WordPress saytını digər domenə necə köçürtmək olar?

 

Faylların yeni domenə köçürülməsi

 

Yeni domen əlavə etmək üçün aşağıdaki məqaləni oxuyun.

 

cPanel-də əlavə (addon) domeni necə yaratmaq olar?

 

Daha sonra fayyları yeni domenə nüsxələmək üçün növbəti addımları yerinə yetirin.

 

cPanel-in əsas səhifəsində File Manager-ə daxil olun:

 

 

public_html qovluğuna daxil olun:

 

 

Ekranın yuxarısında Select all düyməsini klikləyin:

 

 

public_html qovluğunun içərisindəki növbəti qovluqları klikləyərək, Ctrl klavişini basıb saxlayın:

  • cgi-bin
  • addon domain folder

 

 

Faylları seçdikdən sonra yuxarı menyuda Copy düyməsini klikləyin:

 

 

Yeni pəncərədə aşağıda qeyd edilən yol açılacaq:

 

/ public_html

 

Əlavə (addon) domenə aid qovluğun adını daxil edin. Fayllar bu qovluğa nüsxələnəcək.

 

Sətri dəyişdikdən sonra bu cür görünməlidir:

 

 

addondomainname.com domenini hazırki domen adı ilə əvəz edin.

 

Faylları addon domenin qovluğunu nüsxələdikdən sonra, yeni MySQL verilənlər bazasını yaratmalısınız.

 

MySQL verilənlər bazasını necə yaratmaq olar?

 

WordPress .config faylının yeni sayt üçün redaktə edilməsi

 

wp-config.php faylını WordPress-ə uyğun redaktə etmək üçün növbəti addımları yerinə yetirin:

 

cPanel-də File Manager-ə keçin.

public_html qovluğunu açıb, orada addon domen adınızın qovluğunu tapın. Siçanın sağ düyməsini wp-config.php faylının üstünə klikləyin və Edit variantını seçin:

 

 

 

Yeni verilənər bazasında təyin edilən icazələri əks etdirmək üçün, açılan səhifədə növbəti məlumatları redaktə edin:

 

 

DB_NAME

DB_USER

DB_PASSWORD

 

Save changes düyməsini klikləyin.

 

Verilənlər bazasının eksportu

 

Əsas domenin verilənlər bazasını yeni yaradılan verilənlər bazasına import edin.

 

phpMyAdmin vasitəsilə MySQL verilənlər bazasını necə import etmək olar?

 

Verilənlər bazasının yenilənməsi

 

Yeni domenin məlumatlarını əks etdirmək üçün verilənlər bazasının parametrləri yenilənməlidir. 

 

cPanel-ə daxil olun, phpMyAdmin işarəsinin üstünə klikləyin.

Sol paneldə yeni yaradılan verilənlər bazasının üstünə klikləyin.

Sol paneldə wp_options-ı klikləyin:

 

 

Siteurl sətrini redaktə edib, əsas domen adını addon domen adına dəyişdirin.

>Go düyməsini klikləyin.

Blogname sətrini redaktə edib, yeni blogunuzun adını daxil edin.

>Go düyməsini klikləyin.

blogdescription sətrini redaktə edin və yeni bloqunuzun təsvirini daxil edin.

>Go düyməsini klikləyin.

 

 

Sol paneldə wp_users üstünə klikləyin:

 

 

 

user_loginsətrinə yeni istifadəçi adını daxil edin.

user_nicename sətrini də redaktə edin. Təhlükəsizlik məqsədilə Admin adını istifadə etməyin

user_pass sətrində olan simvolları silib, yeni şifrənizi daxil edin.

varchar (60) pəncərəsində ox işarəsini klikləyib MD5 icazəsini seçin.

Go düyməsini klikləyin:

 

 

Coupon partner DomainhostCoupon.com