Verilənlər bazasını necə optimizasiya etmək olar?

Verilənlər bazasına bir çox məlumat daxildir – mesajlar, səhifələr, şərhlər, menyu və s. Verilənlər bazasının həcmi birbaşa saytın mürəkkəbliyinə bağlıdır. Eyni zamanda verilənlər bazası spam şərhlər, qaralamalar, bağlı və ya müvəqəti fayllar kimi lazımsız elementlərlə yüklənə bilər. Sözsüz ki, saytın fəaliyyətini zəiflədir və cPanel resurslarının həddindən artıq sərf edir.

 

Verilənlər bazasını optimizasiya etmək üçün aşağıdaki addımları yerinə yetirin:

 

1. İlk öncə saytınıza aid verilənlər bazasını tapmalısınız.

2. Hər hansı dəyişiklik etmədən öncə, verilənlər bazasının ehtiyat nüsxəsini endirin. Bunun üçün Files bölməsində Backup menyusunu seçin:

 

3. Download MySQL Database Backup menyusunda lazım olan verilənlər bazasının üstünə klikləyin:

 

 

4. İndi optimizasiya prosesini başlatmaq olar. Database bölməsində phpMyAdmin menyusunu seçin:

 

 

5. Cədvəllərin siyahısını açmaq üçün sol menyuda verilənlər bazasının üstünə klikləyin:

 

 

6. Cədvəli seçin və açılan menyuda Optimize table variantını seçin:

 

 

7. Beləliklə, bir neçə cədvəli birdəfəlik optimizasiya edə bilərsiniz. Bütün cədvəlləri optimizasiya etmək üçün Check All variantını seçin:

 

 

8. Bu nəticəni əldə edəcəksiniz:

 

Coupon partner DomainhostCoupon.com