar əks olunur. Burada hər başlığın, müəlifin, kateqoriyanın, etiketin, və yazının tarixini görəcəksiniz.
Kateqoriyalar. Bu parametr yazıları istədyiniz kimi təsnif etməyə imkan verir. Kateqoriyanızın adını təyin edə bilərsiniz və hətta alt kateqoriyalar yarada bilərsiniz.
Etiketlər. Yazıya əlavə olunan teqlər adətən konkret bir mövzuya aid olur. Məsələn filmlərə aid kateqoriyanız varsa, əlavə olaraq “Dramalar” və ya “Komediyalar” kimi etiketləri əlavə edib, yazını daha yaxşı təsvir edə bilərsiniz.
Faydalı Linklər