cPanel-də elektron poçt filtrlərini necə təyin etmək olar?

Elektron poçt filtrləri istənilməyən elektron məktubların bloklanması üçün istifadə olunur. Məsələn, quraşdırdığınız filtrlərə əsasən, müəyyən bir sözü və ya cümləni daxil edən məktublar avtomatik olaraq silinə və ya digər elektron ünvana yönləndirilə bilər.

 

İki növ elektron filtrləri mövcuddur:

 

Email Filters:Müəyyən elektron poçt hesabları üçün filtrlərin təyin edilməsi.

Global Email Filters: Domenə bağlı bütün elektron poçt ünvanlarına tətbiq edilən filtrlərin təyin edilməsi.

 

Elektron poçt filtrlərin yaradılması

 

Elektron poçt hesabı üçün filtr yaratmaq üçün aşağıdaki addımları yerinə yetirin:

 

cPanel-ə daxil olun

Email section bölməsinə keçin

Email Filters üstünə klikləyin:

 

 

 

Filtr yaratmaq istədiyiniz hesabı seçin

Manage Filters düyməsini klikləyin:

 

Create a New Filter düyməsini klikləyin:

 

 

Filter Name sətrində filtrin adını daxil edin:

 

Qeyd: Filtr üçün məqsədə uyğun ad istifadə etməyi məsləhət edirik. Əlavə olaraq, hər bir filtr üçün unikal ad təyin etməlisiniz. İki filtr üçün eyni ad istifadə etmək mümkün deyil.

 

Rules bölməsində filtrləmə qaydalarını təyin edin. Məsələn Promo sözünü daxil edən məktubları filtrləmək üçün:

 

Birinci siyahıda Promo sözünü seçin.

İkinci syahıda contains seçin.

Mətn sətrində Promo sözünü daxil edin:

 

 

Qeyd: Çalışın ki, təyin etdiyiniz qaydalar ümümi xarakter daşımasın. Əks halda istəmədən sizə lazım olan məktubları da bloklaya bilərsiniz. Bundan əlavə, qaydalara daxil etdiyiniz mətn case-sensitive deyil, yani böyük və balaca hərflərnən yazılan iki eyni söz fərqli sözlər kimi nəzərə alınmayacaq.

 

Yeni qayda əlavə etmək üçün + işarəsini klikləyin:

 

 

Actions bölməsində filtrən yerinə yetirdiyi funksiyanı daxil edin. Bir necə funksiya daxil etmək mümkündür.

Create düyməsini klikləyin. 

Coupon partner DomainhostCoupon.com