FileZilla-da ECONNREFUSED xətasını necə həll etmək olar?

ECONNREFUSED xətası bir neçə səbəbdən yarana bilər. Ola bilər ki, firewall (qoruyucu divar) və ya antivirus proqram təminatınız FileZilla-nın serverə qoşulmağına imkan vermir. Firewall və ya antivirus proqramının söndürülməsi təsir etmədiyi halda, FileZilla şəbəkə konfiqurasiya parametrlərini dəyişdirmək lazım ola bilər.

Bu məqalədə ECONNREFUSED xətasını həll etmək üçün, FileZilla şəbəkə parametrlərini necə dəyişdirmək haqqında məlumat verəcəyik.

 

Qeyd: Aşağıdaki addımları yerinə yetirmək üçün Filezilla proqramı lazım olacaq.

 

Network Configuration Wizard-a qoşulma

 

Filezilla proqramında Network Configuration Wizard-a qoşulmaq üçün Edit düyməsini klikləyin və Network Configuration Wizard-ı seçin. Firewall and router configuration wizard pəncərəsini görəcəksiniz. Burada Next düyməsini klikləyin.

 

Transfer rejiminin quraşdırılması

 

İndi siz transfer (ötürülmə) rejimini seçə bilərsiniz. Passive (recommended) rejimini default transfer rejimi kimi seçin. Allow fallback to other transfer mode on failure seçiminin yanında quş qoyun və Next düyməsini klikləyin.

 

Passive rejiminin quraşdırılması

 

Burada sadəcə Use the server’s external IP address-I seçib, Next düyməsini klikləyin.

 

Xarici IP-ünvanın quraşdırılması

 

Get external IP address from the following URL-ı seçməlisiniz. Sahə boş olduğu halda, dafault icazəni daxil edin:

 

http://ip.filezilla-project.org/ip.php

 

Next düyməsini klikləyin.

 

 

Portun diapazonlarının quraşdırılması

 

Bu pəncərədə xüsusi bir port diapazonunu seçməyə ehtiyac yoxdu, sadəcə Ask operating system for a port-I seçin və Next düyməsini klikləyin.

 

Yoxlama testi

 

Parametrlərin düzgün quraşdırıldığını yoxlamaq üçün test keçirmək lazımdır.  Bunu etmək üçün Test düyməsini klikləyin. Bir neçə sadə test keçirmək üçün FileZilla probe.filezilla-project.org-a qoşulmağa çalışacaq. Testin nəticələri müsbət olsa və heç bir xəta baş verməsə, hesabınıza qoşulmağa çalışın.

 

ECONNREFUSED xətası ilə yenidən qarşılaşdığınız halda ticket və ya LiveChat vasitəsilə Texniki dəstək komandamız ilə əlaqə saxlayın.

Coupon partner DomainhostCoupon.com