cPanel-də əlavə istifadəçiləri necə yaratmaq olar?

1. cPanel-ə daxil olun

2. Preferences  bölməsindən User Manager alətini seçin.


 

Yeni açılan səhifədə artıq mövcud istifadəçilərin siyahısını görəcəksiniz.

 

3. Yeni istifadəçi əlavə etmək üçün Add user düyməsini klikləyin:

 

 

 

Növbəti səhifədə yeni istifadəçi haqqında əsas məlumatları daxil etməlisiniz.

 

 

Davam etmək üçün, yeni hesabın şifrəsini təyin edin. İki variant mövcuddur:

 

The user will set the password: Şifrə istifadəçi tərəfindən təyin olunur.  Elektron məktub vasitəsilə  yuxarıda qeyd etdiyiniz ünvana şifrənin seçimi ilə bağlı təlimat göndəriləcək. Bu variant şifrənin istifadəçi tərəfindən təyin olunmasını istədiyiniz halda uyğundur.

 

Set the user’s password: Bu halda şifrəni siz təyin edirsiniz. Hal hazırda bu variantı istifədə edib, şifrəni qeyd edilən sahələrə daxil edəcəyik.

Siz həmçinin Generate düyməsini klikləyə bilərsiniz. Bu halda təsadüfi bir şifrə yaranacaq. Şifrəni göz işarəsinin üzərinə klikləyib görə bilərsiniz.

 

İstifadəçi üçün hansı xidmətlərin mövcud olduğunu qeyd edin.

 

 

Yeni istifadəçini yaratmaq üçün Create düyməsini klikləyin.  

Coupon partner DomainhostCoupon.com