WordPress saytınız üçün müxtəlif şablonları istifadə edə bilərsiniz. Şablonları quraşdırmağın bir neçə yolu mövcuddur:
Şablonu internetdən kompüterinizə endirib; daha sonra WordPress idarə etmə paneli vasitəsilə onu yükləyə bilərsiniz.
WordPress Dashboard Themes bölməsində axtarış vasitəsilə şablonu tapıb seçə bilərsiniz.
Şablonun WordPress Dashboard vasitəsilə axtarışı
WordPress-də çablonları müəyyən açar sözlər və ya parametrlər əsasında axtara bilərsiz. WordPress Dashboard vasitəsilə axtarış etmək üçün:
Sol menyuda Appearance >Themes bölməsini klikləyin:
Ekranın yuxarı hissəsində Add New>Install Themes düyməsini klikləyin. Burada mövcud olan WordPress şablonlarını görə bilərsiniz:
WordPress şablonunun iki yükləmə üsulu var.
Qeyd: Bütün şablonlar WordPress-in son versiyası ilə uyğun gəlmir.
Seçilmiş şablonun WordPress-in quraşdırılmış versiyasına uyğun olduğundan əmin olun.
WordPress Theme Installer
WordPress installer vasitəsilə yüklənmiş WordPress şablonunu quraşdırmaq üçün:
Sol naviqasiya menyusundan Appearance >Themes seçin.
Ekranın yuxarısında Add New>Install Themes düyməsini klikləyin:
Upload düyməsini klikləyin, Browse seçin və kompüterinizdəki müvafiq fayla keçin:
Fayllar .zip formatında olmalıdır. Install Now düyməsini klikləyin.
Activate düyməsini klikləyin:
Faydalı Linklər