Saytınızdaki anlaşılmayan simvolları necə aradan qaldırmaq olar?

Bəzən internetdə qeydri-adi anlaşılmayan simvolları və ya sual işarələrini əks etdirən saytlara rast gəlinir. Mojibake adlanan, bu xəta adətən simvolların kodlaşdırma problemi ilə bağlıdır və bu cür görünür:

 

Nümunədə gördüyünüz HTML-səhifənin mənbə koduna əlavə edilən və brauzer tərəfindən anlaşılmayan (və bu səbəbdən də əks olunmayan) simvollardır.

Bu simvoları düzəltmək üçün, problemli kodu tapıb, onu standart ASCII simvolları ilə əvəz etmək lazımdır. Əgər kodu redaktə etdikdən sonra qəribə simvollar əks olunmağa davam edirsə, aşağıda göstərilən həllərdən birini istifadə edin.

 

Apostrof və dırnaq işarəsi

 

Xətanı aradan qaldırmaq üçün, səhifənin kopyasında sol və sağ apostrof və dırnaq işarəsini istifadə edə bilərsiniz, lakin HTML-səhifədə onları mərkəzə uyğunlaşdırmalısınız.  

 

Müəyyən simvolların redaktə edilməsi

 

Əgər saytınızdaki anlaşılmayan simvolların sayı çox deyilsə, onları redaktə etmək üçün HEX kodu istifadə edə bilərsiniz. Bu halda, hər problemli simvolun kodunu ayrılıqda tapmalısınız.

 

HTML-səhifənin kodunun dəyişdirilməsi (HTML5)

 

Saytınızda əks olunan qeyri-adi simvolların əks olunması həmçinin səhifənin və ya verilənlər bazasının səhv kodlaşdırılması ilə də bağlı ola bilər. Problemin həlli üçün kodu redaktə etmək lazımdır. Saytınızda həmçinin UTF-8 metateqi olmalıdır:

 

<meta http-equiv="Content-Type" content="text/html; charset=utf-8" />

 

Siz həmçinin bu sətri index.php səhifəsinin əvvəlinə əlavə edə bilərsiniz:

 

header('Content-Type: text/html; charset=utf-8');

 

"Save as" with different encoding option seçiminin istifadəsi

 

HTML səhifəni mətn redaktorunda (məs. Notepad və ya TextEdit-də) açın. "Save as" vasitəsilə səhifəni «ANSI» əvəzinə HTML-səhifə və ya «UTF-8» kimi saxlayın.

Səhifədə hansı kodlaşdırma növünün istifadə edildiyini müəyyən etmək üçün HTML-səhifənin əvvəlində «meta charset» teqini yoxlayın və həmin növü saxlayın.

 

Coupon partner DomainhostCoupon.com