500 Internal Server xətası təkcə WordPress ilə bağlı olmur. Bu xəta həmçinin serverdə baş verən digər problemlərdən də qaynaqlana bilər. Bu məqalədə xətanın ən əsas yaranma səbəbləri və onların həll yolları haqqında məlumat verəcəyik.
cPanel-də yeni .htaccess faylını yaradın:
Files bölməsində File Manager menyusunu seçin:
Yeni açılan səhifədə, yuxarı sağ küncdə Settings düyməsini klikləyin:
Açılan menyudan domeni seçin. Show Hidden Files (dotfiles)-I mütləq seçin. Save düyməsini klikləyin:
Fayllar siyahısında .htaccess faylı tapın və .htaccess.bak adı ilə əvəz edin:
WordPress-də sol menyuda:
Settings >Permalinks düyməsini klikləyin:
Save settings düyməsini klikləyin. 500 Internal Server xətasının aradan qaldırıldığını görmək üçün saytı yenidən yükləyin.
Əgər xəta hələ də baş verirsə yaddaş limitini artırmağa çalışın.
WordPress-də PHP yaddaş limitinini necə artırmaq olar?
Əgər yaddaş limitinin artırılması da xətanı aradan qaldırmasa, problem WordPress-də quraşdırılan plaqinlərdən qaynaqlana bilər. Çox vaxt yeni quraşdırılan şablon köhnə plaqin ilə uyğun gəlmir və server xətasına gətirib çıxarır.
cPanel-də:
Files bölməsində File Manager bölməsinə klikləyin.
WordPress install vasitəsilə domen üçün Web Root (public_html / www)-i və Document Root-u seçin. Go düyməsini klikləyin.
public_html qovluğunu açın və
/ wp-content / plugins qovluğuna keçin:
/ wp-content / plugins qovluğunun adını plugins.old ilə əvəz edin:
Bu bütün plaqinləri deaktiv edəcək. Çox vaxt bu həmçinin WordPress idarəetmə panelini bloka salır.
Bu addımları File Manager-də yerinə yetirə biləcəksiniz.
Yuxarıda qeyd edildiyi kimi plaqinlər qovluğunu yenidən aktiv edin. Beləliklə, hər bir plaqini ayrıca aktiv edə və problem yaradan plaqini aşkar edə biləcəksiniz. Eyni zamanda, idarəetmə paneli də artıq mövcud olacaq.
WordPress idarəetmə panelində:
Plaqinləri yenidə bir-bir aktivləşdirin və xətanın həll edilib edilmədiyini bilmək üçün saytı yeniləyin.
Faydalı Linklər