FTP-ni Filezilla vasitəsilə necə quraşdırmaq olar?

Lazım olanlar:

 

1. Hostimul hesabı

2. Filezilla-nı kompüterinizdə quraşdırmaq

3. cPanel istifadəçi adı və şifrəsi və ya FTP istifadəçi adı və şifrəsi

4. Hostimul hostinq hesabınıza bağlı olan domen adı və ya serverin IP-ünvanı.

 

Saytların meneceri

 

Filezilla-da əlaqə yaratmaq üçün Site Manager –a ehtiyacınız olacaq.

 

1. Fayla klikləyin və Site Manager-i açın

2. New site düyməsini klikləyin

3. Yeni saytın adını daxil edin

4. Növbəti parametrləri daxil edin:

 

Host: Domen adınız və ya serverin IP-ünvanı

Port: 21

Protokol: FTP- faylların ötürülməsi protokolu

Şifrələmə: Adi FTP istifadə edin

Login növü: Normal

İstifadəçi: cPanel və ya FTP istifadəçi adı

Şifrə:Giriş üçün istifadə edtiyiniz şifrə.

 

5. Transfer parametrləri bölməsini seçin. Limit numbervə ya simultaneous connections  bölməsini seçin və limiti kimi 8 rəqəmini təyin edin.

6. connect button düyməsini klikləyin.

 

Connect düyməsini kliklədikdən sonra server ilə əlaqə yaranacaq və artıq faylları yükləyə biləcəksiniz.

Site manager vasitəsilə saytı quraşdırdıqdan sonra, Site manager-i açıb, Connect düyməsini klikləyərək qoşula biləcəksiniz. Parametrləri yenidən daxil etməyə ehtiyac olmayacaq.

Coupon partner DomainhostCoupon.com