MySQL verilənlər bazasını import etmək etmək üçün aşağıdaki addımları yerinə yetirin:
1. cPanel hesabınıza daxil olun.
2. Database Tools bölməsinə keçin və orada phpMyAdmin-i seçin.
3. cPanel istifadəçi adını və MySQL şifrəsini istifadə edərək daxil olun.
4. phpMyAdmin-də solda yerləşən verilənlər bazalarının siyahısını görəcəksiniz. Faylı import etmək istədiyiniz verilənlər bazasını seçin.
5. Verilənlər bazasını seçdikdən sonra, yuxarıdaki Import bölməsini klikləyin. Qeyd: Əgər backup faylı artıq kontenti olan verilənlər bazasına import edirsinizsə, mövcud kontenti əvəzləyəcək.
6. Bu bölmədə Browse düyməsi əmələ gələcək. SQL faylı kompüterinizdə tapıb, Open düyməsini klikləyin. Arxivləşdirilmiş fayl olduqda, onu açın.
7. Faylı seçdikdən sonra, aşağıdaki Go düyməsini klikləyin; Verilənlər bazası import edilənə kimi gözləyin. Ölçüdən asılı olaraq, proses bir neçə dəqiqə çəkə bilər. Qeyd: phpMyAdmin vasitəsilə göndərilə biləcək SQL-ın maksimal ölçüsü 50 mb təşkil edir. Verilənlər bazasını hissə-hissə yükləyə və ya SSH vasitəsilə import edə bilərsiniz.
İmport etmək istədiyiniz faylın ölçüsü 50 mb-i keçdikdə, onu phpMyAdmin vasitəsilə import etmək mümkün olmayacaq.
Qeyd: Paylaşılan hostinqdə bunu etmək mümkün deyil, lakin VPS və ya Fiziki server istifadəçilərinin, WHM vasitəsilə cPanel-də PHP və PHP POST maksimal yükləmə ölçüsünü artıraraq, faylları import etmək imkanları var.
Bu problem import faylına yalnış istifadəçi adı üçün verilənlər bazası yaratmaq istəyən SQL sorğu daxil olduqda əmələ gəlir.
'user2_wrdp9'-ki user2 'username1'@'localhost'-ki username1 ilə uyğun gəlmir. Buna görə köhnə user2-ni yeni user1-ə dəyişərək, import faylını redaktə etmək lazımdır. Nümunə (istifadəçi adının köhnəldiyi 3 yerə diqqət yetirin):
Database: `user2_wrdp9`CREATE DATABASE `user2_wrdp9` DEFAULT CHARACTER SET latin1 COLLATE latin1_swedish_ci;USE `user2_wrdp9`;
Bu xəta, import faylının məlumatları import etməzdən əvvəl verilənlər bazası yaratmağı tələb etmədikdə baş verir. cPanel>MySQL Databases-ə daxil olun və bu adlı verilənlər bazasını yaradın (nümunədə "wrdp9"). Sonra isə yenidən import edin.
Mövcud verilənlər bazasını yaratmaq istəyən SQL sorğu import fayla daxil olduqda bu xəta əmələ gəlir. Verilənlər bazası boşdursa, cPanel>MySQL Databases-ə keçib, boş verilənlər bazasını silin. Sonra isə yenidən import edin. Verilənlər bazası boş olmadığı halda, import faylını redaktə edib, CREATE DATABASE sorğusunu silməlisiniz.
Məsələn:
CREATE DATABASE `username1_wrdp9` DEFAULT CHARACTER SET latin1 COLLATE latin1_swedish_ci;
Faydalı Linklər