Domeni CloudFlare-ə yönləndirmək üçün iki üsül mövcuddur:
1. CNAME qeydi vasitəsilə (www.domain.com saytında)
Qeyd:CNAME parametri sadəcə CloudFlare-in ödənişli paketləri (Business və ya Enterprise) üçün mövcuddur.
2. Domen adını CloudFlare-in neymserverlərinə bağlayaraq. Bunu üçün aşağıdaki addımları yerinə yetirin:
CloudFlare-də qeydiyyatdan keçdikdən sonra elektron məktub vasitəsilə link göndəriləcək. Bu link vasitəsilə əsas səhifəyə keçib, şifrəni təyin edə biləcəksiniz.
Sistemə daxil olduğdan sonra, CloudFlare-ə yönləndirmək istədyiniz domen adınızı daxil etməlisiniz. Daha sonra Scan DNS records düyməsini klikləyin.
Proses başa çatdığdan sonra Continue düyməsini klikləyin. Növbəti səhifədə DNS yazılarının cPanel-inizdəki yazılarla uyğun gəldiyini yenidən yoxlayıb Continue düyməsini klikləyin.
Qeyd: Bu mərhələdə DNS yazıları dəyişmək məsləhət deyil, çünki bunu quraşdırmadan sonra edəcəksiniz. Müvafiq paketi seçib Continue düyməsini klikləyin.
Növbəti səhifədə neymserverləri CloudFlare-in neymserverlərinə dəyişmək təklif olunacaq. Əgər domeniniz başqa qeydiyyatçı tərəfindən qeydiyyatdan keçirilibsə, hesaba daxil olub həmin domenin neymserverlərini dəyişmək lazım olacaq.
Əgər domen Hostimul tərəfindən qeydiyyatdan keçirilibsə, aşağıdaki addımları yerinə yetirin:
1. Hostimul saytına daxil olun. Sağ üst küncdə müştəri paneli düyməsini klikləyin:
2. Yeni səhifədə domenlər bölməsini klikləyin:
3. CloudFlare-ə qoşmaq istədiyiniz domen adının qarşısında “Neymserverlərin idarə edilməsi“ variantını seçin:
4. Yeni səhifədə CloudFlare-da qeyd edilən neymserverləri daxil edin və Change nameservers düyməsini klikləyin:
Qeyd: Neymserverləri yönləndirdikdən sonra saytınızın mövcud olması 24 saata kimi çəkə bilər.
Faydalı Linklər