PHPMailer-in üstünlükləri hansılardır?

PHPMailer təminatı elektron məktubların ötürülməsi üçün üçün nəzərdə tutulub və hazırda PHP developerlər tərəfindən ən çox istifadə olunan üsuldur.

 

PHPMailer adi elektron poçtdan necə fərqlənir?

 

İlk öncə, adi elektron poçt vasitəsi üçün elektron poçt serverinin alt sistemi istifadə olunur. Parametrləri, məsələn, SMTP-serveri və ya autentifikasiya parametrlərini dəyişmək istədiyiniz halda, bunu bütün sistem üzrə etməlisiniz.

 

Fiziki server istifadəçisi deyilsinizsə və ya daxili PHP development mühiti istifadə edirsinizsə, bu proses kifayət qədər çətin ola bilər.

 

Müxtəlif konfiqurasiyaların eyni zamanda istifadəsi; bir neçə SMTP hesablarının istifadəsi və bir hesabdan o biri hesaba keçmək mümkün deyil.

 

PHPMailer hər hansı bir parametri birbaşa skriptin içərisində asanlıqla dəyişməyə imkan verir.

 

Adi elektron poçt vasitəsi əlavə funksiyalar ilə təmin etmir və daha çox adi elektron məktubları ötürülməsi üçün uyğundur. Lakin, məktubu əlavə fayl əlavə etmək və ya HTML formatında ötürmək istədiyiniz halda, bunu PHPMailer vasitəsilə etmək daha asan olacaq.

 

PHPMailer-in əlavə üstünlükləri:

 

  • Elektron məktubu hər hansı bir səbəbdən ötürmək alınmasa, PHPMailer xəta haqqında bildirişi 40-dan çox dildə göndərmək bacarığına malikdir.
  • SMTP protokolunun dəstəyi SSL və TLS üzərində inteqrasiya olunur.
  • Qeyri-HTML poçt vasitələi üçün elektron məktubun alternativ mətb versiyasını göndərir.
Coupon partner DomainhostCoupon.com